Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-13/2023 27.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X13, X16 və X4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh, X13, X16 və X4 qarşı iddia qaldıraraq: Cavabdeh "xxxx"BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 527-14B No-li kredit müqaviləsinə əsasən 5.688.38 ABŞ dolları əsas, 5.027.44 ABŞ dolları hesablanmış faiz, 409.56 ABŞ dolları dəbbə pulu, bu müqavilə üzrə cəmi 11.125.38 ABŞ dolları; xx.xx.2015ci il tarixli 040-15B No-li kredit müqaviləsinə Əsasən 15.000.00 manat əsas, 5.399.16 manat hesablanmış faiz borcu, 9.810.00 manat dəbbə pulu, bu müqavilə üzrə cəmi 30.209.16 manat borcun. hüquqi yardıma görə 500 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; xx.xx.2014-cü il tarixli 527-14B nömrəli kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli 040-15B nömrəli kredit müqaviləsinin hüquqi qüvvəsinə xitam verilməsi; İpoteka predmetinin 17.000 manat qiymətləndirilməsi, xx.xx.2014-cü il tarixli 527-14B nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 040-15B nömrəli kredit müqaviləsi üzrə borcların əvəzinin bu qiymətlə Bərdə rayonu, Bərdə rayonu, Cumalar kəndində X3 mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən, 78.4 kv.m yaşayış sahəsindən 44.64 kv.m. yardımçı sahədən, 123.04 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin açıq hərracda satılaraq, tələb edilən borcun ödənilməsi; Bərdə rayonu, Cumalar kəndində X3 mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən, 78.4 kv.m yaşayış sahəsindən 44.64 kv.m. yardımçı sahədən, 123.04 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən orda yaşayan Cavabdeh və X9, X18 və X20 fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılması fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2014- cü il tarixli 527-14B No-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə torpaq sahəsinin alınması məqsədilə 19.000 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 040-15B No-li kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15.000 manat borc almışdır. Bu borcların təminatı olaraq, AR ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində, 03 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınan Bərdə rayonu, Cumalar kəndində X3 mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən, 78.4 kv.m yaşayış sahəsindən 44.64 kv.m. yardımçı sahədən, 123.04 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 527-14B No-li və xx.xx.2015-ci il tarixli 040-15B No- li X6 ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. 2017-cı il iyunun 30-dək Cavabdeh "xxxx" BOKT ASC-yǝ xx.xx.2014-cü il tarixli 527-14B No-li kredit müqaviləsinə əsasən 5.688.38 ABŞ dolları əsas, 5.027.44 ABŞ dolları hesablanmış faiz, 409.56 ABŞ dolları dəbbə pulu, bu müqavilə üzrə cəmi 11.125.38 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 040-15B No-li kredit müqaviləsinə əsasən 15.000.00 manat ǝsas, 5.399.16 manat hesablanmış faiz borcu, 9.810.00 manat dəbbə pulu, bu müqavilə üzrə cəmi 30.209.16 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinǝ tutmanın yönəldilməsinə dair cavabdehǝ bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətini bildirmirlər. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(021)-13/2023 saylı qərardadı ilə Cavabdeh vəfat etdiyindən X18, X20 və X9 hüquqi varis qismində iş cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı BOKT ASC- nin nümayəndəsi X19 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X13, X16 və X4 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 6 ay güzəştlə 36 ay müddətinə illik 23% olmaqla 19000 (on doqquz min) ABŞ dolları məbəğində kredit verilmişdir. Borc öhdəliyinin təminatı xx.xx.2014-cü il tarixli, №527-14B saylı X12 və xx.xx.2014-cü il tarixli, №527-14B saylı Daşınar Əmlakın Girov Müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2015ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 12 ay güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 (on beş min) manat məbəğində kredit verilmişdir. Borc öhdəliyinin təminatı xx.xx.2015-ci il tarixli, №040-15B saylı X12 və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Daşınar Əmlakın Girov Müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №500B saylı İpoteka (Girov) müqaviləsindən görünür ki, Cavabdeh ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №500B saylı Kredit Müqaviləsi üzrə 4 ay güzəştlə 18 ay müddətinə illik 26% olmaqla 10000 (on min) ABŞ dolları kredit aldığı borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 14000 (on dörd min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2014cü il tarixli, №527-14B saylı X12ndən görünür ki, Cavabdeh ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə 6 ay güzəştlə 36 ay müddətinə illik 23% olmaqla 19000 (on doqquz min) ABŞ dolları kredit, habelə əvvəlki xx.xx.2012-ci il tarixli 838/12PB/BŞ-KM saylı kredit müaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 17000 (on yeddi min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2015ci il tarixli, №040-15B saylı X12ndən görünür ki, Cavabdeh ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 12 ay güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 (on beş min) manat kredit, habelə əvvəlki xx.xx.2014-cü il tarixli, №527-14B saylı kredit müaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 17000 (on yeddi min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Kreditin verilməsi üçün Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyindən görünür ki, Bərdə rayonu Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 44.64 yardımçı, 78.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar dəyəri 16000 manat kimi qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş **********13-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı, №0003278 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Cumalar kəndində mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78.4 kv.m yaşayış, 44.64 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı, №0547397 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, №0692904 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş X14 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Razılıq ərizəsindən görünür ki, X20 anası X4 məxsus olan Bərdə Cumalar kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş X10 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Razılıq ərizəsindən görünür ki, X18 anası X4 məxsus olan Bərdə Cumalar kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Razılıq ərizəsindən görünür ki, X18 arvadı X4 məxsus olan Bərdə Cumalar kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli iltizamdan görünür ki, X9 və ailə üzvləri ipoteka qoyulmuş fərdi yaşayış evinə tutumanın yönəldilməsi haqqından bildiriş ipoteka qoyana verildiyi andan 7 gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etməsi barədə iltizam vermişdir. Mülki işə əlavə edilmiş xx.xx.2016-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 3529 saylı, xx.xx.2016-cı il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınması haqqında Ərizədən görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bərdə rayon Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №527-14B və xx.xx.2015-ci il tarixli, №040-15B nömrəli kredit müqavilələrinin təminatı olaraq X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsilə birlikdə 78.4 kv-m yaşayış, 44.64 kv-m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, №527-14B saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 5688,38 ABŞ dolları əsas borc, 5027,44 ABŞ dolları faiz borcu, cərimə borcu 409,56 ABŞ dolları olmaqla, ümumilikdə 11125,38 ABŞ dolları borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, №040-15B saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 15000,00 manat əsas borc, 5399,16 manat faiz borcu, cərimə borcu 9810,00 manat olmaqla, ümumilikdə 30209.16 manat borcu vardır. Mülki işə əlavə olunmuş AZ-İ № 935672 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 05 may 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh qanuni vərəsələri X18, X20 və X5r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayon Cumalar kəndində yaşayan ümumi sahəsi 1.3276 ha olan torpaq sahəsinin Cavabdeh məxsus hissəsindən ibarətdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 30238 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan borcu 9126,22 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, №040- 15B saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan borcu 15969,25 manat olaraq müəyyən edilmişdir. (Ekspert xərci 165 AZN) Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6555 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, 527-14B saylı kredit müqaviləsi və 04 iyun 2015-ci il tarixli, 040-15B saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 22 dekabr 2014-cü il tarixli, 527-14B saylı müqavilə üzrə: İddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə yəni xx.xx.2017-ci il tarixə: əsas borc üzrə-- 5.742,75 ABŞ dolları; faiz borcu üzrə----- 2.489,16 ABŞ dolları. Müqavilənin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixə: əsas borc üzrə-- 5.742,75 ABŞ dolları; faiz borcu üzrə- 3.032,16 ABŞ dolları. 4 iyun 2015-ci il tarixli, 040-15B saylı müqavilə üzrə: İddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə yəni xx.xx.2017-ci il tarixə: əsas borc üzrə------ 14.987,46 manat; faiz borcu üzrə--- 714,03 manat. Müqavilənin bitmə tarixinə yəni xx.xx.2016-cı il tarixə: əsas borc üzrə---- 14.987,46 manat; faiz borcu üzrə- 1488,38 manat Son ödəniş tarixinə yəni xx.xx.2019-cu il tarixə: əsas borc üzrə---- 12.912,28 manat; faiz borcu üzrə- 2275,22 manat müəyyən edilmişdir. (Ekspert xərci 100 AZN) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-145/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bərdə rayonu, Cumalar kəndində X3 mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən, 78,4 kv.m yaşayış sahəsindən, 44,64 kv.m yardımçı sahədən, 123,04 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 30000 (otuz min) manat dəyərində, likvid dəyəri isə 23000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsinə əsasən 6 ay güzəştlə 36 ay müddətinə illik 23% olmaqla 19000 (on doqquz min) ABŞ dolları məbəğində və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsinə əsasən 12 ay güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 (on beş min) manat məbəğində kredit verilmişdir. Borc öhdəliklərinin təminatı olaraq xx.xx.2014-cü il tarixli, №527-14B saylı və xx.xx.2015-ci il tarixli, №040-15B saylı X6 bağlanmışdır. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, Cavabdeh vəfat etmişdir. Cavabdeh miras əmlakını ailə üzvləri X18, X20 və X9 qəbul edərək vərəsəlik şəhadətnaməsi almışdır. Odur ki, Bərdə rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(021)-13/2023 saylı qərardadı ilə Cavabdeh vəfat etdiyindən X18, X20 və X9 hüquqi varis qismində iş cəlb olunmuş və işə X13, X16 və X4 münasibətdə baxılması davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2014-cü il tarixli, №527-14B saylı və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, onun öhdəliyinin hər bir təqsirli pozuntusuna görə qanuni vərəsələri X18, X20 və X9 məsuliyyət daşımalı və kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh xx.xx.2014cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə banka olan əsas borc məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə faiz borcuna və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borc 5027,44 ABŞ dolları olmuş, lakin ekspert rəyində müqavilə müddətinin bitmə tarixiə faiz borc məbləği 3.032,16 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 15000,00 manat, faiz borcu 5399,16 manat olmuş, lakin ekspert rəyində əsas borc 14987,46 manat, müqavilənin bitdiyi tarixə faiz borcu 1.488.38 manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh banka olan xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə faiz borc və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə əsas və faiz borc məbləğlərinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə faiz borc və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə əsas və faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" BOKT ASC-nin iddiasının xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə 409,56 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 9810,00 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə 100 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" ASC, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №527-14B saylı və xx.xx.2015-ci il tarixli, №040-15B saylı X6nə əsasən Cavabdeh ilə kreditor Parabank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №527-14B saylı və xx.xx.2015-ci il tarixli, №040-15B saylı kredit müavilələri üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətindəki Bərdə rayon Cumalar kəndində 0.23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 23000 (iyirmi üç min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən 78,4 kv.m yaşayış sahəsindən, 44,64 kv.m yardımçı sahədən, 123,04 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 23000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən, 78,4 kv.m yaşayış sahəsindən, 44,64 kv.m yardımçı sahədən, 123,04 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi satıldıqdan bir ay sonra həmin mənzildən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, X18, X20 və X9 notarial qaydada təsdiqlənmiş iltizama əsasən Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vediklərini və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etmələri barədə öhdəlik götürmüşlər. Odur ki, Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayan X18, X20 və X9 çıxmazsa, onlar məcburi qaydada çıxarılmaldırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-nin iddia tələbi qismən təmin edilməli, cavabdehlər X7, X11 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə 5688,38 ABŞ dolları əsas borc, 3.032,16 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8820,54 ABŞ dolları qətnamə icra olunan vaxt manat məzənnəsi ilə, xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 14987,46 manat əsas borc, 1488,38 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 16975,84 manat İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ cavabdeh X3 mülkiyyətindəki Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra X18, X20 və X9 həmin evdən məcburi çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi xx.xx.2014-cü il tarixli 527-14B nömrəli kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli 040-15B nömrəli kredit müqaviləsinin hüquqi qüvvəsinə xitam verilməsi hissəsində təmin oluna bilməz. Belə ki, həmin kredit müqavilələri 36 ay müddətinə bağlanmışdır və qüvvədə olma müdətləri bitmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X7, X11 və X2 müştərək qaydada İddiaçı BOKT ASC -nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat cavabdehlər X7, X11 və X2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 265 manat (165+100) cavabdehlər X7, X11 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat tələbi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş xərclə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X7, X11 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, №527-14B saylı Kredit (Borc) Müqaviləsi üzrə 5688,38 ABŞ dolları əsas borc, 3.032,16 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8820,54 ABŞ dolları qətnamə icra olunan vaxt manat məzənnəsi ilə alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Cavabdehlər X7, X11 və X2 müştərək qaydada xx.xx.2015-ci il tarixli, №040-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 14987,46 manat əsas borc, 1488,38 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 16975,84 manat alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. X1 mülkiyyətindəki Bərdə rayonu Cumalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,04 kv.m, yaşayış sahəsi 78.4 kv.m, köməkçi sahəsi 44.64 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X17, X20 və X9 həmin fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu cavabdehlər X7, X11 və X2 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC -yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat cavabdehlər X7, X11 və X2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 265 manat (165+100) cavabdehlər X7, X11 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-13/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-13/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver