Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1395/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Rüstəm oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Rüstəm oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Rüstəm oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Zümürxan kəndində yaşayan X3 borclu olduğu 600 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Zümürxan kəndində yaşayn Cavabdeh 4 ildir ki, tanıyır, mal-heyvan alqı-satqısı ilə məşğul olur. 18 yanvar 2021-ci il tarixdə Salah ona mobil telefona zəng vuraraq bildirmişdir ki, 20 litr süd verən inək var. Həmin o, Salehlə bilrikdə Bərdə rayonu Zümürxan kəndində yaşayan Anar adlı şəxsin həyətində görüşüb, həmin vaxtı İlqar adlı şəxsin yanında həmin inəyi 2050 manata Cavabdeh atıın alıb. Həmin vaxt Saleh ona bildirib ki, inək hər gün 20 litr süd verir. İnəyi alıb yaşadığı Tərtər rayonu Bəyimsarov kəndinə aparıb, səhəri gün yəni 19 yanvar 2021-ci il tarixdə inəti sağarkən cəmi 4 litr süd vermişdir. Həmin gün Saıehə mobil telefonla zəng vuraraq bildirmişdir ki, inək cəmi 4 litr süd verir, inəyi qaytarmaq istəyir, Saleh ona bildirmişdir ki, hazırda o, Xaçmaz şəhərindədir. Bundan sonra o, 20 yanvar 2021-ci ildə həmin inəyi geri qaytarıb 2050 manat pulunu tələb etmək üçün Salehin yaşadığı Bərdə rayonu, Zümrxan kəndinə gəlmişdir. Lakin Cavabdeh həmin inəyi geri qaytarmaqdan imtina etmişdir. Həmin vaxt aralarında mübahisə baş vermişdir. O, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin hadisə ilə bağlı Bərdə rayonu, Polis Şöbəsində araşdırma aparılıb, hər ikisinin izahatı alınmışdır. Bərdə rayon Polis Şöbəsinin 26 yanvar 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarda izah olunmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Dəfələrlə inəyin alınması üçün verdiyi 2050 manat pulu cavabdehdən tələb etmiş, lakin bir nəticəsi olmamışdır. Cavabdeh inəyi və ondan aldığı 2050 manat pulu geri qaytarmadığı üçün həmin inəyi 1450 manata Tərtər rayon sakini Kamal adlı şəxsə satmışdır. Hazırda Cavabdeh onun 600 manat borcu qalmışdır. Bu səbəbdən də məcbur olub, məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı Rüstəm oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Qəribov Saleh Natiq oğlun izahatında iddianı qəbul etməyərək göstərdi ki, inəyi İddiaçı 2050 manata satmışdır, inəyi iddiaçı özü aparmışdır. Sonra da başqa şəxsə satmışdır. Əsassız olaraq 102 xidmətinə zəng etmişdir. iddiaçıya 170 manat vermiş, lakin o, götürməmişdir. Hal-hazırda X1 verməyə pulu yoxdur. Belə ki, ümumiyyətlə iddiaçıya hər hansısa borcu yoxdur. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Bətimsarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 149 saylı, 03 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Rüstəm oğlu Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır və daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycsan Respublikası Daxili X5 Rayon Polis Şöbəsinin 26 yanvar 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu etiraf etməmiş, iddiaçıya inəyi qarşılıqlı razılıq əsasında satdığını bildirmiş, lakin iddiaçı sonradan həmin inəyi başqa şəxsə satdığı müəyyən edilmişdir. Bundan başqa iddiaçının hansı qiymətə satmasını və eləcə də , cavabdehin ona nəyə görə 600 manat borclu qalması faktını sübutetmə yükü çərçivəsində iddiaçı sübut edə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini sübut edə bilməməsi və cavabdehin də iddianı etiraf etməməsi hazırki iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Rüstəm oğlunun cavabdeh Cavabdeh “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1395/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1395/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver