Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1421/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı “Rəşad Elekroniks” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Rəşad Elekronikas” cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, 505 saylı təminatlı alqı-satqı müqaviləsiə əsasən Cavabdeh1 iddiaçıdan “Samsung” markalı soyuducu almışdır. Müqavilənin təminatı kimi X2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 01 sentyabr 2021-ci il tarixli, 505 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borcu, öhdəliyi vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 178 manat faiz borcu, cəmi 1348 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən “Samsung” markalı Soyuducu almışdır. İş materiallarında olan 01 setyabr 2021-ci il tarixli ödəniş cədvəllərindən görünür ki, Cavabdeh1 12 ay ərzində ödəmək şərti ilə aldığı malın dəyərini 01 sentyabr 2022-ci il tarixədək “Rəşad Elekroniks”ə ödəməli idi. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, cavabdehin 01 sentyabr 2021-ci il tarixli, 505 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borcu, öhdəliyi vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 178 manat faiz borcu, cəmi 1348 manat borcu İş materiallarında olan 07 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 01 sentyabr 2021-ci il tarixli, 505 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borcu, öhdəliyi vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 178 manat faiz borcu, cəmi 1348 manat borcu tutularaq iddiaçı “Rəşad Elekroniks”ə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli, 505 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borcu, öhdəliyi vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 178 manat faiz borcu, cəmi 1348 manat (min üç yüz qırx səkkiz manat) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Rəşad Elekronikas”ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1421/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1421/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver