Məhkəmə qərarları › İş №2(021)-1384/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1384/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1384/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qəza nəticəsində avtomobilə dəymiş olanziyanındəyəri olan 2413 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 fevral 2023-cü ildə etibarnamə ilə idarə etdiyi ** DP *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə Bərdə şəhəri B.Hacıyev küçəsində hərəkətdə olarkən üfiqi nişanlanma xəttinin tələbini pozaraq hərəkətdə olan onun etibarnamə ilə idarə etdiyi X15 Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, texniki pasport nömrəsi AC974596 olan avtomobili ilə toqquşmuşdur. Nəticədə avtomaşına maddi zərər dəymişdir. Cavabdehin törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. 05 fevral 2023-cü il tarixdə avtomobilinə X10 nasazlıq və Baxışının mütəxəssisləri tərəfindən texniki baxış keçirlmiş və bu barədə ilkin qiymətləndirmə akt tərtib edilmişdir. Avtomobilə aşağıda göstərdiyi kimi ziyan dəymişdir. 1 qapı sağ arxa 1x1000= 1000 manat, qalpak sağ arxa 1x50=50 manat, sağ arxa salaska 1x25 manat, sağ arxa sırğa 1x13=13 manat, amortiza tor sağ arxa 1x175= 175 manat, cəmi1263 manat, həmçinin avtomobilin işi üçün dəmirçiyə 400 manat, rənglənməsi 600 manat, çilingər işləri 100 manat, cəmi 1100 manat dəyərində müəyyən edilmişdir. Qiymətləndirmə üçün isə 50 manat ödəniş edib. Avtomobilə qəza zamanı dəymiş ziyan cəmi 2413 manat dəyərində müəyyən edilmişdir. Bütün bu göstərdikləri isə aktda öz əksini tapmışdır. Dəymiş ziyanln ödənilməsini hazırki iş üzrə Cavabdeh tələb və xahiş etməyinə baxmayaraq cavabdeh törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə dəymiş ziyan ödəməmişdir və ödəməkdən imtina edir. Bunun üçündə oda məcbur qalıb məhkəməyə müraciət edib. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, ondan tələb olunan ziyan məbləğləri həddindən artıq şişirdilmişdir. Hesablanan ziyan məbləğinnin düzgün hesablanmadığını əvvəlki məhkəmə iclaslarında da göstərmişdir, o bu tələblərlə razı deyil. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA 362031 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh xx xxxx 1963-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bədə rayon Bölməsi tərəfindən verilmiş 306 saylı, 06 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu B.Hacıyev küçəsində müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə edilmiş AE 908157 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş AC 974596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomaşın X3 mülkiyyətinə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş ƏN-İV 155342 nömrəli nəqiyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, X1 Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsini İddiaçı etibar etmişdir. Mülki işə əlavə edilmiş fiziki şəxs X7 tərəfindən verilmiş ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrə və köməkçi materiallara, təmir işlərinə, çilingər işinə, rəngsaz işinə ümumilikdə cəmi 2363 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli, 05 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı idarə etdiyi Toyota Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə 04 fevral 2023-cü il tarixdə Bərdə şəhəri, B.Hacıbəyov küçəsində baş vermiş olan yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdır. Mülki işə əlavə edilmiş İnzibati Xəta haqqında ******* saylı, 05 fevral 2023-cü il tarixli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Mülki işə əlavə edilmiş Sərxoşlıq vəziyyətinin tibbi müayinəsi barədə 111 saylı, 04 fevral 2023-cü il tarixli aktın surətindən müəyyən olnur ki, Cavabdeh sərxoşluq əlamətləri aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Sərxoşlıq vəziyyətinin tibbi müayinəsi barədə 112 saylı, 04 fevral 2023-cü il tarixli aktın surətindən müəyyən olnur ki, İddiaçı sərxoşluq əlamətləri aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş İddiaçı tərəfndən Bərdə Rayon Polis Şöbəsinə vrilmiş izahatda göstərilmişdir ki, 04 fevral 2023-cü il tarixdə 16.10 radələrində idarə etdiyi Toyota Land- Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilinə Bərdə şəhəri B.Hacıyev küçəsində hərəkətdə olarkən, onun sağ tərəfində ara küçədə hərəkətdə olan VAZ 2106 markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşın sağ təfdən toqquşmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsinə vrilmiş izahatda göstərilmişdir ki, 04 fevral 2023-cü il tarixdə 16.10 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində idarə etdiyi VAZ 06 markalı ** DP *** dövlət qeydiyyat nişanlı avvtomobili ilə öz küçələrində dönərkən düzünə hərəkətdə olan Toyota Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və onun sağ yan hissəsindən vuraraq toqquşmuşdur. İş üzrə Bərdə Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(021)-1384/2023 saylı qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2855 nömrəli ekspert rəyi ilə Toyota Land-Cruiser-Prado minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1803 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, İddiaçı Cavabdeh qarşı avtoqəza nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi zərər qismən təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməlidir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş ziyan 1803 manat təşkil etdiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 50 manat ekspretiza xərci X2 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına, iddia tələbi qismən təmin edildiyindən isə 38.03 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 1803 (min səkkiz yüz üç) manat alınaraq İddiaçı verilsin. Cavabdeh ekspert rəyinə görə 50 (əlli) manat tutularaq X2 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilsin. İş üzrə iddia tələbi qismən təmin edildiyindən 38.03 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar