Məhkəmə qərarları › İş №2(021)-12/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-12/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-12/2023 15.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X3, X1, X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh, X3, X1, X6 qarşı iddia qaldıraraq:

1. Cavabdeh "xxxx" BOKT ASC-yə 2015-ci il 12 yanvar tarixli, 001-15B No-li kredit müqaviləsi üzrə 13922 manat əsas, 27694.78 manat hesablanmış faiz, 29570.33 manat dəbbə pulu, cəmi 71187.11, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması;

2. Borcun əvəzi ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə Bərdə rayonu, Hacallı kəndində, 0.4669 ha torpaq sahəsində yerləşən, Liter A: 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.mümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibinin (həyətyanı tikili və qurğular) Liter 1: 34 kv.m 1 mərtəbəli tövlə, Liter 2:1 mərtəbəli darvaza, cəmi 34 kv.m tikinti altı sahəsi açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi;

3. Bərdə rayonu, Hacallı kəndində, 0.4669 ha torpaq sahəsində yerləşən, Liter A: 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.mümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yaşayan Cavabdeh, X7, X4, X5 çıxarılması, fərdi yaşayış evinin və onun tərkibinin boşaldılması;

4. Bərdə rayonu, Hacallı kəndində, 0.4669 ha torpaq sahəsində yerləşən, Liter A: 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.mümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yaşayan Cavabdeh, X7, X4, X10 fərdi yaşayış evi və onun tərkibi satıldıqdan bir ay sonra həmin mənzildən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada çıxarılmalı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəlki "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC-nin) "Ağcabədi" filialından 2015-ci il 12 yanvar tarixli, 001-15B No-li kredit müqaviləsinə əsasən illik 28 faizlə 36 ay müddətinə torpaq sahəsinin alınması məqsədilə 13922 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində, 0.4669 ha torpaq sahəsində yerləşən, Liter A: 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.mümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1: 34 kv.m 1 mərtəbəli tövlə, Liter 2:1 mərtəbəli darvaza, cəmi 34 kv.m tikinti altı sahəsi 2015-ci il 12 yanvar tarixli, 001-15B No-li X12 ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il mayın 10-dək Cavabdeh "xxxx" BOKT ASC-yə 2015-ci il 12 yanvar tarixli, 001-15B No-li kredit müqaviləsi üzrə 13922 manat əsas, 27694.78 manat hesablanmış faiz, 29570.33 manat dəbbə pulu, cəmi 71187.11 manat borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehǝ bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı BOKT ASC iddia ərizəsinə əlavə verərək, bildirmişdir ki, Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsinə dair iddia ərizəsində texniki səhv edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsindən də göründüyü kimi müqavilə üzrə borc ABŞ dolları ilə verilmişdir. Lakin iddia ərizəsinin xahiş edirəm hissəsində tələb manatla göstərilmişdir. Cavabdeh "xxxx" BOKT ASC-yə 2015-ci il 12 yanvar tarixli, 001-15B No-li kredit müqaviləsi üzrə 13922 ABŞ dolları əsas, 27694.78 ABŞ dolları faiz, 29570.33 ABŞ dolları dəbbə pulu, cəmi 71187.11 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zəzərin) əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC- nin nümayəndəsi X16 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh, X3, X1, X6 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 4 ay güzəştlə 36 ay müddətinə illik 28% olmaqla 13922 (on üç min doqquz yüz iyirmi iki) ABŞ dolları məbəğində kredit verilmişdir. Borc öhdəliyinin təminatı xx.xx.2015-ci il tarixli, №001-15B saylı X12 və xx.xx.2015-ci il tarixli, №001-15B saylı Daşınar Əmlakın Girov Müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №48B S.K.M.F saylı İpoteka (Girov) müqaviləsindən görünür ki, Cavabdeh ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №48B S.K.M.F saylı Kredit (Borc) Müqaviləsi üzrə 16 ay güzəştlə 24 ay müddətinə illik 6% olmaqla 10000 (on min) manat kredit aldığı borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xüsusi mülkiyyətindəki Bərdə rayon Hacallı kəndində 0.4669 ha torpaq sahəsi ilə birlikdə 1 mərtəbəli ümumi sahəsi 227.3kv.m 4 otaqlı fərdi yaşayış evi və onun tərkibindəki ümumi sahəsi 34 kv.m olan tikili və qurğular ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 19000 (on doqquz min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №001-15B saylı X12ndən görünür ki, Cavabdeh ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 4 ay güzəştlə 36 ay müddətinə illik 28% olmaqla 13922 (on üç min doqquz yüz iyirmi iki) ABŞ dolları kredit aldığı borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh mülkiyyətindəki Bərdə rayon Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A: 113.3kv-m yaşayış, 114 kv-m yardımçı, 227.3 kv m ümumi sahədən ibarət mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, fərdi yaşayış evinin tərkibi (həyətyanı tiki və qurğular) Liter 1: 34 kv-m 1mərtəbəli Tövlə, Liter 1 mərtəbəli Darvaza, cəmi ümumi sahəsi 34kv.m tikintialtı sahə evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Kreditin verilməsi üçün Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyindən görünür ki, Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 227.3 kv.m ümumi, 114 kv.m yardımçı, 113.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar dəyəri 20000 manat kimi qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, MA seriyalı, №0167324 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən, LiterA: 113,3 kv-m yaşayış, 114 kv-m yardımçı, 227,3 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) -34 kv.m tövlə Cavabdeh tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, №0661288 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş X2 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X7 əri Cavabdeh məxsus olan və Bərdə rayon Hacallı kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli iltizamdan görünür ki, X7 və Cavabdeh ipoteka qoyulmuş fərdi yaşayış evinə tutumanın yönəldilməsi haqqından bildiriş ipoteka qoyana verildiyi andan 7 gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etməsi barədə iltizam vermişdir. Mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 5680 saylı, xx.xx.2015-cı il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınması haqqında Ərizədən görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bərdə rayon Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 539-14B nömrəli kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Cavabdeh mülkiyyətindəki Bərdə rayon Hacallı kəndində xüsusi mülkiyyətində olan 0.4669 ha torpaq sahəsilə birlikdə 113.3 kv-m yaşayış, 114kv-m yardımçı, 227.3 kv-m ümumi sahədən ibarət fərdi yaşayış evinə və həmin evin tərkibində 34 kv-m ümumi sahədən ibarət həyətyanı tikili və qurğulara məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, №001-15B saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 13922,00 ABŞ dolları əsas borc, 27694,78 ABŞ dolları faiz borcu, cərimə borcu 29570,33 ABŞ dolları olmaqla, ümumilikdə 71187,11 ABŞ dolları borcu vardır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 4772 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 13922,0 ABŞ dolları, faiz borcu üzrə 13286,23 ABŞ dolları, cərimə borcu üzrə 1527,22 ABŞ dolları olaraq müəyyən edilmişdir. (Ekspert xərci 120 AZN) Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5449 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 13922,00 ABŞ dolları, faiz borcu üzrə 11605,88 ABŞ dolları, xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 13922,00 ABŞ dolları, faiz borcu üzrə 13554,96 ABŞ dolları olaraq müəyyən edilmişdir. (Ekspert xərci 100 AZN) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-113/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2011-ci ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli MA № ******* saylı çıxarışa əsasən Cavabdeh məxsus Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin (fərdi yaşayış evinin tərkibi həyətyanı qurğular Liter 1: 34 kv.m 1 mərtəbəli tövlə, Liter 2: 1 mərtəbəli darvaza olması nəzərə alınmaqla) torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat dəyərində, likvid dəyəri isə 22000 (iyirmi iki min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsinə əsasən 36 ay müddətinə illik 28% olmaqla 13922 (on üç min doqquz yüz iyirmi iki) ABŞ dolları məbəğində kredit verilmişdir. Borc öhdəliklərinin təminatı olaraq xx.xx.2015-ci il tarixli, №001-15B saylı X12 və xx.xx.2015-ci il tarixli, №001-15B saylı Daşınar Əmlakın Girov Müqaviləsi göstərilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh banka olan əsas borc məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borc 27694,78 ABŞ dolları olmuş, lakin ekspert rəyində faiz borc məbləğ 11.605,88 ABŞ dolları müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" BOKT ASC-nin iddiasının xx.xx.2015-ci il tarixli, №001-15B Kredit (Borc) Müqaviləsi üzrə 29570,33 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 500 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №001-15B saylı X12nə əsasən Cavabdeh ilə kreditor Parabank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №001-15B №-li kredit (borc) müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən 113.3kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin tərkibində 34 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğular torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən, LiterA: 113,3 kv-m yaşayış, 114 kv-m yardımçı, 227,3 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və ümumi sahəsi 34 kv.m olan fərdi yaşayış evinin tərkibinə (həyətyanı tikili və qurğular) yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 22000 (iyirmi iki min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin (fərdi yaşayış evinin tərkibi həyətyanı qurğular Liter 1: 34 kv.m 1 mərtəbəli tövlə, Liter 2: 1 mərtəbəli darvaza olması nəzərə alınmaqla) torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 22000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və onun tərkibi satıldıqdan bir ay sonra həmin mənzildən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, Cavabdeh və X7 notarial qaydada təsdiqlənmiş iltizama əsasən Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vediklərini və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etmələri barədə öhdəlik götürmüşlər. Odur ki, Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayan Cavabdeh, X7, X8 və X11 çıxmazsa, onlar məcburi qaydada çıxarılmaldırlar.

Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 13922,0 ABŞ dolları əsas, 11605,88 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26527,88 ABŞ dolları qətnamə icra olunan vaxt manat məzənnəsi ilə İddiaçı BOKT ASCnin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin tərkibinə (həyətyanı tikili və qurğular) yönəldilməli, mənzilin ilkin satış qiyməti 22000 (iyirmi iki min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh, X7, X4, X10 həmin evdən məcburi çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı BOKT ASC -nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 220 manat (100+120) Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat tələbi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş xərclə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, №001-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 13922 ABŞ dolları əsas, 11605,88 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26027,88 (iyirmi altı min iyirmi yeddi dollar səksən səkkiz sent) ABŞ dolları qətnamə icra olunan vaxt manat məzənnəsi ilə alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Hacallı kəndində 0.4669 ha torpaq sahəsində yerləşən Liter A 113.3 kv.m yaşayış, 114 kv.m yardımçı, 227.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin tərkibinə (həyətyanı tikili və qurğular) yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 22000 (iyirmi iki min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh, X7, X4, X10 həmin fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT ASC yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 220 manat (100+120) Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar