Məhkəmə qərarları › İş №2(021)-1257/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1257/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1257/2021 06.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh və vəkili X5 iştirakları ilə, İddiaçı Hüseynov Musa Müzəffər oğlunun Cavabdeh Məhi qızına qarşı ”evdən istifdə hüququ verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızına qarşı evdən istifadə hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 övladıdır, atası 1988-ci ildə vəfat edib. Özü 21 yanvar 2010-cu ildə ailə qurub, nikahından 3 uşağı dünyaya gəlmişdir. O, atasından qalma evdən yəni cavabdehin hal-hazırda adına sənədləşdirdiyi evdə yaşayır. Lakin cavabdeh ona iki dəfə arvadını boşatdırıb, hal-hazırda da üç uşağı olan bu arvadı boşatdırmaq istəyir. Özü əlildir, övladlarının ikisində problem var. Anası ailəsini evdən çıxardıb, bu o, deməkdir ki, uşaqları ilə o, da evdən çıxmalıdır. Hesab edir ki, uşaqları və ailəsi onun yanında yaşamalıdır. Onun isə anasının evində yaşamaq və istifadə etmək hüququ vardır. Bu səbəbdən də onun həmin evdən istifadə etmək hüqunun müəyyən edilməsi üçün məhkəmə qətnaməsinə ehtiyacı vardır. Anası DƏDRX-dən seriya MH0000999 sayı çıxarış alıb ki, Bərdə rayonu Mehdili kəndində olan 0,27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 77,2 kvm yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət olan evi öz mülkiyyətinə necə keçirməsini hələ də anlamır. Həmin həyətdə və evdə aqrar islahat gedən vaxtı onun adı və soyadı olmuşdur. Buna baxmayaraq cavabdeh ailəsini, 3 azyaşlı uşaqlarını onunla evdə yaşamasına, həyət və yardımçı tikililərdən istifdə etmələrinə imkan vermir. O, sözgedən evdə anadan olmuş, orda böyümüş, uşaqları da həmin evdə doğulnuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdəfiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə icasında Cavabdeh izahatında iddianı qəbul edərək, göstərdi ki, İddiaçı onun oğludur, sözügedən ev onun mülkiyyətindədir. Oğlunun mülkiyyətində olan evdə yaşamasına, istifadə etməsinə etiraz etmir, lakin gəlini və uşaqlarının onun evində yaşayıb, evdən və yardımçı sahələrdən istifadə etməsini istəmir. Məhkəmə iclasında cavabdeh Hüseynova Səkinə Məhi qızının vəkili X13 qızı Cavabdeh Məhi qızının izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İX-ЖГ № 297187 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 30 noyabr 1982-ci ildə doğulmuş, atası X6, anası isə Cavabdehdır. İş materiallarında olan ASAN-BƏRDƏ tərəfindən verilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1982-ci ildə Bərdə rayonu, Mehdili kəndində doğlumuş, həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Seriya MH ******* nömrəli Dövlət Reystrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Mehdili kəndində Cavabdeh Məhi qızının mülkiyyətində olan 0,27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 62.4 km köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Məhi qızının adına daşınmaz əmlakın dövlət reystridə 2 nömrəli reystir kitabının 65 nömrəli vərəində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2 (021)-2947/2020 saylı 23 okyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdeh X8 əmlakı ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 0,27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış sahəsindən və 62.4 km köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mübahisəli evdən istifadə hüququnun tanınması ilə bağlı tələbi haqlı tələbdir, cavabdeh isə bunu inkar etmədən həmin hüququn tanınmasına məhkəmə iclasında razılıq vermişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Müzəffər oğluna ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Qullar kəndində ),27 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış sahəsi və 62.4 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən, həyətdən və digər yardımçı tikililərdən istifadə hüququ tanınsın. İddia qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar