Məhkəmə qərarları › İş №2(021)-1416/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1416/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1416/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8561 manat maddi ziyan,171.22 manat qüsur aktın-rəyin alınması üçün çəkilən xərc və 108 manat dövlət rüsumu olmaqla, cəmi 8840.22 manat pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 07-00 radələrində "Mersedes Benz 308 D" markalı ** OB *** dövlət qeydiyat nişanlı avtomaşını idarə edən Cavabdeh2 manevr qabliyyətini pozmuş əks istiqamətdən gələn, onun idarə etdiyi "Mersedes" markalı ** KT *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yoluna cıxaraq toqquşmuşdur. Nəticədə cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobilinə maddi ziyan vurulmuşdur. Cavabdehin törədilmiş əməli Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP-5114631 saylı protokolu və toplanmış material aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (058)-311/2022 saylı qərarı ilə İXMnin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmçinin Cavabdeh2 onun avtomobilinə vurduğu 8561 manat maddi zərər ödəyəcəyinə söz vermişdir və bu məqsədlə məhkəmədən maddi zərərin ödənilməsi üçün bir ay vaxt istəmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və iddiaçıya vurduğu 8561 manat maddi ziyanı ödəməmişdir. Bundan əlavə cavabdeh tərəfindən avtomobilinə vurulmuş maddi zərərin hesablanması üçün Azərbaycan Respublikası Gəncə avtoservis ticarət müəssisəsinə müraciət olunmuşdur. Həmin ziyanın hesablanması üçün və qüsur aktının tərtib edilməsinə görə 171,22 manat ödəniş edilmişdir. Ona görə də iddiaçı tərəfindən qüsur aktı rəyin alınması üçün ödənilmiş 171,22 manat cavabdeh tərəfindən ona dəymiş 8732 manat zərər cavabdehdən tutulub ona ödənilməlidir. Hesab edir ki, ona vurulmuş maddi zərərin ödənilməsində də avtomobilin sahibi Cavabdeh1 da məhsuliyyəti vardır. Belə ki, avtomobilin sahibi Cavabdeh1 inzibati xəta törədən Cavabdeh2 sürücülük vəsiqəsi olmadığı halda ona idarə etməyə etibarnamə vermişdir. Həmçinin avtomobilin idarə edilməsi üçün verilməmişdir. Qəza törədən avtomobil məcburi sığorta olunmamışdır. Ona görə də avtomobilin sahibi Cavabdeh1 da ona vurulmuş ziyanın ödənilməsində maddi məhsuliyyət daşıyır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra X1 rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onu avtomobilin əsil sahibi İddiaçı ilə əvəz edilərək əsl iddiaçı kimi işə cəlb olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)1416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(021)1416/2023 saylı mülki iş üzrə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilərək işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, avtomobilin təmir edilməsi üçün təklif verilmiş, lakin iddiaçı tərəf razılaşmamışlar. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddiaçıya avtomobilin təmir edilməsi üçün ona verilməsini təklif etmişdir, lakin iddiaçı onunla razılaşmamış və ondan maddi ziyanın ödənilməsini tələb edir. İddiaçının tələb etdiyi məbləğə isə maddi imkanı çatmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 17680649 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Samux rayon Kolayır kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4139 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X2 şəhərində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Mülki işə əlavə olunmuş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 263963 saylı Etibarnamənin suətindən görünür ki, İddiaçı mülkiyyətində olan «MERCEDES-BENZ» markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətində X4 idarə etmək hüququ vermişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının Seriya AA******* nömrəli Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh2 xx.xx.1983-cü il il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AE-N №036634 nömrəli X3 Şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 308 D” markalı **-OB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 məxsusdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AE 219233 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək BC katekoriyası üzrə sürücülük hüququ verimişdir. Mülki işə əlavə olunmuş Samux rayon Məhkəməsinin 3(058)311/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP5114631 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Samux rayon Məhkəməsinə göndərilmişdir. Araşdrıma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 18 dekabr 2022-ci il tarixdə, saat 07:00 radələrində Samux şəhəri, H.Əliyev prospektində «Mercedes Benz 308D» markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən düzgün manevr etməmiş və əks istiqamətdən gələn «Mercedes» markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyyatsızlıqdan vuraraq həmin avtomobilə 8561 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirli bilinib, 400 manat cərimə edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli № 89/12 nömrəli Qüsur Aktı-Rəyin sürətindən görünür ki, "Mersedes-Benz" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər cəmi 8561 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 510565 saylı mədaxil qəbzindən görünür ki, X5 avtomobilə dəymiş ziyanın hesablanması üçün 171 manat pul ödəmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki,X5 108 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\2781 saylı xx.xx.2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “«MERCEDES -BENZ»” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 7770.0 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 18 dekabr 2022-ci il tarixdə saat 07:00 radələrində idarə etdiyi «Mersedes Benz 308 D» markalı **-OB-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Samux şəhəri H.Əliyev prospektində manevr hərəkətini düzgün etməmiş və əks istiqamətdə hərəkət edən «Mersedes» markalı **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus «MERCEDES -BENZ» markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Bu barədə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Samux rayon Məhkəməsinin 3(058)311/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus «MERCEDES -BENZ» markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, məhkəmə ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi avtomobilə dəymiş ziyan hissəsində qismən təmin olunmalı, qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin avtomobilə dəymiş ziyanın hesablanması üçün çəkilən xərc- 171.22 manat hissəsinində təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh2 oğundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 108 manat məbləğində rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilə dəymiş maddi ziyana görə 7770 manat, avtomobilə dəymiş ziyanın hesablanması üçün çəkilən xərc- 171.22 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiz tədqiqatının dəyəri 50 manat Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 108 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar