Məhkəmə qərarları › İş №2(021)-1344/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1344/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1344/2025 25.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 900 manat beh məbləğinin iki misli olan 1800 ( min səkkiz yüz) manat pulun və ödanilmiş 38 manat dövlət rüsumu pulun alınaraq oan verilmasi barədə qatnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan VAZ 2107 markalı M9510K Rusiya qeydiyyat nişanlı avtomobil ilə rayon ərazisində taksi kimi işləmişdir. 2022ci ilin avqust ayında tanımadığı iki nəfər maşına əyləşərək onları çay içmək üçün səliqəli bir yerə aparmağı xahiş etmişdir. Onları avtomaşını ilə Çeşmə restoranına aparmışdır. Söhbət zamanı onlardan biri özünü Cavabdeh kimi toqdim edərək bildirmişdir ki, Bakı şəhəri, 8-ci km-da öz adına avtoşirkəti var, avtomobillərin alqı-satqısı ilə maşğuldur. Xaçmaz rayonuna da vətəndaşa kreditlə satdığı avtomaşının pulu ödənilmədiyinə göra avtomaşını aparmağa galmişdir. Hamin şaxs onun telefon nömrəsini yazaraq götürmüş və bildirmişdir ki, ehtiyac olanda onu rayon ərazisində gəzdirsin. Təxminən 1 saatdan sonra Cavabdeh ona zəng edərək onları Bakı prospektində dayanan taksilərin yanına aparmağı xahiş etdi və o da onları həmin yerə aparmışdır. Bir neça dəfə də Cavabdeh xahişi ilə müxtəlif ünvanlara aparmışdır. Həmin ilin dekabr ayında istifada etdiyi VAZ 2107 markalı M9510K Rusiya qeydiyyat nişanlı avtomobil xarab olduğuna va çox xərc tə1əb etdiyinə görə qərara gəlmişdir ki, başqa maşın alsın. Bu maqsədlə Cavabdeh 055 -357- 51- 11 saylı nömrəsinə zəng edərək onun üçün VAZ 21099 markalı maşın tapmasını xahiş etmişdir. Samir bir neçə saatdan sonra ona zəng edərək 8000 manat pula satılıq VAZ 21099 markalı avtomobil olduğunu, beh kimi ona 900 manat pul göndərmak lazım olduğunu bildirmişdir və hesab nömrəsini whatsapp vasitasila telefonuna göndərmişdir. 09 dekabr 2022-ci il tarixda ml0 aparatı vasitəsilə Cavabdeh ona göndərdiyi hesaba 900 manat pul köçürmüşdür. Səhərisi gün yenidən Samirə zəng edərək Bakı şəhərinə gəlib əlavə olaraq 1100 manat da göndərmək lazımdır. O cavabdehlə razılaşaraq təcili 1100 manatı faizlə tanışından alaraq Samirə zəng vurmuşdur. Samir bildirmişdir ki, hal-hazırda atası xəstəxanada reanimasiya şöbəsində ağır vaziyyətdədir, baş qarışıqdır, sonra özü ona zəng vuracaq. Bir neçə gündən sonra yenidan Samirə zang vuraraq gəlmək istadiyini bildirdikdə demişdir ki, atası vəfat etmişdir, başı qarışıqdır, bir müddətdən sonra özü ona zəng vurub çağıracaq. Ondan zəng galmədiyinə göra məcbur olub yenidən nömrəsinə zang vurmuşdur, lakin Samir müxtəlif bəhanələrlə söhbətdən yayınmağa başlamışdır. Bu halda təklif etmişdir ki, onun göndərdiyi 900 manat pulunu qaytarsın. Samir telefonda həqiqətən də ondan beh olaraq 900 manat pulu almasını təsdiq etməklə hatta Allaha da and içmişdir ki, pulunu yaxın vaxtlarda qaytaracaq. Üstündən iki il müddət keçsə də, hələdə cavabdehdən pulunu ala bilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbini təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin İB_nin müstəntiqi,polis mayoru X2 10 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Xaçmaz rayonu F.X.Xoyski küçəsi ev 33-də yaşayan İddiaçı ərizə ilə Rayon Polis Şöbəsinə müraciət edərək 2021-ci ilin mart ayında tanışı Cavabdeh ona avtomobil satmaq adı ilə 900 manat pulunu alaraq ələ keçirməsini bildirmişdir, İddiaçı ərizəsi əsasənda və toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Mülki işə əlavə olunmuş 09 dekabr 2022-ci il tarixli “M10” ödəniş sisteminin qəbzindən görünür ki, Cavabdeh hesabına 900 manat pul ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkməyə iddia ərizəsi ilə müraciət etmək üçün 38 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095 Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı: Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə: 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş diskə əlavə olunmuş sübutlara qiymət verərək qeyd edir ki, həmin telefon danışıqları (“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2022-ci il tarixli qərarı) birbaşa hüquqi mübahisənin tərəfləri (iddiaçı və cavabdeh) arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus Leobank kart hesabına 900 manat məbləğində vəsaitin köçürüldüyünü təsdiq edən qəbz mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddiaçı ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair 2022-ci ilin dekabr ayında şifahi razılaşma olması işi sübut edilmiş halıdır. Nəqliyyat vasitəsinin Cavabdeh mülkiyyətində olub-olmaması, habelə tərəflər arasında beh müqaviləsindən irəli gələn münasibətlərin tətbiq edilib-edilməməsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin sözügedən VAZ21099 markalı nəqliyyat vasitəsinə mülkiyyət hüququnun olub-olmamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh nə mülkiyyətində, nə də sahibliyində və ya istifadəsində hər hansı nəqliyyat vasitəsi mövcud deyil. Məhkəmə hesab edir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə əlaqədar olan şifahi razılaşma etibarsız əqddir. Bu səbəbdən də beh haqqında razılaşma əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 491.1-ci maddəsinə görə beh - müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Göründüyü kimi, behin 2 məqsədi var: 1) müqavilənin bağlanması təsdiq etmək; 2) müqavilənin icrasını təmin etmək. Beh haqqında razılaşma Mülki Məcəllənin 491.1-ci maddəsinin tələbinə ziddir, əhəmiyyətsiz əqd olaraq etibarsız sayılır. Beh haqqında tərəflərin razılaşması həmçinin ona görə etibarsızdır ki, Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Tərəflər müqavilənin forma şərtinə də riayət etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının məhrum olduqlarını geri tələb etməsinin qanuni əsasları əsassız varlanma olacaqdır, yəni etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməlidir. Cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Alqı-satqı və beh müqaviləsi etibarsız olduğuna görə iddiaçı behin 2 mislinin ödənilməsini tələb edə bilməz, çünki behin 2 mislinin ödənilməsinini tələb etmək hüququ etibarlı beh müqaviləsindən əmələ gələn hüquqdur. Odur ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən Cavabdeh etibarsız əqd üzrə aldığı 900 manat pulu geri qaytarmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz) manat pul tutulаrаq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 8 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar