Məhkəmə qərarları › İş №2(021)-1373/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1373/2022

01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1373/2022 01.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-3245/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 120 manat alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat miqdarında müəyyən edilərək onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 152.1.3cü maddələrinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə İddiaçı Ağdam rayonu Başqərvənd kəndində, Cavabdeh isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 71, mənzil 43-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Ağdam rayonu Başqərvənd kəndində, Cavabdeh isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 71, mənzil 43-də qeydiyyatda olduğundan, iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı Ağdam Rayon Məhkəməsinə və ya Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar