Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1394/2024 25.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi,Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğundan Mercedes Benz C 180 minik aftomobili 1997 buraxılış olan aftomobilinə avto qəza zamanı dəymiş ziyanın əvəzi olan 4007 manat məbləğində, pulun tutuluraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2022-ci ilin sentiyabr ayinda həyat yoldaşı X2 məxsus olan Mercedes Benz C 180 minik aftomobili 1997 buraxılış olan aftomobilimlə Bərdə şəhəri, Alpout kənd istiqamətində olarkən VAZ 2106 markalı aftomobil mənim məşınımı vuraraq onlara xeyli miqdarda zərər vurmuşdur. xx.xx.2022-ci il tarixdə Avtomobilə texniki nasazlıq və baxışda baxilmış yoldaşı X2 məxsus olan Mercedes Benz C 180 minik aftomobılinın qiymətləndirilməsi olmuş, 2357(ikı min üçyüz əlli yeddi) manat ehtiyat hissələri və köməkçi materiallar pulu etmiş,dəmirçi 800(səkkiz yüz) manat,çilingər və elektirik işi (mühərrikin cix salınması) 200 (iki yuz) manat,50(əllı)manat qiymətləndirmə olmaqla 4007 (dört min yeddi) manat onlara ziyan dəymişdi.Cavabdehdən dəymiş ziyanı tələb etsə də öhdəliyini icra etməkdən boyun qaçırmışdı. İddiaçı Fizulu oğlu mhəkəməyə teleqraf göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qanuni qərarın qəbul edil məsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* Fin xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 5602 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Atp-5-də qeydiyyatda məskunlaşan İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin vəsiqəsinən görünür ki, 12 aprel 2017-ci il tarixli, 388244 nömrəli vəsiqəsinən görünür ki, Əhmədov X6 rayonun məcburi köçkün düşmüş və Bərdə rayonu rayonu, Alaçadırlı ünvanında müvəqqəti məskunlaşmışdır İş materiallarında olan Avtomobil zərər dəymiş qiymətləndirmə aktınan görünüt ki, Dəymiş zərərin ümumi dəyəri 3957 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarix Serya № 312115 nömrəli mədaxil qəbzinən görünür ki X1 50 manat cərmə ödəmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(021)- 10/2024 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, HK-1-4130 saylı material üzrə Bərdə RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən qəbul edilmiş 23 fevral 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, Əhmədov ,Roman Fizuli oğlunun əməlinə İXM-nə əsasən qiymət verilməsi üçün araşdırılmaya qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırki işdə ziyan dəymiş avtomobilin İddiaçı Füzuli oğluna məxsus olması sübut olunmur. İş materiallarındakı sübutlardakı qiymətləndirmə aktında avtomaşının sahibi kimi X4 göstərilsə də avtomaşının onun mülkiyyətində olması ilə bağlı heç bir digər mötəbər sübutlar da (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s.) iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı Füzuli oğlunun avtomobilə dəymiş ziyanı tələb etməsi ilə bağlı subyektiv hüququ yoxdur. Bundan başqa iş materiallarından Cavabdeh avtomobilə ziyan vurması və bu ziyan vurmada onun təqsirli olması da sübuta yetirilmir. Bununla bağlı iş materiallarına nə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, nə də ki Cavabdeh barəsində inzibati tənbeh tətbiq edilməsinə dair səlahiyyətli orqan və ya məhkəmənin qərarı əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(021)- 10/2024 saylı qərarı ilə iddiaçı və cavabdehin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış HK-1-4130 saylı material üzrə Bərdə rayon Polis Şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Məhkəmə qərarı belə əsaslandırmışdır ki, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar tam əsaslandırılmadan və tam araşdırma aparılmadan qəbul edilmişdir. Bundan başqa həmin qərara əsasən cavabdehlə iddiaçının idarə etdiyi avtomobillərin toqquşması ilə bağlı avtotexniki ekspertiza rəyinə əsasən hər iki tərəfin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə olan halda Cavabdeh İddiaçı qarşı zərər vurması faktı öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh oğuna qarşı “dəymiş zərərin ödənilməsi”nə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1394/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1394/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver