Məhkəmə qərarları › İş №2(021)-120/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-120/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-120/2024 09.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tuutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ittifaqın hesabına köçürdükləri 4000 manat pay kapitalı ümumi borcdan çıxılaraq cavabdehdən 06 avqust 2014-cü il tarixli, 11-14/ SKMF və 12- 14/SKMF saylı kredit müqavilələri üzrə"xxxx" MMC-nin xeyrinə 4561.07 manat əsas, 1814 manat faiz, 186 manatcərimə olmaqla, cəmi 6561.07 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan Bərdə şəhəri, Natavan küçəsi 0.0223 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87.9 kvm yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 6561.07 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunuun ödənilməsi, ev hərracda satıldıqdan sonra bir ay müddətində X1 həmin evdən istifadə hüquuqlarına xitam verilməklə evdən çıxarılmasıvə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Mülki Prosesual Məcəlləsinin 259.0.6-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tuutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair 2(021)-120/2024 saylı mülki iş tərəflərin məhkəmə iclasında iştirak etməməsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar