Məhkəmə qərarları › İş №2(039)-693/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-693/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-693/2022 23.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh3 və Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X2 qarşı «əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına müvafiq qaydada bölünməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X2 qarşı «əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına müvafiq qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlərin ümumi paylı mülkiyyətində olan Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 80.3 kv.m olan fərdi yaşayış evinin və 0.05 ha torpaq sahəsinin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdehlərin arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında izah etdi ki, Onun cavabdehlərlə birgə əmlakları var. Hazırda cavabdehlərdən həmin əmlakdan olan payının dəyəri kompensasiya şəklində olaraq pul istəyir. Lakin cavabdehlər ona pul ödəmirlər. Həmçinin onun da kompensasiya ödəmək üçün vəsaiti yoxdur. Buna görə də evin və torpağın hərracda satılaraq pulların bölünməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, ev və həyətyanı torpaq sahəsində iddiaçının da payı var. Bir-birlərinə kompensasiya ödəmək üçün pulları yoxdur. Evin hərracdan satılaraq əldə edilmiş pulun tərəflər arasında paylarına uyğun bölünməsinə razıdır. Cavabdeh3 məhkəmədən, iddianın təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Cavabdeh7 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, ev və həyətyanı torpaq sahəsinin hərracda satılaraq əldə edilmiş pulun tərəflər arasında paylarına uyğun bölünməsinə razıdır. Bir-birlərinə kompensasiya ödəmək üçün pulları yoxdur. Cavabdeh7 məhkəmədən, iddianın təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh13 izah edərək bildirmişdir ki, ev və torpaq ümumi birgə mülkiyyətdədir. Kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirlər. Evin və torpağın satılmasına razı deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlu, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlunun, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 avqust 2018-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən 80,3 kv metr olan fərdi yaşayış evi 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh1, 19/144 hissə torpaq sahəsi 7/16 hissə Cavabdeh2, 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh3, 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh4, 7/144 hissə torpaq sahəsi 7/96 hissə Cavabdeh5, torpaq sahəsi 6/96 hissə Cavabdeh6 Çümşüd qızının, torpaq sahəsi 6/96 hissə Cavabdeh7, torpaq sahəsi 6/96 hissə Cavabdeh8, torpaq sahəsi 6/96 hissə Cavabdeh9, torpaq sahəsi 6/96 hissə Cavabdeh10, torpaq sahəsi 6/96 hissə Cavabdeh11, torpaq sahəsi 6/96 hissə Cavabdeh12, torpaq sahəsi 6/96 hissə Cavabdeh13, torpaq sahəsi 6/96 hissə Cavabdeh14, torpaq sahəsi 6/96 hissə Cavabdeh15, torpaq sahəsi 6/96 hissə Cavabdeh16 ,torpaq sahəsi 6/96 hissə Cavabdeh17 və torpaq sahəsi 61/144 hissə torpaq sahəsi 7/96 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(039)-682/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh5 Cavabdeh3 qarşı fərdi yaşayış evinin natura qaydasında bölünməsi, bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(039)-318/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 və Cavabdeh16 cavabdehlər Cavabdeh13, Cavabdeh17, Cavabdeh14 və Cavabdeh15 qarşı cavabdehlərlə onların ümumi paylı mülkiyyətinə daxil olan Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin cavabdehlərlə onların arasında natura qaydasında bölünməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmədə aydın oldu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 avqust 2018-ci il tarixli ********** saylı çıxarışına əsasən Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən 80,3 kv metr olan fərdi yaşayış evi 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh1, 19/144 hissə torpaq sahəsi 7/16 hissə Cavabdeh2, 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh3, 19/144 hissə torpaq sahəsi 1/96 hissə Cavabdeh4, 7/144 hissə torpaq sahəsi 7/96 hissə Cavabdeh5, torpaq sahəsi 6/96 hissə Cavabdeh6 Çümşüd qızının, torpaq sahəsi 6/96 hissə Cavabdeh7, torpaq sahəsi 6/96 hissə Cavabdeh8, torpaq sahəsi 6/96 hissə Cavabdeh9, torpaq sahəsi 6/96 hissə Cavabdeh10, torpaq sahəsi 6/96 hissə Cavabdeh11, torpaq sahəsi 6/96 hissə Cavabdeh12, torpaq sahəsi 6/96 hissə Cavabdeh13, torpaq sahəsi 6/96 hissə Cavabdeh14, torpaq sahəsi 6/96 hissə Cavabdeh15, torpaq sahəsi 6/96 hissə Cavabdeh16 ,torpaq sahəsi 6/96 hissə Cavabdeh17 və torpaq sahəsi 61/144 hissə torpaq sahəsi 7/96 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəməyə müraciət edərək, paylı mülkiyyətdən onların payının naturada ayrılmasını xahiş etmişdir. Payların naturada ayrılması mümkün olmadığından iddiası təmin eidlməmişdir. Bu mümkün olmadığından əmlakın açıq hərracdan satılmasını və əldə olunmuş pulun tərəflərin paylarına münasibətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflər kompensasiya ödəmək üçün pullarının olmamasını bildirmişlər. Tərəflər arasında kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən 0.5 ha torpaq sahəsi və onun üzərində yerləşən 80,3 kv metr olan fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunan pul İddiaçı,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlu, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X3 arasında paylara uyğun bölüşdürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax şəhəri, Şəkili küçəsi 8 ünvanında yerləşən 0.5 ha torpaq sahəsi və onun üzərində yerləşən 80,3 kv metr olan fərdi yaşayış evi açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cümüşüd qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlu, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və X3 arasında paylara uyğun bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar