Məhkəmə qərarları › İş №2(021)-1243/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1243/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1243/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2297,0 manat əsas borcun, 973,0 manat faiz borcunun, cəmi 3270,0 manat borcun, 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsi üzrə 4795,0 manat əsəas borcun, 129,0 manat faiz borcunun, cəmi 4924,0 manat borcun ümumilikdə hər iki kredit müqaviləsi üzrə 8194,0 manat borc məbləğinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bərdə rayonu, Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 8194.0 manat borcun və 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, həmin ev hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin evdən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması, evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə filalı ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 153/14-ky saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə illik 21 %-lə 30 ay müddətinə qaytarılma şərti ilə 8000 manat və 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredot müqaviləsinə əsasən 36 ay müddətinə illik 6 %-lə 5000 manat, hər iki müqavilə üzrə cəmi 13.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə filialı ilə ipoteka qoyanlar arasında 17 iyun 2014-cü il tarixli 64/14-ky saylı və 11 avqust 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girov kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər ipoteka qoyulmuş yaşayış evinin girov qoyulmasına razılıq vermiş və evə tələb yönəldiyi halda qeyd şərtsiz evi tərk etmək barədə notarial qaydada öhdəlik götürmüşdür. Cavabdeh1la bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaq tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan borc öhdəliyi Cavabdeh1 tərəfindən vaxtında yerinə yetiliməmiş, 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2297,0 manat əsas borc, 973,0 manat faiz borcu olmaqla cəmi 3270.0 manat borc, 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsi üzrə 4795.0 manat əsas borc, 129,0 manat faiz borcu olmaqla, cəmi 4924,0 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 8194.0 manat borc kredit təşkilatına qaytarılmalıdır. Borcun ödənilməsi barədə Cavabdeh1 müraciət olunmasına, məsələdən məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Məhkəmə iclsında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyun 2014-cü il tarixli 153/14-ky saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 30 ay müddətinə 8000 manat borc almışdır. İş materiallarında olan 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsinə əsasən cavabdeh X5 illik 6 faizlə 36 ay müddətinə 5000 manat borc almışdır. İş materiallarında olan 17 iyun 2014-cü il tarixli 64/14-ky saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, 12 aprel 2021-ci il tarixli Cavabdeh1 153/14-kyk saylı, 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2297 manat əsas, 2656 manat faiz borcu və 374/16-SKMF saylı, 10 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 4795,00 manat əsas, 1938,98 manat faiz borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 153/14-kyk saylı, 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2297 manat əsas, 3555,14 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5852,14 manat məbləğində borcu və 374/16-SKMF saylı, 10 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 4795,00 manat əsas, 3093,99 manat faiz borcu olmaqla, ümumilikdə 7888,99 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 26 dekabr 2018-ci il tarixli, 2(021)-4939/2018 saylı qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 may 2019-cu il tarixli, 2178 nömrəli ekspert rəyi ilə Cavabdeh1 borcu 16 oktyabr 2018-ci il tarixə 17 iyun 2014-cü il tarixli, 153/14ky saylı kredit müqaviləsi üzrə 2308,62 manat əsas borc, 1042,34 manat faiz borcu, 10 avqust 2016-cı il tarixli, 374/16-sk saylı kredit müqaviləsi üzrə 4875,54 manat əsas borc, 134,89 manat faiz borcu təşkil edir. Məhkəmə tərəfindən iş üzrə 12 aprel 2021-ci il tarixli, 2(021)-1300/2021 saylı qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli, 9/3006 nömrəli ekspert rəyi ilə Cavabdeh1 borcu 17 dekabr 2016-cı il müqavilə müddəti bitən tarixə 17 iyun 2014-cü il tarixli, 153/14-ky saylı kredit müqaviləsi üzrə 2308,62 manat əsas borc, 154.87 manat faiz borcu, 12 aprel 2021-ci il tarixə 2308,62 manat əsas borc, 653,47 manat faiz, 10 avqust 2016-cı il tarixli, 374/16-sk saylı kredit müqaviləsi üzrə 22 avqust 2019-cu il müqavilə müddəti bitən tarixə 4864,86 manat əsas borc, 382,70 manat faiz borcu, 12 aprel 2021-ci il iddia ərizəsi tarixinə borcu 4864,86 manat əsas borc, 781,35 manat faiz borcu təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli və RX ******* çıxarışın surətindən görünür ki, Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə kreditin təminatı olaraq yüklü edilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 göndərilmiş bildirilişin ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə 26 aprel 2022-ci il tarixli, 2(021)-1243/2022 saylı qərardadı ilə məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, UNİ/168-618/22 saylı ekspert rəyinə əsasən Bərdə rayonu, Tumaslı kəndində yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsinin, 132,0 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 114,0 kv.m həyətyanı tikili (tövlə) ilə birlikdə 01 avqust 2022-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:

1. Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan 17 iyun 2014cü il tarixli kredit müqaviləsi üzrə 2297,0 manat əsas borcun, 973,0 manat faiz borcunun, cəmi 3270,0 manat borcun, 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsi üzrə 4795,0 manat əsəas borcun, 129,0 manat faiz borcunun, cəmi 4924,0 manat borcun ümumilikdə hər iki kredit müqaviləsi üzrə 8194,0 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması;

2. Tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 Bərdə rayonu Tumaslı kəndində paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması;

3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsindən çıxarılmaları və istifadə hüquqlarına xitam verilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması; Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi 17 iyun 2014-cü il tarixli 153/14-ky saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 21 faizlə 30 ay müddətinə 8000 məbləğində və 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 6 faizlə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 arasında bağlanmış ipoteka müqaviləsi çıxarışla təsdiqlənmişdir. 17 iyun 2014-cü il tarixli 153/14-ky saylı və 10 avqust 2016-cı il tarixli 374/16-sk saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 iddiaçıya ümumilikdə hər iki kredit müqaviləsi üzrə 8194,0 borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə iddia tələbi və ekspert rəyini nəzərə almaqla qismən təmin edilməli və Xəlilov Cavabdeh1 17 dekabr 2016-cı il müqavilə müddəti bitən tarixə 17 iyun 2014-cü il tarixli, 153/14-ky saylı kredit müqaviləsi üzrə 2308,62 manat əsas borc, 154.87 manat faiz borcu, 374/16-sk saylı kredit müqaviləsi üzrə 22 avqust 2019-cu il müqavilə müddəti bitən tarixə 4864,86 manat əsas borc, 382,70 manat faiz borcu, ümumilikdə hər iki müqavilə üzrə 7173.48 manat əsas borc və 537.77 manat faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. İddianın tutmanın Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 64/14-ky saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2022ci il tarixli, UNİ/168-618/22 saylı ekspert rəyinə əsasən Bərdə rayonu, Tumaslı kəndində yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsinin, 132,0 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 114,0 kv.m həyətyanı tikili (tövlə) ilə birlikdə 01 avqust 2022-ci il tarixinə bazar dəyəri 60.000 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsinə yönəldilməli, fərdi yaşayış evi və torpağın birlikdə bazar dəyəri 60.000 manat müəyyən edilməklə açıq hərracda satılmalılıdır. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə və torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tutduğu yaşayış sahəsini tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsinə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsi satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzili cavabdehlər boşaltmaqla tərk etməlidir. İddia tələbinin ipoteka qoyan cavabdeh Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ipoteka predmeti olan Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsi satıldıqdan sonra istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 17 dekabr 2016-cı il müqavilə müddəti bitən tarixə 17 iyun 2014-cü il tarixli, 153/14-ky saylı kredit müqaviləsi üzrə 2308,62 manat əsas borc, 154.87 manat faiz borcu, 374/16-sk saylı kredit müqaviləsi üzrə 22 avqust 2019-cu il müqavilə müddəti bitən tarixə 4864,86 manat əsas borc, 382,70 manat faiz borcu, ümumilikdə hər iki müqavilə üzrə 7173.48 manat əsas borcu, 537.77 faiz borcu olmaqla, cəmi 7710,35 (yeddi min yeddi yüz on manat otuz beş qəpik) manat və 30 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus Bərdə rayonu Tumaslı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 paylı mülkiyyətində olan 0.16 ha torpaq sahəsinə yönəldilsin. Mənzil və torpaq sahəsi açıq hərracdan satılsın. Mənzil və torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiymət) 60.000 (altmış min manat) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 evi və torpağı boşaltmaqla tərk etsinlər və ipoteka predmetinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 300 (üç yüz manat) manat dəyəri Cavabdeh1 aid edilsin və 100 (yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************); 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab AZN : AZ77AİİB400600C**********218 Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filalın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar