Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1303/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 850 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən Aydan Telekom mağazasında mobil nömrə satışını həyata keçirir. Cavabdehlə aralarında bağlanmış 21 seyntyabr 2019 tarixli alqısatqı müqaviləsinə əsasən 31 dekabr 2019-ci il müddətinə ödəmək şərtilə 550 manat məbləğində azercell nömrəsi (altı yüz ədəd) verilmişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh aldığı malın dəyərini 3 ay ərzində ödəməlidir. Müqaviləyə əsasən cavabdeh aldığı nömrələri Aydan Telekomda aktivasiya etməsə alığı malın dəyərini iki qat ödəməlidir. Lakin ödəniş cədvəli üzrə cavabdeh 250 manat ödəniş etmiş və alqı satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq 850 manat borcu qalmışdır. Pulu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Ona görədə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin aldığı nömrələri məhz “Aydan Telekom”da aktivasiya edilməli idi. Cavabdeh bunu etmədiyinə görə ondan 800 manat pul tələb edilir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1978-ci ildə Zərdab rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1991-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Binəqədi 11 MMC tərəfindən verilmiş 0289 nömrəli 02 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 Binəqədi 11 MMMC-nə məxsus 18 mərtəbəli yaşayış binasının 165 saylı mənzilində yaşayır. Mülki işə əlavə edilmiş 21 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh Aydan Telekomdan 550 manat dəyərində mal almışdır. Aldığı malı dəyərinin 250 manatını nağda qaydada ödəmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatda borclu qaldığı 550 manat puldan hər ay 50 manat hesabı ilə Şəhriyarın kartına ödəyəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Beləliklə, İddiaçı cavabdeh Cavabdeh qarşı 850 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, bu baxımdan iddiaçı iddia tələbində qismən haqlı olması səbəbindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 300 manat məbləğində pul tutulmalıdır, çünki Cavabdeh İddiaçı 550 manat dəyərində mal almış, həmin malın dəyərinin 250 manatını nağd ödəmişdir. Bundan başqa cavabdehin aldığı nömrələri məhz “Aydan Telekom”da deyil, digər rabitə şirkətində aktiv etməsi ilə bağlı iddiaçının məhkmədə bildirdikləri hallar heç bir sübutla təsdiqini tapmadığından iddianın 800 manat hissədə təmin edilməsi mümkün deyildir. Bundan başqa iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 21 manatı cavabdehə, qalan on 10,60 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat və 10,60 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi İddiaçı oğluna aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1303/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1303/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver