Məhkəmə qərarları › İş №2(021)-1413/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1413/2023

14.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1413/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs Bərdə rayonu Soğanverdilər bələdiyyəsinə qarşı “evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair” ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs Bərdə rayonu Soğanverdilər bələdiyyəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evimə və 0,14 ha torpaq sahəsinə gedişgəliş yolunun açılmasını təmin etməsi və onun öz vəsaiti hesabına yolu əvvəlki vəziyyətinə qaytarması, həmçinin hazırkı iddia tələbinə baxılması üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonunun Soğaverdilər kəndində daimi yaşayır və həmin kənddə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi vardır. Həmin kənddə yerləşən 0,14 ha torpaq sahəsi ona və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış və bu barədə onlara – onun, həyat yoldaşı X1, oğlu X3 və qızı X4 adına olan JN-108A KOD 61000088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2015-ci il tarixli, reyestr nömrəsi **********55-10301 olan Texniki Pasportun göstəricilərinə əsasən evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu və 0,14 ha torpaq sahəsi Bərdə-Quzanlı magistral avtomobil yolundan sol tərəfə ayrılan yoldur. Evinin və ya həyətyanı torpaq sahəsinin giriş darvazası kəndarası yoldan olmaqla yol darvazasının qarşısına qədər gəlir. Cavabdeh qonşu kimi dinc yanaşı yaşamaq prinsipinə zidd olaraq evinə və 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunu elə magistral yoldan ayrılan hissədən bağlamış, sözügedən gediş-gəliş yolu da daxil olmaqla orada OBA MARKET tikdirəcəyini bildirir. Cavabdehdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoyması, yolu açması və əvvəlki normal vəziyyətinə salmasını xahiş və tələb etsə də cavabdeh bundan imtina edir. Bərdə rayonu, Soğanverdilər bələdiyyəsi də ona dəstək verir. Buna görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək hazırki iş üzrə cavabdeh İddiaçı vermiş olduğu iddia tələbinin rədd edilməsinə, İddiaçı Bərdə rayon Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması, 0.06 ha torpaq sahəsinin kənarından keçən su kanalının cavabdeh tərəfindən açılıb təmizlənməsi və zəbt etdiyi əraziyə qoyduğu darvazanın götürülməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh İddiaçı məhkəmədə ona qarşı evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması " tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. Həmin iş məhkəmənin icraatınızdadır. Qeyd olunmuş iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. O, İddiaçı evinə və torpaq sahəsinə keçən yolu zəbt etmədiyi üçün iddianı qəbul etmir. İddiaçı mülkiyyətində olan 0.14 ha torpaq sahəsinə baxış keçirildiyi zaman məlum olacaqki o, onun yolunu zəbt etməmişdir. Beləki, onun xüsusi mülkiyyətində Bərdə rayon Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsi var. Qeyd etdiyi torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış da verilmişdir. Lakin Çıxarış əsasında onlara verilmiş olan 0.06 ha torpaq sahəsini hazırki iş üzrə cavabdeh İddiaçı qanunsuz yolla zəbt etmişdir və onun istifadə edib, əkin əkib becərməklərinə maneçilik törədir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. İddiaçı onun torpaq sahənin kənarından keçən su kanalını bağlamış və zəbt etdiyi əraziyə darvaza qoymuşdur. İddiaçı torpaq sahəsinin kənarından keçən su kanalını bağladığı üçün suvarılma aparanda kənar sular oradan getmədiyi üçün torpaq sahəsində palçıqlaşma gedir. Dəfələrlə cavabdehə onlara məxsus olan 0.06 ha torpaq sahəsini tələb etdikdə isə vermək imtina edir və onlara bildirir ki, “həmin torpaq sahəsi ona məxsusdur." Halbuki onlara məxsus olan 0.06 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə verməmişdir. Halhazırda da cavabdeh İddiaçı onlara məxsus olan 0.06 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Bunun üçündə məcbur qalıb müraciət etmişdir. İddiaçı Bərdə rayon Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması, 0.06 ha torpaq sahəsinin kənarından keçən su kanalının cavabdeh tərəfindən açılıb təmizlənməsini və zəbt etdiyi əraziyə qoyduğu darvazanın götürülməsini istəyir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1413/2023 nömrəli qərardadına əsasən iddiаçı İddiaçı Cavabdeh qarşı evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi tələbinə” dаir qarşılıqlı iddiа ərizəsinin icrааtа qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi izahatında ilkin iddia ilə razılaşmadığını, ancaq qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatını dinləyib, ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 70 nömrəli arayışdan görünür ki, xx.xx.1959-cu l təvəllüdlü İddiaçı Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatdadır və Soğanverdilər kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN – 108A, KOD 61000088 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli qərarına əsasən 0.14 ha torpaq sahəsi İddiaçı, X5, X6 və X4 adına rəsmləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, **********55 – 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı məxsus olan Bərdə rayonu Soğanverdilər kəndində yerləşən, 0.14 ha torpaq sahəsi mövcuddur. Həmin sənədin xüsusi qeydlər hissəsində torpaq sahəsi sənəd üzrə olduğundan 280.0 kvm artıqdır. Həmin hissə ştirixlənmişdir kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN 925564 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində Cavabdeh mülkiyyətinə **********05 reyestr nömrəli, 0.06 ha (həyətyanı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Qarabağ Qazilər” Birliyi-nin 2525 nömrəli vəsiqəsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İİ qrup müharibə əlilidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1413/2023 nömrəli qərardadından görünür ki, iddiаçı İddiaçı cavabeh Cavabdeh və üçüncü şəxs Bərdə rayon Soğanverdilər Bələdiyyəsinə qarşı “evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması” və Cavabdeh İddiaçı qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi” tələbinə dаir 2(021)-1413/2023 nömrəli mülki iş üzrə torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1413/2023 saylı, 31 may 2023-cü il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh və üçüncü şşəxs Bərdə rayonu Soğanverdilər bələdiyyəsinə qarşı "evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması" tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(021)-1413/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirilmişdir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(021)-1413/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan kompleks yerquruluşu layihəsi və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehlərin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisə edilmişdir.

1. Sual: İddiaçı adına qeydə alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2015-ci il tarixli, reyestr nömrəsi **********55-10301 olan Texniki Pasportda qeyd edilən fərdi yaşayış evinə və İddiaçı adına Bərdə rayon Aqrar İslaht komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarına əsasən JN-108A KOD 61000088 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə İddiaçı, X5, X3 və X4 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi? Cavab: Bərdə rayon Aqrar İslaht komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarına əsasən JN-108A KOD 61000088 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə İddiaçı, X5, X3 və X4 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə edilmir.

2. Sual: Zəbt edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? İddiaçı, X5, X3 və X4 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu hazırda mövcuddurmu və mövcuddursa bu yol hansı ərazidən keçir, əgər yoxdursa həmin yol kimə məxsus torpaq sahəsindən keçməklə açıla bilər, həmin torpaq sahəsinə gedən yol Cavabdeh məxsus torpaq sahəsindən keçməklə açıla bilərmi, həmin torpaq sahəsinə gediş-gəliş yolu əvvəllər mövcud olubmu, mövcud olubsa bu yol kimə məxsus torpaq sahəsindən və ya hansı ərazidən keçmişdir? Cavab: llkin torpaq isalahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kəndarası yoldan nəzərdə tutulmuşdur və hal-hazırda həyətin cənub-şərq hissəsindən keçir. Bu rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Əraziyə baxış və ölçü işləri aparan zaman məlum oldu ki, iddiaçılar öz həyətlərinə gedişgəliş yolu kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsindən keçməklə hal-hazırda istifadə edirlər. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh məxsus torpaq sahəsindən keçməklə açılıb-açılmamasını təyin etmək ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu əvvəllər mövcud olub-olmamasını təyin etmək mümkün olmamışdır.

3. Sual: Cavabdeh adına qeydə alınmış Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı və ya başqa bir şəxs tərəfindən zəbt edilmişdirmi? zəbt edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Həmin torpaq sahəsində su kanalı varmı və su kanalı İddiaçı tərəfindən bağlanmışdırmı (doldurulmuşdurmu)? Həmin torpaq sahəsində darvaza varmı və həmin darvaza Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişə maneə törədirmi? Cavab: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən metal torla hasarlanaraq 0.0460 ha hissəsi istifadə olunur. Qalan 0.0140 ha hissəsi isə digər şəxs tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsində su kanalı mövcud olmadığından, İddiaçı tərəfindən bağlanıb-bağlanılmaması (doldurulub- doldurulmaması) tərəfimizdən aşkarlanmadı. Həmin torpaq sahəsində darvaza mövcuddur, həmin darvaza Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişə maneə törədir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)- 184/2023 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxs İddiaçı məhkəmə iclas zalından dərhal həbsə alınması, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs İddiaçı cəzasının əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)- 184/2023 nömrəli hökmündən görünür ki, cinayət işi üzrə verilmiş 08 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayon sakini Cavabdeh məxsus Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə Bərdə rayonu Soğanverdilər kəndində yaşayan İddiaçı tərəfindən hasarlanaraq zəbt etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs Bərdə rayonu Soğanverdilər bələdiyyəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evimə və 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını təmin etməsi və onun öz vəsaiti hesabına yolu əvvəlki vəziyyətinə qaytarması, həmçinin hazırkı iddia tələbimə baxılması üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək hazırki iş üzrə cavabdeh İddiaçı vermiş olduğu iddia tələbinin rədd edilməsinə İddiaçı Bərdə rayon Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması, 0.06 ha torpaq sahəsinin kənarından keçən su kanalının cavabdeh tərəfindən açılıb təmizlənməsi və zəbt etdiyi əraziyə qoyduğu darvazanın götürülməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə - ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri və s. daxildir. 47-ci maddəsinin 2-ci bəndinə əsasən,bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki işdən isə görünür ki, ilkin iddia üzrə iddiaçı iddiasının əsaslı olması barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. İşə baxılması zamanı məhkəmə tərəfindən əldə edilmiş sübutlar isə ilkin iddianın əsassız olması, qarşılıqlı iddianın isə qismən təmin edilməli olması qənaətinə gəlməyə səbəb olmuşdur. Belə ki, iş üzrə mütəxəssis rəyindən və hökmdən müəyyən olunur ki, İddiaçı torpaq sahəsinə və yaşayış evinə gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmamış, əksinə İddiaçı Cavabdeh məxsus 0,06 ha torpaq sahəsinin 0,0460 ha hissəsindən qanunsuz olaraq istifadə etdiyindən həmin hissədən çıxarılmalıdır, geri qalan 0,0140 ha hissə isə rəydə adı qeyd edilməyən digər şəxs tərəfindən istifadə edilir. Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda Soğanverdilər kəndində su kanalının əvvəllər mövcud olması, hazırda sakinlər tərəfindən doldurulması qeyd edilmişdir. Belə olan halda Cavabdeh sahəsinin kənarından keçən su kanalı İddiaçı tərəfindən açılıb təmizlənməli və zəbt edilmiş əraziyə qoyulmuş darvaza götürülməlidir.

Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs Bərdə rayonu Soğanverdilər bələdiyyəsinə qarşı “evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair” iddiası rədd edilsin. İlkin iddia üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşlıqlı iddia qismən təmin edilsin. İddiaçı Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0,0460 ha hissəsindən çıxarılsın, torpaq sahəsinin kənarından keçən su kanalı İddiaçı tərəfindən açılıb təmizlənsin və zəbt edilmiş əraziyə qoyulmuş darvaza götürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar