Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1391/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X4 və iddiaçının vəkili X5, Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və gediş-gəliş yoluna tökülmüş peyin qalıqlarının götürtdürülməsi” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qonşuluq hüquqlarının pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və gediş-gəliş yoluna peyin qalıqlarının tökülməsinin, su axıdılmasının qadağan edilməsi, peyin qalıqlarının götürtdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cavabdehlər onunla qonşuluqda yaşayır. Onun yaşayış evinə gedən kəndarası yol cavabdehlərin həyətyanı sahəsinin kənarından keçir. Lakin cavabdehlərin evləri kəndarası yoldan aralıda yerləşir və həyətə giriş darvazaları başqa yola açılır. Onun evinə gedən kəndarası yoldan istifadə etmirlər. Lakin cavabdehlər onun və digər qonşuların evlərinə gedən kəndarası yolun kənarında Bələdiyyə torpağında arxası yola olan mal-qara tövləsi tikdirmişlər. Cavabdehlər mal-qaralarını həmin tövlədə saxlayırlar və mal-qaranın peyin qalıqlarını tövlənin pəncərələrindən kəndarası yola tökürlər və yolda böyük peyin qalıqları yaranmışdır. Halbuki cavabdehlərin həyətində peyin qalıqlarını tökməsi üçün yer vardır. Bunun nəticəsində yolda pis qoxular yaranır, yolda və həyətində milçək və digər həşaratların olmasına, yola su axıb yolun palçıq olmasına səbəb olur. Həm onun, həm də qonşuların yolla gedib-gəlmələrinə maneələr yaranır. Cavabdehlərə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, cavabdehlər onlara məhəl qoymamışdır. Bununla bağlı o və qonşuları Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişlər, cavabdehlər inzibati tənbeh tədbiri ilə cəzalandırılmışlar. Lakin yenə nəticə olmadığından mülki mübahisə qaydasında məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X10 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, tövlə atası İsaya məxsusdur. Həmçinin peyin tökülən ərazi kəndarası yol deyil, onun atasına məxsusdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayda da məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməklə bağlı əvvəlcədən məhkəməyə lazimi qaydada məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X12 bildirdi ki, tərəflərlə qonşuluqda yaşayır. Cavabdehlər peyini yola tökürlər, yolu bağlayırlar. Üfunət olur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, tərəflərin qonşusudur. Cavabdehlər mal peyinini yola tökürlər, su arxını zəbt ediblər, yolu kəsmişlər. Mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli, xxxxxxx Fin kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. AZE ******** seriya nömrəli şəxsiyyət vəisqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1991-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş (Mədaxil) qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə RİHB-nın Mollalı kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 58 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə RİHB-nın Mollalı kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə RİHB-nın Mollalı kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə RiHB-nın Mollalı kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 56 nömrəli arayışdan görünür ki, X1 mal-qarasının peyinini Cavabdeh1 və Cavabdeh2 tövlənin arxasına yolun kənarına tökürlər. Bərdə RİHB-nın Mollalı kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 244 və eyni tarixli 243 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, Mollalı kəndidə yaşayırlar və təsərrüfat kitabında ayrı təsərrüfatdır və mülkiyyətə heç bir aidiyyəti yoxdur. İş materiallarına mal tövləsinin və yolun fotoşəkilləri əlavə edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Bərdə rayonu Mollalı kəndində ümumi sahəsi 133.40 kv.metr olan fərdi yaşayış evi və 0,28 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinə dair Texniki Pasportun surətindən İddiaçı Bərdə rayonu, Mollalı kəndində yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri görünür. Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsi tərəfindən Bərdə Rayon Vəkil Bürosunun vəkili Rəhim Ağamalıyevə göndərilmiş 22 may 2024-cü il tarixli məktuba cavabdan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialın surəti təqdim edilmiş və həmin materiallar iş materiallarına əlavə edilmişdir. Məktuba əlavə edilmiş Bərdə RPŞ İTB-nin polis sahə rəisi X11 tərəfindən Bərdə rayonu, Mollalı kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Bərdə rayonu, Mollalı kəndində mal-heyvana məxsus tullantıları müəyyən olunmayan yerə tökmüşdür. Bununla da həmin şəxs İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və barəsində 50 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Cavabdeh1 Bərdə RPŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, həmin şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Mollalı kəndində özlərinə məxsus həyət evindən mal-heyvana məxsus tullantıları müəyyən olunmayan yerdən kənara atdığı üçün inzibati qaydada tədbir görüləcəyi ona polis əməkdaşları tərəfindən izah edilmişdir. Hərəkətlərindən peşmandır, söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Materiala əlavə edilmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Rüstəm Şəmilov tərəfindən Bərdə RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Mollalı kəndində xidmətdə olarkən bir nəfər şəxsin müəyyən olunmayan yerə mal-heyvana məxsus tullantıları atması tərəflərindən aşkar edilmişdir. Məlum olmuşdur ki, həmin şəxs Bərdə rayonu Mollalı kənd sakini Cavabdeh1dur. Odur ki, həmin şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan Bərdə RPŞ-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məktubda adı qeyd edilən şəxs Cavabdeh1 barəsində toplanmış materialın surəti məhkəməyə təqdim edilir. Əlavə olaraq bildirilir ki, İddiaçı və ya qonşuların məktubda qeyd edilən məsələ ilə bağlı Bərdə RPŞ-nə heç bir müraciətləri daxil olmamışdır. Cavabdeh1 barəsində peyin qalıqlarının tökməsi barədə tərtib olunmuş inzibati protokol xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri reyd zamanı aşkar olunaraq Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmuş və həmin şəxs cəriməni ödəmişdir. İş materiallarında olan məhkəmənin ünvanladığı 22 may 2024-cü il tarixli, 2(021)- 1391/2024 nömrəli məktuba cavab olaraq Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 130 saylı cavab məktubundan görünür ki, məhkəmənin məktubu əsasında tərəflərindən Mollalı kənd icra və bələdiyyənin nümayəndəsi və qonşuların iştirakı ilə məktubda göstərilən ünvana baxış keçirilmişdir. Tövlənin tikintisi zamanı Dövlət tikinti norma və qaydalarının 4.20-ci bəndinin tələbləri pozulmayıb. Lakin Cavabdeh1 tərəfindən inşa edildiyi deyilən tövlədə saxlanılan malqaranın peyini tövlənin pəncərələrindən ümumi istifadə olunan yola tökülərək antisanitar vəziyyət yaradır ki, bu da yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq bir sıra yoluxucu xəstəliklərin baş verməsinə səbəb ola bilər. Eyni zamanda yığılmış peyin qalıqları ətrafa üfunətli iyin yayılmasına, bir sıra həşəratların ətraf ərazidə toplanmasına gətirib çıxarır. Məhkəmənin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X2 Sevinc Vaqif qızının şikayəti ilə tanış olub, izahat verərək bildirmişdir ki, oğlanları Cavabdeh1 və Cavabdeh2 başqa ünvanda fərdi yaşayış evləri vardır, onlar həmin ünvanda öz evlərində yaşayırlar. Həyətindəki mal-qara tövləsi ona məxsusdur, mal-qaranı özü saxlayır, tövlədə formalaşan tullantıları öz xüsusi mülkiyyətinə aid torpaq sahəsində hazırlanmış yerə atır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qonşuluq hüquqlarının pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və gediş-gəliş yoluna peyin qalıqlarının tökülməsinin, su axıdılmasının qadağan edilməsi, peyin qalıqlarının götürtdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət və qonşuluq hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından, şahidlərin ifadələrindən məlum olur ki, cavabdehlər müvəqqəti olaraq hazırda göstərilən ünvanda qalırlar və yolu zəbt etməsələr də mal tövləsindən mal-qaranın peyin qalıqlarını kəndarası yolun kənarına tökərək peyini qalaqlayır və su arxını bağlayırlar, həmçinin mal tövləsindən yol kənarına çirkli su axıdırlar ki, nəticədə üfunət iyi ətrafa yayılmaqla antisanitar vəziyyət yaranır, bu hal da nəticədə birgəyaşayış qaydalarına və qonşuluq hüququna zid olmaqla iddiaçı və digər qonşuların mülkiyyətindən istifadəsinə və yaşayışına maneə törədir, ərtaf mühitə və ekologiyaya ziyan vurur. Hətta cavabdehlərdən Cavabdeh1 barəsində əvvəl polis tərəfindən sözügedən halla bağlı inzibati qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilsə də Cavabdeh1 görülmüş inzibati tənbehdən nəticə çıxarmayaraq yenə öz əməllərinə davam etməkdədir. Odur ki məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər tərəfindən Bərdə rayonu, Mollalı kəndində iddiaçıya məxsus fərdi yaşayış evinə gediş-gəliş yoluna peyin qalıqlarının tökülməsi və su axıdılması cavabdehlərə qadağan edilməli, cavabdehlər tərəfindən yolun kənarına tökülmüş peyin qalıqları götürtdürülməlidir. Məhkəmə qeyd edir ki, məhz bu yolla ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırıla və birgəyaşayış hüququ bərpa edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən qonşuluq hüququnun pozulması və və qeyri-qanuni hərəkətlərə son qoyulması hissəsində təmin edilməməlidir. Belə ki, həmin hissədə tələb dəqiq olmamaqla qeyri-müəyyəndir və cavabdehlərin qonşuluq hüququnu hansı qaydada pozmaları və iddiaçı tərəfindən onların hansı qeyri-qanuni hərəkətlərinə son qoyulmasının tələb edilməsi müəyyən edilmir. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özunə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bərdə rayonu, Mollalı kəndində İddiaçı məxsus fərdi yaşayış evinə gediş-gəliş yoluna peyin qalıqlarının tökülməsi və sözügedən yola su axıdılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin və həmin yola tökülmüş peyin qalıqları cavabdehlər tərəfindən götürdülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1391/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1391/2024
27.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver