Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1333/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona qaytarmalı olduğu 2000 (iki min) manat məbləğində pulunu, əlavə sərf etdiyi 300 manat xərcini və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə mal bazarından ondan inək aldığı zamandan tanımış, əvvəllər aralarında heç bir narazılıqları və düşmənçilikləri olmamışdır. Cavabdeh 06.09.2020-ci il tarixdə Gəncə mal bazarında inək satmış, ona da yanı balalı damazlığa inək lazım olduğundan onunla şifahi sövdələşib satdığı yanı balalı inəyi 2000(iki min) manat pul verib almışdır. Aralarında olan razılaşmaya əsasən həmin inək sutkada 7 litr süd verməli olduğu halda inəyi bir həftə saxlamasına baxmayaraq sutkada 2-3 litrdən artıq süd vermədiyindən cavabdehlə telefonla zəng etmiş, inəyi geri qaytarmaq və pulu geri almaq istədiyini bildirmişdir. 13.09.2020-ci il tarixdə inəyi Gəncə mal bazarına aparıb ona qaytaranda cavabdeh nəğd pulunun olmadığını, inəyi satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Ancaq, caabdeh qaytardığı inəyi həmin vaxtdan bir həftədən sonra satmasına baxmayaraq ona verdiyi 2000 manat pulunu müxtəlif bəhanələrlə bu günə qədər qatarmamışdır. Bundan sonra məlum 2-ci Qarabağ müharibəsi başlamış, şəhidləri olduğundan hazırda iddia qaldırmalı olmuşdur. Onu da əlavə edir ki, cavabdehin arxasınca gedib-gəlməsi ilə əlaqədar artıq 300 manatdan çox pulunu sərf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehdən tələb etdiyi 300 manatı tələb etmədiyini, cavabdehdən 2000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh məhkəmə iclasına gəlməməsi ilə əlaqədar onun Cavabdeh qarşı pul tələbinə dair mülki işin qiyabi baxılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, iddiaçı həyat yoldaşıdır. 06.07.2020-ci ildə Gəncə mal bazarında Cavabdeh 2000 manata inək almışlar. Cavabdeh inəyi alarkən sonuncu inəyin 10 litrdən artıq süd verdiyini bildirmişdir. İnəyi gətirdikdən sonra inəyin 2-3 litrdən artıq süd vermədiyini görmüşlər. Cavabdeh zəng edərək inəyin süd vermədiyini, həmin səbəbdən inəyi qaytarmaq istədiklərini bildirmişlər. İnəyi gəncə bazarına apararaq Cavabdeh təhvil vermişlər. Sonuncu bir həftəyə inəyi satıb pulu qaytaracağına söz versə də qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, İddiaçı əmisinin yeznəsidir. 06.07.2020-ci ildə İddiaçıla Gəncə mal bazarına sonuncuya heyvan almaq üçün getmişlər. Cavabdeh bazarda tanımışdır. Sonuncu Əbülfət adlı şəxsin malını satmışdır. Cavabdeh 2000 manata bir baş inək almışlar. Amil İnəyin 10 litrə yaxın süd verdiyini bildirmişdir. İnəyi gətirdikdən sonra məlum olmuşdur ki, inək 2-3 litr süd verir. Ona görə də inəyi qaytarmaq qərarına gəlmişlər. İnəyi Cavabdeh qaytarmış, sonuncu inəyin pulunu inəyi sataraq verəcəyinə söz vermişdir. Lakin hazırkı vaxta kimi Cavabdeh pulu qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 06.09.2020-ci ildə Gəncə şəhərində yerləşən mal bazarında cavabdehə 2000 manat pul verməklə bir baş inək almışdır. Cavabdeh inəyin 10 litrə yaxın süd verdiyini bildirsə də məlum olmuşdur ki, inək 2-3 litr süd verir. Bu səbəbdən iddiaçı inəyi cavabdehə qaytarmış, sonuncu 2000 manat pulu bir həftəyə iddiaçıya qaytarmasına söz versə də qaytarmamışdır. Bu hal məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı olan borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 238, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən 1 ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1333/2021
Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-1333/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver