Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1312/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh buraxılışı 2001-ci il, mühərrik nömrəsi 51143442, ban nömrəsi WBAGL61050DM50627 olan “BMW 745" markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Bakı şəhəri 36 saylı notariat ofisində 3M-207 nömrəli reyestrdə rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi üzrə ona ödəməli olduğu 5750 (beş min yeddi yüz əlli) manat pul vəsaitinin və ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında ona məxsus buraxılışı 2001-ci il, mühərrik nömrəsi 51 143442, ban nömrəsi WBAGL61050DM50627 olan "BMW 745" markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 10650 (on min altı yüz əlli) manata cavabdehə satılmasına dair razılaşmışlar. İlkin ödəniş olaraq 4900 (dörd min doqquz yüz) manat ödənilmiş, qalan 5750 (beş min yeddi yüz əlli) manat pulu isə cavabdeh hər ay 575 (beş yüz yetmiş beş) manat olmaqla 10 ay ərzində, yəni xx.xx.2024-cü ilədək ödəməli idi. Bu barədə aralarında Bakı şəhərinin 36 saylı notariat ofisində reyestr nömrəsi 3M-207 olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqısatqısı müqaviləsi bağlanmış, adı çəkilən minik avtomobilinin idarə olunması üçün həmin tarixdə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün ƏN-Vİ seriyalı 664901 nömrəli etibarnamə verilmişdir. Müqavilə bağlanan zaman cavabdeh 4900 manat ödəniş etmiş, qalan 5750 manat borcundan heç bir məbləğdə ödəniş etməmiş, aralarında bağlanmış müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinin tələbini pozmuş, etdiyi bütün cəhdlər heç bir nəticə verməmiş, ona 5750 manat borcu qalmışdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliyin hissəhissə ödənilməsi nəzərdə tutulsa da, yuxarıda qeyd etdiyi kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, adı çəkilən nəqliyyat vasitəsini qəzaya uğradaraq avtomobili yararsız vəziyyətə salmışdır. Cavabdeh aralarında ona məxsus buraxılışı 2001-ci il, mühərrik nömrəsi 51143442, ban nömrəsi WBAGL61050DM50627 olan “BMW 745” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Bakı şəhəri 36 saylı notariat ofisində 3M-207 nömrəli reyestrdə rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin 2.2.-ci və 2.3.-cü bəndlərinin tələblərini pozduğundan həmin müqavilə üzrə ona ödəməli olduğu 5750 manat pul vəsaiti ondan xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 135/32-də qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 25 sentyabr 2023-cü il tarixdən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 135, mənzil 32-də qeydiyyatdadır. Bakı şəhəri 36 saylı notariat ofisində bağlanılmış 18 iyul 2023-cü il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, birinci tərəf “Satıcı”-İddiaçı və ikinci tərəf “Alıcı”-Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, BA seriyalı, 228379 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Satıcı-İddiaçı məxsus olan “BMW 745 minik” markalı, ban WBAGL61050DM50627, mühərrik 51143442, buraxılış ili 2001, dövlət nömrə nişanı **-DM-*** olan avtomobilə dair Alıcı-Cavabdeh ilə hazırda ilkin alqı-satqı müqaviləsini və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər. Müqavilənin: 2.1-ci bəndinə görə avtomobilin satış qiyməti 10650 (on min altı yüz əlli) manat müəyyən edilir. 2.2-ci bəndinə görə Alıcı 2.1-ci bənddə müəyyən edilən pulun 4900 (dörd min doqquz yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 5750 (beş min yeddi yüz əlli) manatını bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada Satıcıya ödəyir. 2.3-cü bəndinə görə Alıcı qalan 5750 (beş min yeddi yüz əlli) manatını 10 (on) ay müddətində- yəni xx.xx.2024-cü il tarixinədən hər ay 575 (beş yüz yetmiş beş) manat olmaqla Satıcıya notariusun depozit hesabı vasitəsilə hər ayın 18-də ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndinə görə Satıcı avtomobilin qiyməti olan tam öhdəlikdən sonra AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışı alaraq avtomobili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləsini bağlamağı, avtomobili Alıcının vəsaiti hesabına onun adına rəsmiləşdirməyi öhdəsinə götürür. 2.5-ci bəndinə görə Satıcı müqavilənin şərtlərinə əməl etməyib avtomobili satmaqdan imtina edərsə, Alıcının avtomobil üçün ona ödədiyi ilkin və aylıq ödənilmiş məbləğləri qaytarmağı öhdəsinə götürür. 2.6-cı bəndinə görə Alıcı avtomobili almaqdan imtina edərsə və ya 1 (bir) ay ödəniş etməzsə, avtomobil ondan geri alınır və avtomobil üçün Satıcıya ödədiyi ilkin və aylıq ödənilmiş məbləğlərdən ona heç bir məbləğ qaytarılmır. 2.7-ci bəndinə görə avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 2.8-ci bəndinə görə Satıcı avtomobili işlək vəziyyətdə Alıcının istifadəsinə nəqliyyat vasitəsinin istifadə hüququna dair etibarnamə ilə verir. Bu zaman avtomobil ilə törədilmiş qəzaya, hər hansı bir hadisəyə görə (maşın oğurlanarsa, yanarsa, maşın parçalanıbhissə şəklində satılarsa və digər hallar) məsuliyyəti Alıcı daşıyır. 2.9-cu bəndinə görə Alıcı avtomobili işlək və saz vəziyyətdə saxlamağı öz üzərinə götürür və bununla əlaqədar bütün xərcləri özü çəkir. Həmçinin avtomobil geri qaytarılarsa onu götürdüyü vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür. 3.1-ci bəndinə görə müqavilə notarial qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. 3.2-ci bəndinə görə tərəflərin razılığına əsasən müqavilə ləğv oluna bilər. 18 iyul 2023-cü il tarixli ƏN-Vİ 664901 nömrəli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “BMW 745 minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı mülkiyyətində olan buraxılışı 2001-ci il, mühərrik nömrəsi 51 143442, ban nömrəsi WBAGL61050DM50627 olan "BMW 745" markalı **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 10.650 (on min altı yüz əlli) manata cavabdehə satılmasına dair razılaşmışlar. Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 4900 (dörd min doqquz yüz) manat ödənilmiş, qalan 5750 (beş min yeddi yüz əlli) manatı isə hər ay 575 (beş yüz yetmiş beş) manat olmaqla 10 ay ərzində, yəni xx.xx.2024-cü ilədək ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə tərəflər arasında Bakı şəhərinin 36 saylı notariat ofisində reyestr nömrəsi 3M- 207 olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmış, adı çəkilən minik avtomobilinin idarə olunması üçün həmin tarixdə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün ƏN-Vİ seriyalı 664901 nömrəli etibarnamə verilmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, hər ay ödəməli olduğu 575 manat pulu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə görə, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə görə, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İşin hallarından görünür ki, tərəflər arasında Bakı şəhərinin 36 saylı notariat ofisində reyestr nömrəsi 3M-207 olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmış, qeyd olunan müqavilənin bağlanmasından bir ildən artıq müddət keçməsinə baxmayaraq tərəflər arasında əsas müqavilə bağlanmamış, cavabdeh isə ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, MM-nin 402.4 və 402.5-ci maddəsinin tələbinə uyğun olaraq, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Qeyd olunan müqavilənin 2.6-cı bəndinə görə Alıcı avtomobili almaqdan imtina edərsə və ya 1 (bir) ay ödəniş etməzsə, avtomobilin ondan geri alınması nəzərdə tutulsa da, iddiaçı müqavilə bağlandıqdan 2 ilə yaxın müddət keçdikdən sonra cavabdehdən 5750 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1312/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1312/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver