Məhkəmə qərarları › İş №2(021)-1280/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1280/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1280/2025 03.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 600 (altı yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, mebel ustasıdır. Cavabdeh 26 oktyabr 2024-cü il tarixdə ona müraciət edərək özünə məxsus yaşadığı evində mətbəx mebelinin yığılmasını xahiş etmişdir. Cavabdehlə 600 (altı yüz) manata mebelin yığılıb ona təhvil veriləcəyinə razılaşmış, mətbəx mebelini hazır edib onun yaşadığı ünvanına aparıb mebeli quraşdırıb ona təhvil vermişdir. Ancaq bir müddət sonra cavabdehdən yığdığı mebelin pulunu tələb etsə də, pulu Sahib adlı şəxsə verdiyini bildirmişdir. Bununla bağlı dəfələrlə cavabdehdən hazırladığı mətbəx mebelini istəsə də, cavabdeh onun tələblərinə heç bir əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdeh ona olan 600 (altı yüz) manat borcunu tam şəkildə ona geri qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, öz evlərinin həyətində özlərinə məxsus olan mebel sexi vardır. Həmin mebel sexində sifariş əsasında mebel hazırlayırlar. Əvvəllər Şahid adlı usta onlarla birlikdə işləmişdir, hazırda isə işləmir. Cavabdeh ona mətbəx mebeli sifariş etməmiş, həmin sifarişi usta Şahid etmişdir. Belə ki, Cavabdeh ilə usta Şahid həm qonşu, həm də dostdurlar. Lakin cavabdeh sonra sexə gəldikdə mebelin qiymətini atası Elmirlə danışmışdır. Sifariş olunan mebelin bütün materialları onun olmuşdur. Həmin mebeli sexdə hazırladıqdan sonra cavabdehin evinə yük maşını ilə o qardaşı Elşən Aslanlı və Səbuhi ilə birlikdə aparmışdır. Mebelin quraşdırılmasında özü də iştirak etmişdir. Yük maşınında mebeli boşaldarkən Arzumanın Səbuhyə pul verib-verməməsini görməmişdir. Cavabdeh mebelin pulunu verməsi üçün dəfələrlə vaxt istəmiş, sonra isə pulu Səbuhiyə verdiyini bildirmişdir. Cavabdeh 600 manat pulu onun işçisi Səbuhiyə verdiyini bildirsə də, sonuncu cavabdehin ona pul vermədiyini bildirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ev tikdirmiş, lakin içinin avadanlığı tam yoxdur. Şahid adlı şəxs onun üzbəüz qonşusu və dostudur. Səbuhinin mebel ustası işlədiyini bildiyinə görə Səbuhiyə mətbəx mebeli ilə bağlı müraciət etmiş, sonuncu ona mətbəx mebeli hazırlamağı öhdəsinə götürmüşdür. Bundan sonra Səbuhi onun mətbəxini ölçmüş və mətbəx mebelinin qiymətinin 600 manat etdiyini demişdir. Həmin vaxt cibindən pul çıxarıb Səbuhiyə 300 manat pul vermişdir. 10 gün sonra atası vəfat etdiyinə görə, yas vermək üçün atası evinə getmişdir. Səbuhi ona zəng edərək evinin qarşısında olduğunu demişdir. Tez evə getmiş və Səbuhinin yük maşını ilə onun həyət evinin qarşısında durduğunu görmüşdür. Sonuncu mebeli gətirdiklərini, lakin indi quraşdıra bilməyəcəklərini, axşam saatlarında gəlib quraşdıracağını bildirmişdir. Cibindən pul çıxarıb Səbuhyə 220 manat pul vermişdir. Həmin puldan 20 manat maşının pulu, qalan 200 manatın isə ona qalan 300 manat borcundan çıxmasını bildirmişdir. Səbuhiyə 100 manat borcu qalmışdır. Sonuncu öz növbəsində maşının pulunun ona aid olmadığını, 220 manatın hamısını qalıq borcdan çıxacağını, 80 manat borcunun qaldığını demişdir. Axşam Səbuhi tək gəlmiş və mebeli quraşdırmışdır. Mebeli quraşdırarkən dolabların qapısının birinin amortizatoru işləməmiş, Səbuhi ilə birlkdə sonuncunun işlədiyi sexə amortizatoru dəyişmək üçün getmiş, orada İddiaçı atası Nümayəndə görmüşdür. Ancaq Nümayəndə ilə aralarında heç bir söhbət olmamışdır. Bir neçə gündən sonra Səbuhi ona zəng etmiş və soruşmuşdur ki, onun kartına 20-30 manat pul ata bilər? O da 20-30 manat yox, pulun hamısını atacağını demişdir. Qalıq 80 manat borcunun hamısını Səbuhinin nömrəsini ona verdiyi kart hesabına göndərmişdir. Bir müddət sonra isə, hazırki iş üzrə iddiaçının atası Elmir, tanıdığı yaxın dostu olan Məhəmməd adlı şəxslə onun yaşadığı evə gəlmiş və nə üçün sifariş verdiyi mətbəx mebelinin pulunu vermədiyini soruşmuşdur. Sonuncuya sifariş verdiyi mətbəx mebelinin pulunu tam olaraq ödədiyini bildirmişdir. Elmir pulu kimə ödədiyini soruşmuş, sonuncuya pulu Səbuhiyə ödədiyini demişdir. Elmir onun yanında Səbuhiyə zəng etmiş, Səbuhi “Arzuman mətbəx mebelinin pulunu verib, onu incitməyin” demişdir. O da Elmirlə Səbuhinin arasında olan telefon söhbətindən belə anlamışdır ki, onların öz aralarında pul məsələsi var, ya da olmuşdur. Evinə mətbəx mebelinin sifarişini Səbuhiyə vermişdir. Elmin adlı şəxsi tanımamışdır. Sonuncu ilə mebel barəsində heç bir danışıqları, razılaşmaları olmamışdır. Elminin atası Elmiri isə Səbuhi ilə mebelin amortizatorunu dəyişməyə gedəndə tanımışdır. Səbuhinin kimin sexində, habelə kiminlə işləməsindən xəbəri olmamışdır. Şahid başqa heç kimə pul verməmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid, o cümlədən,iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərdi ki, iddiaçı oğludur. Oğlu evlərində yerləşən mebel sexində işləyir və bütün işləri o edir. O isə oğlunun işlərinə ata kimi nəzarət edir. Şahid onların mebel sexində usta işləmişdir. İlk dəfə Səbuhi ona dostunun mətbəx mebeli sifariş etmək istədiyini, lakin pulunun olmadığını, nisyə istədiyini, pulunu sonra verəcəyini demişdir. O da sonuncuya demişdir ki, dostunu gətirsin, sifarişi qəbul edib, qiymətini danışsın. Lakin Səbuhi dostunu gətirməmişdir. Mebelin ölçülərini Səbuhi özü gedib götürmüşdür. Mebel sifarişinə görə Cavabdeh beh almamışdır. Sonradan Səbuhi ondan icazə almadan, onların xəbərləri olmadan mebeli aparıb dostunun evinə quraşdırmışdır. Cavabdehla Şahid mebelin qapısının amortizatorunu dəyişmək üçün sexə gəlmişlər. Həmin vaxt o Cavabdehla söhbət etmiş və mebelin pulu olan 600 manatın ona çatacağını bildirmişdir. Bütün bu danışıqlardan sonra hər dəfə zəng edib pulunu istədikdə, cavabdeh onu yubatmış, pulu verəcəyini demiş, 2024-cü ilin dekabr ayında isə pulu Səbuhiyə verdiyini bildirmişdir. İddiaçı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan qabaq Cavabdeh onlara bildirmişdir ki, pulu Şahid vermişdir. Şahidla əlaqə saxlamış, sonuncu pulu Arziman Məhərrəmovdan aldığını etiraf etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 79-da qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Nüşabə küçəsi ev 19-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli 299 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 79-da yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı iddia tələbində özünə məxsus olan mebel sexində cavabdehin sifarişi əsasında 600 manat dəyərində mətbəx mebeli hazırlayaraq 26 oktyabr 2024-cü il tarixdə cavabdehin evinə quraşdırdığını, mətbəx mebelini cavabdehin evinə quraşdırdıqdan sonra sonuncudan pulunu tələb etsə də, ala bilmədiyini, ona görə də məhkəmədə hazırkı iddianı qaldırdığını qeyd etmişdir. Lakin iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona mebel sifariş etmədiyini, o cümlədən, cavabdehlə aralarında mebelin qiyməti ilə bağlı hər hansı danışıq olmadığını, cavabdehin mebelin hazırlanması ilə bağlı sifarişi həmin vaxt sexdə usta işləmiş Şahid verdiyini və məhsulun qiymətinidə Səbuhi ilə razılaşdıqlarını, cavabdehin mebelin pulunu Şahid verdiyini bildirmişdir. Cavabdeh isə iddianı qəbul etmir və iddiaçını əvvəllər tanımadığını, qonşusu və dostu Şahid mebel ustası olduğunu bildiyini, yeni tikdirdiyi evi üçün zəruri olan mətbəx mebelinin hazırlanmasını Şahid sifariş verdiyini, mebelin qiymətini Səbuhi ilə razılaşdığını, sifariş verilən vaxt Səbuhiyə beh verdiyini, hazır məhsulu onun evinə sifarişi qəbul edən usta Şahid gətirib quraşdırdığını və mətbəx mebelinin dəyəri 600 manat pulun qalan hissəsini də Şahid verdiyini, iddiaçıya sifariş vermədiyinə və onun qarşısında hər hansı öhdəliyi olmadığına görə ona borcunun olmadığını bildirir. Cavabdeh iddiaçını ümumiyyətlə tanımadığını, iddiaçının atası Nümayəndə isə yalnız mebel quraşdırılan vaxt Səbuhi ilə mebelin qapısının amortizatorunu dəyişmək üçün sexə gedərkən sexdə gördüyünü, ancaq aralarında heç bir söhbət olmadığını qeyd edir. Məhkəmə iclasında şahid və iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə da ifadəsində cavabdehlə mətbəx mebeli ilə bağlı danışmadıqlarını, sonuncunun Səbuhi ilə söhbət etdiyini, Səbuhi ondan icazə almadan, onların xəbərləri olmadan mebeli aparıb cavabdehin evinə quraşdırdığını, Səbuhi ilə əlaqə saxladıqda sonuncu cavabdehdən mətbəx mebelinin pulunu aldığını bildirdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında mətbəx mebelinin hazırlanması və quraşdırılması ilə bağlı razılaşma olmamış, cavabdeh mətbəx mebelinin hazırlanmasını əvvəldən mebel ustası kimi tanıdığı Şahid sifariş etmiş, mebelin qiymətini də sonuncu ilə razılaşmış, sifariş verilən vaxt beh Şahid ödənilmiş, hazır məhsulu onun evinə sifarişi qəbul edən usta Şahid gətirib quraşdırmış və mətbəx mebelinin dəyəri 600 manat pulun qalan hissəsini də cavabdeh sonuncuya ödəmişdir. İddia tərəfi mebelin pulunun cavabdeh tərəfindən usta Şahid ödənildiyini etiraf edir, lakin Səbuhinin həmin pulu onlara vermədiyin bildirir. Belə olan halda, iddiaçı sözügedən mebelin cavabdeh tərəfindən ödənilmiş dəyərinin qaytarılmasını Şahid tələb etməli, habelə bununla bağlı aralarında olan mübahisənin həlli ilə əlaqədar olaraq Şahid qarşı iddia qaldırmalı olduğu halda Cavabdeh qarşı hazırkı iddianı qaldırmış, məhkəməyə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin haqlı olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar