Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1410/2022 29.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh övladları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)- 567/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 130 manat alimentin, xəstəliyə görə 50 manat müalicə xərcinin miqdarının artırılaraq, aliment hər bir uşağa görə 200 manat, xəstəliyə görə müalicə xərcinin 100 manat miqdarında müəyyən edilərək onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə qeyri-rəsmi ailə həyatı quraraq 23 aprel 2018-ci il tarixə kimi bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövdə övladları xx.xx.2018-ci il təvəllüdlü qızları X7 anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-567/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Fatimə Əliyevanın atası olması, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3946\2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 130 manat aliment qüvvəsində saxlanılmış və xəstəliyə görə müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğinin tutularaq ona verilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən 05 iyul 2021-ci ildə təyin edilmiş alimentin miqdarı ilk vaxtlar uşağın tələbatını ödəsə də, artıq maddi və sosial vəziyyətləri tamamilə dəyişmişdir. Müəyyən edilmiş aliment müasir tələbatı ödəməyə kifayət etmir. Artıq tələbat günü-gündən artır. Bütün bunları nəzərə alsaq uşağın normal yaşaması və sağlam böyüməsi üçün maddi imkanı kifayət etmir, uşağın gündəlik yeməyə, geyimə və digər ödənişlərə ehtiyacı artdığı üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh özü də çox gözəl bilir ki, bu dövrdə 130 manatla uşağın bütün tələbatını, xəstəliyə görə 50 manatla müalicə xərclərini ödəmək qeyri-mümkündür. Ancaq bütün bunlara baxmayaraq Cavabdeh öz doğma övladına əlavə yardım göstərməkdən imtina edir, hətta aliment borcunu ödəmir. Cavabdeh fərdi qaydada müxtəlif işlərlə məşğul olur. Bir sözlə qazancı və gəlirləri kifayət qədər olmaqla qeyri-müntəzəm və dəyişkəndir. Ona görə də hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış, xx.xx.2018-ci il təvəllüdlü qızları Fatimə Əliyevanın saxlanması üçün müəyyən edilmiş alimentin (bir uşağa görə hər ay 130; xəstəliyə görə müalicə xərci hər ay 50 manat), miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 manat aliment; uşağın xəstəliyə görə müalicə xərci üçün hər ay 100 manat tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümyəndəsi X8 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh oğludur. Oğlu Cavabdeh 1 uşağın saxlanılması üçün hər ay iddiaçıya 130 manat aliment və 50 manat müalicə xərci ödəyir. Oğlu vərəm xəstəsidir, heç bir yerdə işləmir. Hər ay iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-567/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci ildə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 noyabr 2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2018-ci il tarixli AZ-İV 189893 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 01 oktyabr 2018-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. 01 oktyabr 2018-ci il təvəllüdlü X3 atası Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3946/2021 saylı 05 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3570/2020 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin xəstəliyə görə əlavə xərclərin tutulmasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 01 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərc məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 03 iyul 2020-ci il tarixdən Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X6 bölməsinin arayışından müəyyən olunur ki, Həsənli X5 şəhər Vərəm Əleyhinə xəstəxanada 25 fevral 2009-cu ildən qeydiyyatdadır. D-Z: “2 tərəfli ocaqlı ağ ciyər vərəmi”. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 2 ildən artıq müddət keçməklə uşağın tələbatlarının artmasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda 200 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(021)-567/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 01 oktyabr 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. İddiaçının xəstəliyə görə müalicə xərcinin 100 manat miqdarında müəyyən edilərək onun xeyrinə tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh vərəm xəstəsi olduğundan, kifayət qədər qazancının olması və uşağın xəstəliyi ilə bağlı müalicə olunması və bu müalicə üçün nə qədər vəsaitin tələb olunmasına dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(021)-567/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 01 oktyabr 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1410/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1410/2022
29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver