Məhkəmə qərarları › İş №2(021)-1250/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1250/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1250/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-2423/2014 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanması üçün tutulan 70 manat alimentin miqdarının artırılmaqla hər ay bir uşaq üçün 220 manat məəbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Birgə nikah dövründən 20 may 2010-cu il təvəllüdlü X4 adlı 1 (bir) övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə onlar xeyli zamandır ki, ayrı yaşayırlar. Ailə münasibətləri pozuluğu zaman Bərdə Rayon Məhkəməsinə müraciət edərək azyaşlı övladının saxlanılması üçün aliment tələb etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli, 2(021)-1769/2013 saylı qətnaməsi ilə hər ay bir uşağın saxlanılması üçün Cavabdeh 50 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra 50 manat məbləğində aliment pulu övladının heç bir təlabatlarını ödəmədiyi üçün alimentin artırılması ilə bağlı müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(021)-2423/2014 saylı qətnaməsi ilə azyaşlı övladının saxlanılması üçün hər ay bir uşaq üçün 70 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Hazırda respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Odur ki, müəyyən olunmuş 70 manat məbləğində alimentin artırılaraq hər ay bir uşaq üçün 220 manat olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabdehin hər cür imkanı var ki, hər ay övladının saxlanılması üçün 220 manat məbləğində aliment ödəyə bilər. Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq cavabdeh övladının saxlanılmasına əlavə heç bir maddi yardım etmir. Övladı məktəblidir və bütün tələbatları olduqca artıbdır. Bunun üçündə aliment məbləğinin artırılmasını istəyir ki, övladının bütün tələbatlarını ödəsin. Göstərdiyi bütün hallara əsasən hər ay bir uşağın saxlanılması üçün müəyyən olunmuş 70 manat alimentin məbləğinin artırılaraq hər ay 220 manat müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdehin bərbər işləyərək qazanc əldə etdiyini bildirdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, 2009-cu ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılıblar. Ayrıldıqdan sonra azyaşlı qızı iddiaçının yanında qalıb. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən bir uşağa görə hər ay iddiaçıya 70 manat məbləğində aliment ödəyir. Hazırda başqa qadınla ailə həyatı qurub və yeni nikahından 3 uşağı var. Daimi iş yeri yoxdur, fəhləlik edərək ailəsini saxlayır. Hər ay iddiaçıya bir uşağa görə 100 manat məbləğində aliment ödəməyə imkanı çatır. İddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bərdə rayonu Qarağacı kəndində anadan olmuşdur, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(021)-2423/2014 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin olunmuş, Bərdə Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi ilə 20 may 2010-cu ildə anadan olmuş Pərvanə adlı uşağın saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilib hər ay 70 manat miqdarında müəyyən edilərək İddiaçı veilməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2013-cü il tarixli AZ-İİİ 177528 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 20 may 2010-cu ildə Pərvanə adlı uşaqları anadan olmuşdur. 20 may 2010cu il təvəllüdlü X1 atası Cavabdehdur. 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli 167 nömrəli arayışdan görünür ki, ərazinin Qarağacı kənd sakini İddiaçı nümayəndəliyin ərazisində heç bir yerdə işləmir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2013-cü il tarixli AZ-İ 895995 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 25 sentyabr 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Süleymanova soyadı verilmişdir. Bərdə rayonu Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2014-cü il tarixli AZ-İİİ 429878 nömrəli, Bərdə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 fevral 2017-ci il tarixli AZ-İİİ 893568 nömrəli və 29 mart 2019-cu il tarixli AZ-İV 257285 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2014-cü ildə X5, xx.xx.2017-ci ildə X7 və xx.xx.2019-cu ildə X6 adlı uşaqları doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 181 nömrəli arayışdan görünür ki, ərazinin Qarağacı kənd sakini Cavabdeh iribuynuzlu və xırdabuynuzlu mal-qarası yoxdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli 154 nömrəli arayışdan görünür ki, ərazinin Qarağacı kənd sakini Cavabdeh nümayəndəliyin ərazisində heç bir yerdə işləmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 9 ilə yaxın müddət keçməklə uşağın tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyrimüntəzəm olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqına sübut təqdim etməməsini, sonuncunun yenidən evlənərək 3 uşağının doğulmasını, iddiaçının tələb etdiyi 220 manat miqdarında alimentin cavabdehdən tutulacağı halda cavabdehin digər 3 uşağının mənafeyinə mənfi təsir göstərəcəyini, cavabdehin sabit pul məbləğində ayda 220 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(021)-2423/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 20 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(021)-2423/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 20 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar