Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1074/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə Qulsəddin qızının, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasdan payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən mərhum X1ndan miras qalmış yaşayış evindən və torpaq sahəsindən payların müəyyən edilməsi və bölüşdürülməsi barədə, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, valideynləri X6 və Nümayəndə Gülsəddin qızı xx.xx.1988-ci ildə rəsmi nikah əsasında evlənmişlər və anası Pənahova soyadını qəbul etmişdir. Onlar Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.1989-cu ildə boşanmışlar. Birgə nikahlarından xx.xx.1989-cu ildə o doğulmuşdur. X1 anasından boşandıqdan sonra Cavabdeh ilə evlənmiş və həmin nikahdan X7 və X8 doğulmuşlar. X1 03 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yaşayış evinə və pay torpağına vərəsəlik açılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışdan da göründüyü kimi Qusarçay kəndində mərhum atasının və bibisi X3 adına ümumi birgə 0.1225 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin ½ hissəsi atasının payıdır. Miras qalmış daşınmaz əmlaklara vərəsəlik hüquqları haqqında şəhadətnamə almaq üçün notariat ünvanına müraciət etmişdir. ünvan 1adığı xx.xx.2025-ci il tarixli, X-81 saylı məktubu ilə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olması səbəbindən vərəsəlik üzrə payların müəyyən olunması, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İkinci növbəli vərəsə olaraq miras əmlaklarda onun da payı vardır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Ramazan onun əri olmuşdur. Cavabdeh ərinin ikinci həyat yoldaşı, Ülvi və Asim də onun ikinci nikahdan olan övladlarıdır. İddiaçı da onunla Ramazanın birgə nikahdan olan qızıdır. O, Ramazanla boşanandan sonra cavabdehlə evlənib. xx.xx.2020-ci ildə Ramazan ölüb. Onun ölümündən sonra qızı özünə çatası payı tələb edir. Məsələ ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, orada notarius ona demişdir ki, istərdi ki, məhkəməyə müraciət etsinlər, qoy məhkəmə qərar çıxarsın. O da demişdir ki, notarius baxmalıdır, lakin notarius təkidlə xahiş etmişdir ki, bu işə məhkəmədə baxılsın. Ona görə hazırkı iddianı qaldırmışlar. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, Ramazan onun əri olub. İddiaçı onun birinci həyat yoldaşından olan qızıdır. Ramazan iddiaçının nümayəndəsi ilə 1988-ci ildə evlənib, 1989-cu ildə isə boşanıb, 10 il sonra onunla evlənib. Ülvi və Asim də onların birgə nikahdan olan övladlarıdır. xx.xx.2020-ci ildə Ramazan ölüb. Onun ölümündən sonra iddiaçıya da qızı kimi pay düşdüyünü bilir. İddiaçı ilə aralarında heç bir mübahisə yoxdur. Ramazanın ölümündən sonra qızı olan iddiaçıya da pay düşdüyünü qəbul edir. Onu notariat ofisdən çağıran olmayıb. Bu işi məhkəmədə həll etməkdənsə, notariusda həll etmək istəyir. Buna heç bir etirazı yoxdur. Payların müəyyən edilməsi ilə bağlı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 anasının dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə olan halda, miras paylarının müəyyən edilməsi birbaşa notariusun vəzifəsinə aiddir. Bu səbəbdən də, tərəflər mirasdan payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi ilə bağlı müvafiq notariat kontoruna müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilməlidir. Həmçinin iddiaçıya müvafiq notariat kontoruna müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mirasdan payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilsin. İddiaçıya müvafiq notariat kontoruna müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1074/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1074/2025
28.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver