Məhkəmə qərarları › İş №2(021)-1313/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1313/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1313/2023 04.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı X7, Cavabdeh, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Təzə bazar Ticarət Mərkəzində illərdir ki, tikiş avadanlıqlarının satışı ilə məşğul olur. O, işlədiyi mağazadan tyəxminən dörd aydan çox olar ki, Cavabdeh əlbəəl milli pul və tikiş üçün istifadə olunan, dəyəri 6000 manat olan tikiş maşınlarını ondan nisyə almışdır. 1000 manatı ödəsə də, qalan 5000 manat pulu borcunu ödəməkdən cavabdeh boyun qaçırdır. Onu aldadaraq, oğlunun əməliyyat olunduğunu bildirərək, ondan dəfələrlə pul almışdır. O, cavabdehə verdiyi tikiş maşınlarını Bakı şəhərindən Binə Ticarət Mərkəzindən alıb gətirərək, Bərdə Təzə bazar ticarət mərkəzində satmaqla ailəsini dolandırır. Mərhum oğlu ikinci Qarabağ müharibəsi şəhididir. Şəhid atasının aldadılması ən azından cəmiyyət üçün qəbul edilməzdir. Hətta bununla bağlı Bərdə rayon Polis Şöbəsinə də şikayət vermişdir. Cavabdehin onunla danışıq, səs yazıları da var, cavabehdən 5000 manat pul alınıb ona tam şəkildə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı X14 ziddiyyətli və qarışıq izahatlar verərək, cavabdehin ona 6000 manat, daha sonra 5000, daha sonra isə 4700 manat borcunun olduğunu bildirərək, sonra iddia ərizəsində qeyd etdiyi məbləğin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı 1100 manat borclu olduğunu, həmin borcu qaytara bilmədiyini etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh, vəkili və nümayəndəsi X5 iddiaçı borcu şişirdilmiş şəkildə qeyd etdiyi, cavabdehin ona yalnız 1100 manat borcu olduğundan iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya DYİ 00***** saylı daimi yaşamaq haqqında vəsiqənin surətindən müəyyən olunur ki, X14 15 avqust 1963-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 003330 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 şəhid ailəsidir. Mülki işə əlavə edilmiş Bərdə rayon Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2534 nömrəli, 02 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 rayonu, Qaradağlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, 68/2-2349 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskə məhkəmə tərfindən baxış keçirilərək dinlənilmiş. Həmin diskdə olan səs yazısında yalnız iddiaçı X1-danışığı eşidilir, dəfələrlə cavabdehə ona 5000 manat borclu olduğunu deyir, cavabdehin səsi eşidilmir və borcun 5000 manat olmasını etiraf etmir. İş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, iddiaçı X10 cavabdehin ona 6000 manat borcunun olduğunu bildirmiş, lakin cavabdeh isə izahatında iddiaçıya 1030 manat borcunun olduğunu etiraf etmişdir. Həmin qərarda həmçinin iddiaçı X7 arvadı X6 izahatında qeyd etmişdir ki, onun əri Sadiqə borc pul verməmiş, Sadiqə şər atmışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qismən haqlı olması səbəbindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh iddiçıya 1100 manat borcu olduğunu məhkəmə iclasında təsdiq etmişdir. Qalan 3900 manat pul məbləğini cavabdehin ona borclu olmasını iddiaçı məhkəmə iclasında təsdiq edə bilmədi. Məhkəmə xüsusi olaraq da onu qeyd edir ki, iddiaçının iddia tələbində 5000 manat qeyd etməsi özü inandırıcı hesab edilmir. Belə ki, cavabdeh iddiaçıdan dəfələrlə müxtəlif bəhanələrlə borc alıb qaytarmadığı təqdirdə iddiaçının yenə də cavabdehə borca nə səbəbə pul verərərk borc məbləğinin iddia tələbində qeyd edildiyi məbləğədək şişirdilməsi anlaşılmaz olaraq qalmaqdadır və bu halın özü məhkəmə iclası zamanı sual şəklində verilərkən iddiaçı tərəfindən cavablandırıla bilməmişdir. Lakin tikiş maşınlarının nisyə alqısatqısı və onun pulunun cavabdeh tərəfindən qaytarılmaması halı cavabdeh tərəfindən etiraf edilmiş və bu hissədə məhkəmə iddia tələbini haqlı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin arasında həm şifahi borc, həm də nisyə alğı-satqıdan yaranmış olan mülki hüquqi münasibətlər mövcud olmuş və həmin münasibətlər çərçivəsində cavabdehin iddiaçıya 1100 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X7 xeyrinə 1100 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 1100 manat (min yüz) manat tutularaq iddiaçı X8 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən 31 manat məbləğində rüsum Cavabdehdan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar