Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-120/2023 11.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X16, X9, X5 və X6 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 6 metr enində, 60 metr uzunluğunda zəbt edilmiş gediş-gəliş yolunun açılmasına və Cavabdeh qanunsuz hərkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1959-cu il təvəllüdlüdür, ailəlidir, 3 uşaq atasıdır, ali təhsilli müəllimədir, Bərdə rayonu, Mollalı kənd sakinidir. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən ona Bərdə rayonu, Mollalı kəndində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-319A KOD: 61016018 nömrəli olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də almışdır. Həmin torpaq sahəsində neçə illərdir ki, sahibliyində və istifadəsində olan fərdi yaşayış evi də vardır. Ailəlikcə 1988-ci ildən həmin evdə yaşayırlar. Onlar burada yaşayandan 6 metr enində yoları olmuşdur. Qonşusu Cavabdeh həmin yollarının həyətyanı torpağı boyunca zəbt etmiş, gediş-gəliş cığırı da bağlanmışdır. Bununla da gündəlik həyatlarında problemlər yaratmışdır. Dəfələrlə Cavabdeh, kənd icra nümayəndəsinə, bələdiyyə sədrinə müraciət edib yolunun açılmasını tələb etsələr də, bir nəticəsi olmamışdır. Odur ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinə gediş-gəliş yolunun açılmasına və Cavabdeh qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair məhkəmə qətnaməsinə ehtiyacları var. Məhkəmə iclаsındа iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddanın təmin olunmasını xahiş etdi. Məhkəmə iclаsındа iştirak edən Cavabdeh iddianı rədd edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində çıxış edən X16 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində çıxış edən X9 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində çıxış edən X5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində çıxış edən X13 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 15132709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1991-ci ildə Bərdə rayonu, Mollalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1987-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci ildə anadan olmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1986-cı ildə anadan olmuşdur. AZE seriyalı, 13188240 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1963-cü ildə Bərdə rayonu, Mollalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 530 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Mollalı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 568 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Mollalı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 532 nömrəli arayışdan görünür ki İddiaçı 1988-ci ildən etibarən Bərdə rayonu, Mollalı kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan “torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi İddiaçı, X9, , X16, X14 və X3 şəxsi mülkiyyətinə verilmişdir. İş materialların olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-642/2022 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı yolun açılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekdpertizası təyin edilmişdir. Aydınlaşdırılması üçün ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) torpaqın mülkiyyətı verilməsinə dair JN-319A, KOD 61016018 nömrəli şəhadətnaməyə əsasən Bərdə rayonu, Mollalı kəndində yerləşən X10 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh təərfindən zəbt edilmişdir mi? Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə həvalə edilmişdir. Ekspertizanın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-da təyin edilmişdir. Mütəxəssis rəyinin verilməsi ekspertiza keçirildiyi gündən 20 gün müəyyən edilmişdir. Ekspertizanın aparılması üçün qərardadın surəti mütəxəssislərin sərəncamına təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, **********41 nömrəli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 642/2022 saylı, 29 iyul 2022-ci il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh qarşı yolun açılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(021)-642/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır.
1. Sual: Torpağın mülkiyyətə verilməsinə dair JN-319A, KOD 61016018 saylı şəhadətnaməyə Əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi? İddiaçı və cavabdehin iştirakı ilə onların naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək mübahisəli yola naturada baxış keçirildi. 1. Cavab: Məlumat üçün bildiririk ki, Mollalı təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və əvvəlki illərin ortofoto və topoqrafik materiallarına əsasən mübahisələndirilən yol natuarada mövcud olmuşdur. Lakin hal-hazırda mübahisələndirilən yolda cavabdeh tərəfindən su çəni və köməkçi tikili tikilərək yol bağlanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)- 642/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı yolun açılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Aydınlaşdırılması üçün ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Torpağın mülkiyyətə verilməsinə dair JN-319A, KOD 61016018 saylı şəhadətnaməyə əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu varmı və ya əvvəllər mövcud olmuşdurmu? Həmin torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi ? Yoxsa zəbt edilmiş sahə Cavabdeh mülkiyyətində olan sahənin sərhədləri daxilindədirmi? Əgər Cavabdeh tərəfindən zəbt edilmiş sahə varsa həmin sahə Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu (cığırı) kimi istifadə edilə bilərmi? Ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-120/2023 saylı, 14 mart 2023-cü il tarixli mülki işi üzrə İddiaçı, Cavabdeh qarşı yolun açılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)-642/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirmişlər ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu melumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(021)-642/2022 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rǝy, elektron kadastr məlumat bazasında mövcud, kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçıların iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazası ilə müqaisə edilmişdir.
1. Sual: Torpağın mülkiyyətə verilməsinə dair JN-319A, KOD 61016018 saylı şəhadətnaməyə əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolu varmı və ya Əvvəllər mövcud olmuşdurmu? Həmin torpaq sahəsinə gediş-gəliş yolu cavabdeh X4 tərəfindən zəbt edilmişdirmi? Yoxsa zəbt edilmiş sahə Cavabdeh mülkiyyətində olan sahənin sərhədləri daxilindədirmi? Əgər Cavabdeh tərəfindən zəbt edilmiş sahə varsa həmin sahə Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolu (çığırı) kimi istifadə edilə bilərmi? Cavab: Məlumat üçün bildiririk ki, Mollalı təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və əvvəlki illərin ortofoto ve topoqrafik materiallarına və Torpağın mülkiyyətə verilməsinə dair JN-319A, KOD 61016018 saylı şəhadətnaməyə əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinə mübahisələndirilən gediş-gəliş yolu mövcud olmuşdur. Bu rəyə əlavə edilmiş kompleks yerquruluşu layihəsindən çıxarışda və ortofoto materiallarında öz əksini tapmışdır. Hal-hazırda həmin gediş-gəliş yolu (çığırı) Cavabdeh tərəfindən metal torla hasarlanaraq bağlanmışdır. Mübahisəli torpaq sahəsi kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə aid deyil lakin mübahisəli gedişgəliş yolunu (çığırı) və ona paralel ümumi istifadəli su arxını hal-hazırda Cavabdeh həyətinə birləşdirərək istifadə edir. Bu rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Mübahisəli torpaq sahəsi üzərində yerləşən maneələr götürülərsə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolu (çığırı) kimi istifadə edilə bilər. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-120/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yolun açılması və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə X16, X9, X8 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 6 metr enində, 60 metr uzunluğunda zəbt edilmiş gediş-gəliş yolunun açılmasına və cavabdeh X1 qanunsuz hərkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İş materiallarından və tərəflərin izahatlarından, habelə ekspert rəylərindən məlum olur ki, iddiаçı İddiaçı məxsus Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu Cavabdeh tərəfindən köməkçi tikililər tikilərək bağlandığından iddia qismən təmin edilməli və həmin tikililər sökülməklə yol açılmalıdır. Məhkəmə hesab edir ki, gediş-gəliş yolunun 6 metr enində açılması enin çox olduğundan və cavabdehin torpaq sahəsinin sərhədləri hüdudlarına daxil olmaqla onun mülkiyyətinə müdaxilə sayılacağından, yolun açılma en və uzunluğu həddində cavabdeh tərəfindən tikilmiş köməkçi tikililərin sökülərək yolun bir avtomobilin keçməsi üçün kifayət hesab edilən 2 metr enində və 60 metr uzunluğunda zəbt edilmiş gediş-gəliş yolunun açılması və Cavabdeh qanunsuz hərkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya paylı mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçı və digər mülkiyyətçilərin sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Gediş-gəliş yolunun açılmalı olan en və uzunluğu həddində cavabdeh tərəfindən tikilmiş su çəni və köməkçi tikililər, habelə metal tor cavabdehin hesabına sökülərək iddiаçı İddiaçı məxsus Bərdə rayonu, Mollalı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən zəbt edilmiş gediş-gəliş yolu bir avtomobilin keçməsi üçün kifayət hesab edilən 2 metr enində və 60 metr uzunluğunda açılsın və Cavabdeh qanunsuz hərkətlərinə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh iddiaçının xeyrinə tutulsun, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov