Məhkəmə qərarları › İş №2(021)-1429/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1429/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1429/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 27 000 manat pulun hazırkı vaxta uyğun məzənnə ilə ödədiyi günə qədər Mərkəzi Bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0.1 % olmaqla faiz ödənilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona qayytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanışı Etibar vasitəsilə tanımışdır. Etibar onun Cavabdehlə tanış etmiş və Cavabdeh təcili olaraq pul lazımı olduğu üçün 11000 manat ondan pul istəmişdir. O, mülkiyyətində olan Hunday Sanata markalı ** AA *** dövlət nömrə nişanlı avtomobilini lizinqə qoyaraq 11000 mant məbləğində kreditə pul götürüb onu cavabdehə verib 11000 manat avtomaşını lizinqə qoyaraq cavabdehə verdikdən sonra ona 12000 manatda lazım olduğunu bildirib və o, Həmzəyeva Kifayətdən 10000 manat pul alaraq üstünə də 2000 manat qoyaraq ona verib. Birinci ay üçün kredit borcunu cavabdeh özü ödəyib. Qalan 6 ay müdətində isə hər ay 690 manat olmaqla kredit borcu ödəyib. Avtomaşın 7 ay lizinqə girovda qalandan sonra o, pulu ödəyə bilməyib və lizinqlə danışaraq avtomobili onlara satıb. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 27000 manat məbləğində ziyan dəymişdir. O, cavabdehdən pulu tələb etdikcə o, gah natariusda olduğunu bildirib, tezliklə pulu verəcəyəni, gah da başaqa bəhanələr gətirsə də onun pulunu geriqaytarmayıb.Cavabdeh ona borclu olduğu pulu vaxtında versəydi o, avtomaşını satmaq məcburiyyətində qalmazdı. O həmin pulu dövriyyədə istifadə edərək pul qazana bilərdi. Gündən günə inflyasiyalar baş verir. Belə olan halda onun cavabdehə verdiyi pulun məzənnəsi düşür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı borca pul almamışdır. Məcbur qalıb 733 manat ödəmişdir. İddiaçı onu daima hədləmişdir, evdə və işdə biyabır etmişdir. Qorxduğundan və iddiaçı onu hədələdiyindən telefonda ona borclu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X3 izahatında göstərdi ki, İddiaçı ondan 10000 manat borc pul almışdır. Pulu alarkən bildirmişdir ki, həmin pulu Cavabdeh verəcəkdir, pul qaytarmasına özü cavabdehdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 05 dekabr 1985-ci ildə doğulmuşdur. Mülki işdə olan, idiaçı İddiaçı tərəfindən təqdim edilmiş disk yazısı dinlənilərkən müəyyən olunmuşdur, ki, cavabdeh iddiaçıdan borc pul almasını etiraf etmiş, həmin pulun qaytarılması üçün banklara müraciət etdiyini, lakin külli miqdarda qızıl zinyət əşyalarının girov qoyulması tələb edildiyini bildirmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 171 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı pul tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, məhkəmə iddia tələbini qismən təmin edərkən xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə bildirdiyi faktlar, o cümlədən həmin faktları cavabdehin üzünə deməsi, cavabdehin isə ziddiyyətli ifadələr səsləndirərək əvvəlcə iddiaçıya borcu olduğunu deməməsi, daha sonra iddiaçıdan qorxduğu üçün məcbur olub borcu olmadığı halda lizinq ödənişlərini etməsi, daha sonra səs yazılarının mövcudluğunu inkar etməməsi, həmin səslərin ona məxsus olmasını, iddiaçı onu hədələdiyi üçün, evdə və işdə biyabır olmasından qorxduğu üçün telefonda məcbur olub borcunu etiraf etməsini bildirməsi artıq özü-özlüyündə mövcud borcun etirafı kimi qiymətləndirilməlidir. Məhəmədə mayor rütbəsi daşıyan hərbi qulluqçu olan cavabdehdən qadından nə səbəbə qorxmasını soruşduqda “məni cavabdeh hədələyirdi və mən qorxurdum” deməklə kifayətlənməsi sadəcə olaraq öhdəlikdən yayınmaq məqsədi daşıyan və əsaslandırılmamış bir hal kimi qiymətləndirilməklə iddiaçının mövqeyinin və tələbinin haqlı olmasına əsas verir. Məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qismən haqlı olması səbəbindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 23000 manat məbləğində pul və ödənilmiş 171 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddiaçının əlavə lizinq ödənişlər etməsi və eləcədə iddia ərizəsində hazırkı vaxta uyğun məzənnə ilə ödədiyi günə qədər Mərkəzi bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0.1% faiz ödənilməsini bildirsə də, cavabdehlə aralarında belə bir razılaşma olduğunu sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 23000 manat (iyirmi üç min) və 171 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar