Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1393/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı xx.xx.2022-ci i təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 250-manat miqdarında alimentin və əlavə müalicə xərclərinin 100-manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə azyaşlı uşağın onun himayəsində qalması və cavabdehdən övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün 200- manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda övladı onun himayəsindədir. Cavabdeh_200 manat alimentdən başqa heç bir köməklik göstərmir. Övladı hal-hazırda xəstədir müalicəyə ehtiyacı vardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddi tələbinin müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 bildirdi ki, oğlu artıq başqa şəxslə ailə qurmuşdur. Maddi imkanı yoxdur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş verilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bərdə rayonunda anadan olumuşdur. Kəlbəcər rayonu Bozlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA №352742 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Güloğlular kəndində yaşayır. İş materiallarına əlavə olunmuş verilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İV № 804896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 noyabr 2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1089/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 05 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, yəni 12 yanvar 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Tibbi Ərazi Bölmələrinin X6 rayon Mərkəzi Xəstəxanası tərəfində verilmiş arayışdan görünür ki, 05 noyabr 2022-ci il təvəllüdlü 05 noyabr 2022-ci il təvəllüdlü X10 16.01.24-cü il tarixdə "Dz:R11", 17.07.23-cü il tarixdə, "Dz:J06.9",23.10.23-cü il tarixdə, "Dz:J06.9", 16.01.24-cü il tarixdə, "Dz:J06.9", 04.04.24-cü il tarixdə, "Dz:J06.9",22.04.24-cü il tarixdə "Dz:R11,R50.9" diaqnozları ilə Bərdə RMX-nın Poliklinika şöbəsinə müraciət etmiş və müalicə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı qeyri- rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından 05 noyabr 2022-ci il təvəllüdlü X8 adlı bir uşaqları doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyindən tərəflər ayrılmış, uşaq isə ananın yanında qalmışdır. Bərdə rayon Məhkəməsinin 2(021)1089/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 05 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 manat alimentin tutulub İddiaçı verilməsi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 05 noyabr 2022-ci il təvəllüdlü X8 16.01.24-cü il tarixdə "Dz:R11", 17.07.23-cü il tarixdə, "Dz:J06.9",23.10.23-cü il tarixdə, "Dz:J06.9", 16.01.24-cü il tarixdə, "Dz:J06.9", 04.04.24-cü il tarixdə, "Dz:J06.9",22.04.24-cü il tarixdə "Dz:R11,R50.9" diaqnozları ilə Bərdə RMX-nın Poliklinika şöbəsinə müraciət etmiş və müalicə almışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən: alimentin artırılması və əlavə xərcin tutulmasından ibarətdir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsinə münasibətdə hesab edir ki, tələb bu hissədə təmin oluna bilməz. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsi üçün əsas verə bilən heç bir mötəbər sübutu təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 2023-cü il üçün 220 manat aliment olması ilə əlaqədar Bərdə rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin məsələyə münasibət bildirmiş və 200 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin maddi inkanının hər hansı formada artması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi alimentin artırılması hissəsində təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin müalicə xərci hisəsinə münasibətdə hesab edir ki, 05 noyabr 2022ci il təvəllüdlü X8 16.01.24-cü il tarixdə "Dz:R11", 17.07.23-cü il tarixdə, "Dz:J06.9",23.10.23-cü il tarixdə, "Dz:J06.9", 16.01.24-cü il tarixdə, "Dz:J06.9", 04.04.24-cü il tarixdə, "Dz:J06.9",22.04.24cü il tarixdə "Dz:R11,R50.9" diaqnozları ilə Bərdə RMX-nın Poliklinika şöbəsində müalicə aldığından X3 müalicə olunması üçün yetkinlik yaşına çatana kimi 50 manat məbləğində müalicə xərci kimi əlavə xərc məhkəməyə müraciət edildiyi tarixdən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 05 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 50 (əlli) manat əlavə xərc məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 01 mart 2024-cü il tarixdən Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1393/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1393/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver