Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1250/2021 05.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdehh Çoban oğlunun iştirakları ilə, İddiaçı Cavabdehh Çoban oğluna qarşı “pul” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehh Çoban oğlundan 580 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdehh Çoban oğlu 05.10.2007-ci il tarixdə 0.47 ha torpaq sahəsini həmişəlik olaraq ona 580 manata satmış, bu barədə aralarında 05.10.2007-ci il tarixdə müqavilə tərtib edilərək hər ikisi imza etmişdir. 12 ildən çoxdur ki, Cavabdehh Çoban oğlundan aldığı 0.47 ha torpaq sahəsini əkib-becərib ailəsini dolandırmışdır. Bu günlərdə Cavabdehh Çoban oğlu ona satdığı 0.47 ha torpaq sahəsini əkdirmiş, onu həmin torpaq sahəsinə buraxmamışdır. O, aralarında bağlanmış müqaviləyə və sövdələşməyə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehh Çoban oğlu iddia tələbini qəbul etməyərk, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayon Hacıəhmədli kəndində anadan olmuşdur. Bərdə rayon Hacıəhmədli kəndində kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 745 saylı 17.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Hacıəhmədli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Otuzikilər kənd Bələdiyyəsində 05.10.2007-ci il də bağlanmış Müqavilənin surətindən görünür ki, Cavabdehh Çoban oğlu öhdəsində olan 0.47 ha torpaq sahəsini həmişəlik olaraq İddiaçı 580 manata satmışdır. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzlərindən görünür ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş dövlət rüsumlarını ödənilmişlər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, Cavabdehh Çobanoğlu onla məxsus 0.47 ha pay torpağını İddiaçı 580 manata satmışdır. Bu barədə Bərdə rayon Otuzikilər kənd Bələdiyyəsində müqavilə tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi “ pul” tələbindən ibarətdir. İddiaçı “pul” tələbinə dair iddiasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının da hazırkı vaxta qədər həmin torpaq sahəsindən istifadə nəticəsində qeyd olunan məbləğdən müqayisə olunmaz dərəcədə gəlir götürmüşdür. Məhkəmə həmçinin iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, “pul” tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehh Çoban oğluna qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1250/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1250/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver