Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1416/2021 30.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 16000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 16030 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Samux kəndində yerləşən 3.86 ha pay torpaq sahəsindən 2 ha hissəsini 28.06.2017-ci il tarixdə kənd icra nümayəndəliyinin möhürü ilə təsdiqlənmiş və Cavabdeh və ailə üzvlərinin razılıq imzası ilə tərtib edilmiş Akt əsasında almışdır. Həmin torpaq sahəsini Akt da qeyd edildiyi kimi qarşılıqlı razılıq əsasında 1000 ABŞ dolları müqabilində almış və 2007-ci ildən bu günədək istifadə vəsahiblik edərək əkib-becərməklə ailəsini dolandırmışdır. 2007-ci ildən həmin torpaq sahəsini alarkən torpağın kadastr planını, çıxarışı və plan ölçü sənədlərinin əsillərini ona vermişlər. Dəfələrlə torpaq sahəsini alqısatqısını notarial qaydada rəsmiləşdirilməsini tələb etsə də , hər dəfə müxtəlif bəhanələr edərək bundan boyun qaçırmışlar. Ona 2019-cu ilin sonunda məlum olmuşdur ki, X1 oğlu Cavabdeh ona verdikləri dövlət reyestrinin 07.12.2017-ci il tarixli ********** nömrəli çıxarışın itməsi barədə qəzetdə elan verərək yeni dublikat “çıxarış” almışdır. Həmçinin qeyd etmişdir ki, 2007-ci ildən ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını sataraq 1000 ABŞ dollarını Cavabdeh və onun ailə üzvlərinə vermişdir. Nəzərə alınsa ki, 2007-ci ildə torpağın dəyəri aşağı olduğu kimi , qızıl-zinət əşyalarının da dəyəri ucuz olmuşdur. Bu zaman onun Cavabdeh verdiyi 1000 ABŞ dollarının indeksasiyası yolu ilə hazırki dəyərinin təxminən 10 000 ABŞ dolları olması öz təsdiqini tapır. Belə ki, 14 il ərzində Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 1000 ABŞ dollarının indeksasiyası məbləği xeyli məbləğ təşkil edir. 2007-ci ildə 1 ha torpaq sahəsi 500 ABŞ dolları təşkil edirdi. Hazırda isə 1 ha torpaq sahəsi 8000 manat təşkil edir. O zaman 2 ha torpaq sahəsinin alınması üçün verdiyi 1000 ABŞ dollarının dəyəri hazırda 16000 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Samux kəndi ərazisində yerləşən **********122 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsi olan reyestrdən Çıxarış sənədinə əsasən ona məxsus olan 3.866 ha pay torpağının 2.0 ha hissəsinin qanunsuz olaraq zəbt etməklə 2 il ərzində onlara vurmuş olduğu 8000 manat məbləğində zərərin əvəzinin cavabdeh İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ona qarşı iddia qaldıraraq ona məxsus 2.00 ha torpaq sahəsinin 10 il müddətinə icarəyə götürməsi üçün ödəmiş olduğu 1000 manat pulun ondan alınaraq ona verilməsinə dair qətnamə qəbil edilməsini xahiş etmişdir. İlk iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh ondan 2.0 ha torpaq sahəsini 10 il müddətinə icarəyə götürmüş, lakin müddət bitməsinə baxmayaraq torpaq sahəsini boşaltmamış, aralarında heç bir alqı-satqı olmaması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq , torpaq sahəsini istifadə etməkdə davam edərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bərdə rayon Samux kəndi ərazisində 3.868 ha pay torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 sayı Bərdə Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqları rəsmi dövlət qeydiyyatından 07.12.2017-ci il tarixdə keçərək **********122 saylı reyestr nömrəsi və 181 ******* saylı qeydiyyat nömrəsi olan Çıxarış sənədi verilmişdir. 2008-ci il tarixdə tərəfindən razılaşma əsasında həmin ərazidə yerləşən torpağın 2.0 ha hissəsi müvəqqəti olaraq cavabdehə 10 il müddədtinə icarəyə verilmişdir. 2008-ci ilin sonunda cavabdehdən torpaq sahəsini özünə qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh torpaq sahəsindən çıxmamışdır. Cavabdeh ona məxsus 2.0 ha torpaq sahəsini 2 ildir ki, qanunsuz olaraq özündə saxladığına görə ona zərər vurmuş , 2 il ərzində 8000 manat gəlir götürməkdən məhrum olmuşdur. Odur ki, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, ilk iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Samux şəhərində anadan olmuşdur. Bərdə rayon Samux kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 3.868 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3, Cavabdeh, X7, X11 və X4 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin A № 459470 saylı 16.12.2019-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Bərdə rayon Samux kəndində yerləşən 3.868` ha torpaq sahəsi sahəsinin hüquq sahibi Cavabdehdur. Mülki işə əlavə edilmiş Bərdə rayon icra Hakimiyyəti Başçısının Bərdə rayon Samux kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 28.06.2007-ci il tarixli Aktdan görünür ki, X3 19 püşkdə olan pay torpağınndan 2 hektarını kənd sakini İddiaçı 1000 ABŞ dollarına satmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)1028\2020 saylı 13.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X2, Cavabdeh, X5, X8 və X6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(102)2231\2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1028\2020 saylı 13.02.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(104)846\2021 saylı 10.02.2021-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(102)2231\2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)99\2021 saylı 01.04.2021ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 07.12.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış üzrə X11 və ailə üzvlərinə verilmiş 3.868 ha torpaq sahəsinin 2.00 ha hissəsindən çıxarılması qət olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş 24.08.2020-ci il tarixli, 3\792 saylı Rəydə qeyd olunur ki, Bərdə rayon Samux kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 2.0 ha torpaq sahəsindən bir mövsümdə normal quruluqda, sıxlıqda 80-85 sm uzunluğunda 940 ədəd yonca otunun bağlaması götürülə bilər və hal-hazırda qara bazarda yonca otunun 1 bağlamasının qiyməti 4.0-4.50 manata təklif olunur. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Bərdə rayon Samux kəndində yerləşən özünə və ailə üzvlərinə məxsus pay torpağın 2.0 ha sahəsini 2007-ci il tarixdə Bərdə rayon Samux kənd icra nümayəndəliyində şahidlərin iştirakı ilə tərtib edilmiş Akt əsasında İddiaçı 1000 ABŞ dollarına satılmışdır. Hər iki tərəf aktın doğruluğunu imzaları ilə təsdiq etmiş və akt nümayəndəlik tərəfindən təsdiqlənmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq iddiaçıya satdığı 2.0 ha pay torpaq sahəsini geri almış, lakin iddiaçıya qaytarmalı olduqları 1000 ABŞ dollar pulu qaytarmamışlar. Cavabdeh İddiaçı olan borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “pul” tələbinə dair iddiasına münasibətdə məhkəmə qeyd edir ki, 2007-ci ildə 1 ha torpaq sahəsinin 500 ABŞ dolları təşkil etməsi, hazırda isə 1 ha torpaq sahəsinin 8000 manat təşkil etməsi, 2.0 ha torpaq sahəsinin alınması üçün verdiyi 1000 ABŞ dollarının dəyəri hazırda 16000 manat manatın tələb edilməsi olmuşdur. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, iddiaçı da hazırkı vaxta qədər həmin torpaq sahəsindən istifadə nəticəsində qeyd olunan məbləğdən müqayisə olunmaz dərəcədə gəlir götürmüşdür. Məhkəmə həmçinin iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, “pul” tələbinin tam həcmdə təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh akta əsasən 1000 ABŞ dollar məbləğində pulu İddiaçı qaytarması sübuta yetirilirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh 1000 ABŞ dollar məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı hər hansı bir sübut təqdim edə bilmədiyindən qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı öz tələbini sübut etməlidir. Lakin iş materiallarından iddianı təsdiq edən heç bir sübut yoxdur. X16 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, ilk iddia tələni qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia tələbi isə rədd olunmamlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia təmin olunmadığından iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. İddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1416/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1416/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver