Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1211/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 930 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Bərdə rayon sakinidir. İş üzrə Cavabdeh bir həmkəndli olaraq tanıyır. O, traktorla əkin sahələrində işləyərək böyük ailəsinin maddi təminatını ödəyir. May-avqust aylarında Bərdə rayonu Lənbəran kəndində yaşayan Cavabdeh ona zəng edərək ona məxsus olan 6.5 ha yonca sahəsini biçməyi ondan xahiş etmişdir. Onlar qiymət məsələsində danışıb razılığa gəldikdən sonra o, biçin işinə başlamışdır. İşini görüb qurtardıqdan sonra pulunu tələb etədikdə cavabdeh pulunun bir hissəsini ödəmiş, qalan 930 (doqquz yüz otuz) manat pulu imkanı olanda ödəyəcəyini deyərək ondan vaxt istəmişdir. O da həmkəndli olduqlarını nəzərə alaraq razılaşmışdır. Lakin daha sonra dəfələrlə pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə pulunu verməkdən imtina etmişdir. Onun pulunu vermədiyini gördükdə bu barədə Bərdə rayon polis şöbəsinə müraciət etmişdir. Bərdə rayon polis şöbəsində iş araşdırılmış, Cavabdeh verdiyi izahatda ona olan borcunu etiraf etmiş, qısa zamanda borcunu ödəyəcəyini bildirmişdir. Bərdə rayon Polis şöbəsi mülki iş üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə RPŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki: Bərdə rayonu Lənbəran kəndində yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bərdə RPŞ-nə müraciət edərək 2-3 ay əvvəl həmkəndlisi Abdulla adlı şəxsin istifadəsində olan əkin sahəsində idarə etdiyi traktorla işləsə də, həmin şəxsin sonradan ona olan 930 manat pulu verməkdən boyun qaçırdığını bildirmişdir. Təhqiqat zamanı izahatı alınan Cavabdeh bildirmişdir ki, İddiaçı tanıyır. İddiaçı traktoristdir. 2024-cü ilin may ayında Bərdə rayonu Lənbəran kəndində qardaşı ilə ona məxsus olan 6 ha torpaq sahəsində yonca biçdirmək üçün Mənsuru dəvət etmişdir. Mənsur otu biçdikdən sonra pulunu alaraq getmişdir. Daha sonra həyətyanı sahəsini biçdirib pulun vermişdir. Həmin ilin iyul ayında yonca biçimi zamanı intensiv yağışla əlaqədar olaraq 6 ha torpaq sahəsindən götürdüyü yonca məhv olmuş və həmin işdən pul götürə bilməmişdir. Mənsur pulunu istəyən zaman ona sentyabr ayını gözləməyi, həmin biçin zamanı pulunu verəcəyini söz vermişdir. Sentyabr ayında sonuncu biçində Mənsur gələrək otu biçmişdir, ot bir gün sahədə qaldıqdan sonra yağış yenidən yoncanı məhv etmiş və həmin vaxtı gəlir əldə edə bilməmişdir. Buna görə də, Mənsura 930 manat borcu yaranmışdır. O, Mənsura, pulunu az-az olsa da, verəcəyini demişdir. O, qeyd etmişdir ki, Mənsurun pulunu verməkdən boyun qaçırmır və qısa zamanda borcunu verəcək. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh özünə məxsus yonca sahəsini biçdirmək üçün İddiaçı traktorist kimi sahəsinə dəvət etmiş və otu biçdikdən sonra İddiaçı 930 manat pulunu verməmişdir. İddiaçı bu barədə Bərdə RPŞ-nə müraciət etmiş, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 930 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 930 (doqquz yüz otuz) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 930 (doqquz yüz otuz) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1211/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1211/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver