Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1293/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Əşrəf qızının cavabdeh Cavabdehqarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əşrəf oğlundan borclu olduğu 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Əsgərova Zəminə Əşrəf qızı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1972-ci ildə Goranboy rayonu, Xoylu kəndində doğulmuşdur. Hal-hazırda da həmin kənddə uşaqları ilə yaaşayır. Özü 3-cü qrup əlildir, uşaqlarından böyük oğlu Fəqan da 2-ci qrup əlildir. Cavabdehlə tanışı Bilal Nəsirovv vasitsəsi ilə tanış olmuşdur, o, Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləyir. 25 may 2020-ci il tarixdə gecə saat 22-23 radələrində onun evinə gələrək, bildirmişdir ki, Mingəçevir polisində işi var, sənədlərini polis alıb, əgər pulu bu gün çatdırmasa işdən çıxaracaqlar. Ondan lazım olduğu üçün 2000 manat borc pul istəmişdir. O, cavabdehə borc pul vermiş, Cavabdeh isə maaş kartını ona vermişdir. Lakin kart bloklandığından pulu götürə bilməmişdir. Bundan başqa cavabdeh 25 may 2020-ci il ytarixdə 2000 manat borc pul alması barədə qəbz də yazmışdır, həmin qəbzdə yazılmışdır: “Mən Kazımov Kərim Rəhim oğlu İddiaçı qızından 2000 manat borc aldım. Bu pulu 3 aya qaytaracam, bu müddət ərzində qaytarmasa məsuliyyətini çəkməyə hazıram. Kazimov Kərim imza var 25 may 2020”. Eləcə də şəxsi vəsiqəsinin əslini, maaş kartının surətini də ona vermişdir, onları da məhkəməyə təqdim edir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Cavabdehn izahatında iddianı qəbul edərək, göstərdi ki, iddiaçı ona 2000 manat borc pul verib, pulu qaytarmağa hazırdır, hər ay 50-100 manat ödəyə bilər, pulu aldığını və hal-hazırda iddiaçıya 2000 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərovva Zəminə Əşrəf qızı, Goranboy rayonu Todan kəndində doğulmuş, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 155 saylı, 02 mart 2021-ci il tarixli arayışdan görünür ki, Əsgərova X3 rayonu, Xoylu kəndində yaşayır. Mülki işə əlavə olunmuş, 25 may 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı 2000 manat borc pul almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu etiraf etmiş, borcunu ödəməy hazır olduğunu bildirmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin də iddianı etiraf etməsi hazırki iddia tələbinin təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Əsgərova Zəminə Əşrəf qızının cavabdeh Kazımov Kərim Rəhim oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Lətif qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1293/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1293/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver