Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1310/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin predmentini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən, 3500 manat pulun və 55 manat dövlət rüsumunun cavabdehdən alınıb verilməsinə və qanunsuz tikilən tikilinin şəxsi hesabına sökülərək əvvəlki vəziyyətinə salınmasına dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun obyektini sökərək qeyri qanuni öz obyektini tikmişdir. Halbuki həmin obyektin sökülməsinə dair Bərdə rayon məhkəməsinə iddia ərizəsi verdi. Bərdə rayon məhkəməsi xx.xx.2022 ci il tarixdə 2(021)- 363 saylı qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Lakin cavabdeh güc yolu ilə ona məxsus obyekti gecə sökərək 3500 manat ziyan vurmuşdur. Hesab edir ki, özünün qeyri qanuni tikdiyi obyekt sökülərək əvvəlki vəziyətinə salınmaqla ona vurduğu ziyanın ödənilməsinə zərurət vardır. Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.84 kv.m olan qeyri yaşayış binasına dəymiş ziyan mütəxəssis rəyi ilə qiymətləndirilmişdir. 1. Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.84 kv.m olan qeyri yaşayış binasının tiktintisi üçün hazırki vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiymət qoyulmuşdur 4000 m, Qeyri yaşayış sahəsinin cəmi bazar dəyəri 4000 m, Qeyri yaşayış sahəsinin, cəmi likvid dəyəri 3500 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etmədiyini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990cı ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 55 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2094 nömrəli Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, İddiaçı ərazinin Uğurbəyli kəndində yaşayır. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli, “X8” MMC-nin Bərdə rayon Şirvanlı kəndində yerləşən qeyri yaşayış sahəsinə çəkilmiş xərcin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.84 kv.m olan qeyri yaşayış binasının tiktintisi üçün hazırki vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiymət qoyulmuşdur 4000 m, Qeyri yaşayış sahəsinin cəmi bazar dəyəri 4000 m, Qeyri yaşayış sahəsinin, cəmi likvid dəyəri 3500 manat müəyyən olunmuşdur. İş materiallarında olan 25 iyun 1999-cu il tarixli, JN-104, KOD-61023038 nömrəli Torpaq mülkiyyəti haqqda Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X1, X7, X2, X4, X6, X3, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində Bərdə rayon X5 22 iyun 1998-ci il tarixli, 09 nömrəli sənədi ilə həmin şəxslərin mülkiyyətinə 1.27 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDKR X14 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi rəyin surətindən görünür ki, iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmış Bərdə rayon Uğurbəyli kəndində yerləşən 0.1120 ha torpaq sahsində cavabdeh İddiaçı tərəfindən 85 kv.m (14.2 x 6) ölçüdə mişar aşından yarımçıq tikili inşa etmişdir. Cavabdeh İddiaçı tərəfindən inşa edilmiş mübahisəli tikili TEKUİS-nə əsasən Torpağa mülkiyyət hüququna dair JN-104, KOD 61023038 saylı Dövlət aktı ilə cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.27 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin predmentini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən, 3500 manat pulun və 55 manat dövlət rüsumunun cavabdehdən alınıb verilməsinə və qanunsuz tikilən tikilinin şəxsi hesabına sökülərək əvvəlki vəziyyətinə salınmasına dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı sökülərək ona 3500 manat dəyərində ziyan vurulmasını iddia etdiyi tikilinin Cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar (şahid ifadələri, video və fotogörüntülər, yazılı sənədlər, cinayət işinin başlanması və ya başlanmasının rəddinə dair qərar və s.) təqdim etməmişdir. Beləliklə də cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsi yəni tikilinin sökülməsi və ya tikilinin sökülməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən hazırki maddi ziyanın cavabdehdən tutulması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı oğuna məxsus tikilini sökməsi və nəticədə ona 3500 manat ziyan vurması sübut olunmur. Ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1310/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1310/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver