Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-139/2024 25.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD: 61000078 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 6 metr enində 300 metr uzunluğunda olan hissəsinin Cavabdeh vəsaiti hesabına yol kimi bərpa edilməsi, yolun açılması və Cavabdeh həmin mübahisəli yolun tutulmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birgə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Ona və digər ailə üzvlərinə məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahələri vardır. Cavabdeh həmin həyətyanı torpaqlarına gələn 6 metr enində, 300 metr uzunluğunda yolda qanunsuz olaraq zəbt edildiyindən mülkiyyətlərində olan torpaqdan istifadə edə bilmirlər. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD: 61000078 saylı şəhadətnamə əsasında mülkiyyətlərində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 6 metr enində 300 metr uzunluğunda olan hissəsinin Cavabdeh həmin mübahisəli yolun tutulmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməlidir. Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2456/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair mülki iş üzrə X8, X5 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Azərbaycan respublikasının JN-376A saylı, KOD: 61000078 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X8, X5, X3 0,50 ha torpaq sahəsi verilmişdir. Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2456/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçi İddiaçı Cavabdeh qarşı "yolun açılması" tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə həvalə olunmuş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-376A KOD 61000078 şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X7, X1 və X2 xüsusi mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşen 0.50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh və ya başqa bir şəxs tərəfindən zəbt edilib və ya bağlanmışdırmı?
2. Əgər zəbt edilmişsə və ya bağlanmışdırsa nə qədər hissəsi və kim tərəfinden zəbt edilmiş və ya bağlanmışdır?
3. İddiaçı və aile üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu əvvəlcədən mövcud olmuşdurmu və olmuşdursa kimin sahəsindən keçməklə həmin yol mövcud olmuşdur?
4. İddiaçı və ailə üzvlərinə məxsus 0.50 ha torpaq sahəsinə kimin torpaq sahəsindən keçməklə gediş-gəliş yolu açıla bilər və həmin sahəyə Cavabdeh istifadəsində olan torpaq sahəsindən keçməklə gediş-gəliş yolu açıla bilər mi? Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə izah edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsin 7 saylı BƏİ tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Bərdə rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə qərardadının icrası ilə bağlı ərazi idarəsinin mütəxəssisi tərəfindən hazırlanmışrəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2456/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-2456/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar elan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq, torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. AR məhkəməsinə qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2021)-2456/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir.
1. Sual: Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 saylı şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X7, X1 və X2 xüsusi mülkiyyətində olan Bərdə rayonu Mustafaağali kəndində yerləşən 0.50 ha heyetyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh və ya başqa bir şəxs tərəfindən zəbt edilib və ya bağlanmışdır mı? Cavab: Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı, X7, X1 və X2 mülkiyyətlərinə verilmiş 0.10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Cavabdeh tərəfindən pambıq bitkisi əkilərək bağlanılmışdır .
2. Sual: Əgər zəbt edilmişsə və ya bağlanmışdırsa nə qədər hissəsi və kim tərəfindən zəbt edilmiş və ya bağlanmışdır? Cavab: Mübahisəli torpaq sahəsi, Cavabdeh tərəfindən bağlanılmışdır və həmin torpaq sahəsi 0.25 hektardır.
3. Sual: İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu əvvəlcədən mövcud olmuşdurmu və olmuşdursa kimin sahəsindən keçməklə mövcud olmuşdur? İddiaçı və ailə üzvlərinə məxsus 0.50 ha torpaq sahəsinə kimin torpaq sahəsindən keçməklə gediş-gəliş yolu açıla bilər və həmin sahəyə Cavabdeh istifadəsində olan torpaq sahəsindən keçməklə gediş-gəliş yolu açıla bilərmi? Cavab: Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Boyəhmədli təsərrüfatının Mustafaağalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən Mustafağalı yaşayış məntəqəsinin sərhəddi ilə Torpağa mülkiyyət hüququna dair JN-727 nömrəli Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 1.33 ha torpaq sahəsi arasında gediş-geliş yolu nəzərdə tutulmuşdur. Cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə yaşayış məntəqəsi arasında qalan və mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsindən keçməklə açıla bilər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsin 7 saylı BƏİ tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023cü il tarixli sorğuya cavabdan görünür ki, Bərdə rayonu Mustafaağalı kəndində İddiaçı və ailə üzvlərinin TEKUİS məlumat bazasına əsasən mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsinə nəzərdə tutulmuş uzunluğu 267 metr olan gediş-gəliş yolunu, Cavabdeh tərəfindən şimal hissədən 4,76 metr, cənubdan isə 8,59 metr enində pay torpağına əlavə edərək pambıq bitkisi əkərək bağlamışdır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD: 61000078 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Bərdə rayonu, Musatafaağlı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 6 metr enində 300 metr uzunluğunda olan hissəsinin Cavabdeh vəsaiti hesabına yol kimi bərpa edilməsi, yolun açılması və Cavabdeh həmin mübahisəli yolun tutulmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə - ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri və s. daxildir. 47-ci maddəsinin 2-ci bəndinə əsasən,bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki işdən, xüsusilə işə əlavə edilmiş mütəxəssis rəyi və mütəxəssisin sorğuya cavabından görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı, üçüncü şəxslər X7, X1 və X2 mülkiyyətlərinə verilmiş 0.10 ha torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən pambıq bitkisi əkilərək bağlanılmışdır, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Boyəhmədli təsərrüfatının Mustafaağalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən Mustafağalı yaşayış məntəqəsinin sərhəddi ilə Torpağa mülkiyyət hüququna dair JN-727 nömrəli Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 1.33 ha torpaq sahəsi arasında gediş-geliş yolu nəzərdə tutulmuşdur. Cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə yaşayış məntəqəsi arasında qalan və mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsindən keçməklə açıla bilər. Həmçinin, iddiaçı və üçüncü şəxslərin mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsinə nəzərdə tutulmuş uzunluğu 267 metr olan gediş-dəliş yolu, Cavabdeh tərəfindən şimal hissədən 4,76 metr, cənubdan isə 8,59 metr enində pay torpağına əlavə edərək pambıq bitkisi əkərək bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin sahəyə keçidinin təmini, habelə torpaq mülkiyyətçilərinin öz torpaq sahəsinə sərbəst və rahat gedişgəlişinin təmini məqsədilə iddia qismən təmin edilərək iddiaçı və üçüncü şəxslərin birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində və 267 metr uzunluğunda açılması məqsədəuyğundur və yol cavabdehin vəsaiti hesabına yol kimi bərpa edilərək açılmalı, həmin mübahisəli yolun tutulması isə cavabdehə qadağan edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən tələb edilmədiyindən mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD: 61000078 saylı şəhadətnamə əsasında İddiaçı və üçüncü şəxslər X8, X5 və X2 birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində 267 metr uzunluğunda olan hissəsi Cavabdeh vəsaiti hesabına yol kimi bərpa edilsin və həmin torpaq sahəsinə gediş-gəliş yolu açılsın, Cavabdeh həmin mübahisəli yolun tutulması qadağan edilsin. İddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov