Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1404/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Kreditor X2 vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditоr X4 ərizə ilə məhkəməyə mürаciət edərək xx.xx.1996-cı ildə Bərdə rayonu Mollaəhmədli kəndində anadan olmuş Bərdə rayonu Mollaəhmədli kəndində yaşayan Borclu 29.09.2019-cu il tarixli, 819 saylı müqavilə üzrə 72 manat əsas borc,15 manat cərimə borcu olmaqla cəmi 87 manat,22.12.2019-cu il tarixli,998 saylı müqavilə üzrə 690 manat əsas borc,170 manat cərimə borcu olmaqla cəmi 860 manat borcun ümumilikdə hər iki müqavilə üzrə 947 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi bаrədə məhkəmə əmri çıxarılmаsını xаhiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, ərizə aşkar olmadığından və ərizədən tərəfləri arasında yaranmış borcun miqdarını müəyyən etmək mümkün olmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. MPM-in 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 278-279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Kreditor X3 Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1404/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1404/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver