Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1397/2022 29.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili X5, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat və ödənilmiş 45 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Bərdə rayon sakinidir. Təxminən 13-14 ildir ki, yaşadığı Bərdə rayon Cəyirli kəndində almış olduğu icarə torpaq sahəsində meyvə ağaclari toxumu əkib böyüdərək ting, calaq ağacları satmaqla ailəsini dolandırır. 2021-ci ilin oktyabr ayında uzun zamandır tanıdığı Bərdə rayon sakini X4 onun yanına gələrək, tanışı Bərdə rayon sakini hazırki iş üzrə Cavabdeh 3000( üç min) ağac verməsini bildirdi. Bildirdi ki, Cavabdeh ondan aldığı ağacları Fordla hissə-hissə aparıb satacaq. Satdığı zaman isə pulunu verəcək. O, Cavabdeh ağacları Zabil İbrahimova güvəndiyi üçün vermişdir. Cavabdeh cəmi olaraq 3000 ədəd ağac vermişdir. Bir ağacı isə 1 manatdan satmışdır. Cavabdeh 3000 ağacı sahənin başına çıxarmağını , oradan gəlib götürəcəyini bildirmişdir. O, sahədə işləyən fəhlələrlə birlikdə 3000 ağacı sahənin başına qoymuşdur. Lakin Cavabdeh onun xəbəri olamadan ağacları götürmüş və getmişdir. Ağacları götürən zaman isə 1 həftə içərisində pulu verəcəyini bildirmişdir. Lakin 1 həftə ərzində pulunu geri vermədiyi gördüyü zaman məcbur qalib zəng etməli olmuşdur. Cavabdeh zəng etdiyi zaman isə tezliklə pulu ödəyəcəyini bildirmişdir. Lakin daha sonra cavabdehin onu yubatdığını görmüş və polis şöbəsinə müraciət etməli olmuşdur. Polis Şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 bildirdi ki, Cavabdeh ağacların birini bir mananatdan Afaqdan almışdır. O, ağacları alan zaman bildirmişdir ki, pulunu daha sonra verəcəkdir, lakin borcunu bu günə qədər verməmişdir. Onun polisə verdiyi ifadə yalandır. Həmin ağacları ondan almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bərdə rayon Cəyirli kəndində anadan olmuşdur. Bərdə rayon Cəyirli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 178 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Cəyirli kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, İddiaçı Cavabdeh tərəfindən aldadilaraq 3000 manat dəyərində ağaclarinin satilmasi və pulunu ələ keçrməsi barədə polis şöbəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış, tələbi mülki xarkterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, ağacları İddiaçı deyil, X1 almışdır, həmin ağaclar 3000 deyil, 800 ədəd olmuşdur və bir ağaca görə 0.60 manat verməlidir. Həmin ağacları Zabilin qardaşı Habilə məxsus sahədən yığmışdır. Ağacların kimə məxsus olduğunu bilmir. Mülki işə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı 3000 ədəd ağacın birini 1 manatdan X4 vasitəsi ilə Cavabdeh nisyə olaraq satmışdır. Lakin cavabdeh borcunu bu günə qədər geri qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1397/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1397/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver