Məhkəmə qərarları › İş №2(021)-1431/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1431/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1431/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Hüseynov Nicat Mətləb oğlunun və vəkili və nümayəndəsi X9 oğlunun, Cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Mətləb oğlunun cavabdeh Bağırov Şamo Surxay oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3080 manat, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.110 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə bazarında ərzaq mağazası olub, orada alver edib ailəsini dolandırıb, hazırkı iş üzrə Cavabdeh uzun müddətdir ki, tanıyır, 12.12.2018-ci ildə ona 0saması üçün 4.700 manat məbləğində “Atom” enerji içkiləri vermişdir. Cavabdeh həmminpuldan 1620 manat məbləğində hissə-hissə ödəsə də yerdə qalan 3080 manat məbləğində borcunu bu günədək qaytarmamışdır. Bundan sonra sögüedən işlə bağlı Bərdə rayon Polis Şöbəsinə müraciət etsə də işi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməli olduğu mdildirilmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldrmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı Hüqseynov Nicat Mətləb oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh oğlunun nümayəndəsi X7 izahatında iddianı qəbul etmədiyini, iddiaçının tələb etdiyi pulun ona ödənildiyini, iddiaçıya borcları olmadığını göstərərək, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1991ci ildı Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Atatürk küçəsi ev 58-də qehydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 772 nömrəli, 21 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Atatürk küçəsi 58-də yaşayır. Mülki işə əlavə edilmiş, İddiaçı tərəfindən Bərdə rayon Polis Şöbəsinə ünvanlanmış şikayət ərizəsinin surətindən müəyyən olunur ki, Cavabdeh oğlunun ona borc aldğl pulun alınıb verilməsi barədə müraciət etmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli 138-5486/2H nömrəli məkbunun surətindən müəyyən olunur ki, müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfin dən Bərdə rayon Polis Şöbəsinə verilmiş izahatın surətindən müəyyən olunur ki, İddiaçı Mətləb oğlundan 2019-cu ildə 4700 manat dəyərində enerji içkisi almış, həmin puldan 1620 manatını elə həmin ili İddiaçı, qalan 3080 manatını isə İddiaçı onunla tanış etdiyi Yusif adlı şəxsə verməsini, İddiaçı heç bir borcunun olmadığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən maddi və prosessual normaların tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır. Belə ki, cavabdeh məhkəmə iclasında oğlunun borclu olduğu 3080 manat pulu Yusif adlı şəxsə verdiyini, Yusifin iddiaçının adamı olmasını bildirsə də, həmin faktları məhkəmədə sübut edə bilmədi. Bundan sonra məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, iddiaçının nümayəndəsi Yusif adlı şəxsi məhkəməyə şahid qismində gətirəcəyini vurğulasa da, keçirilmiş məhkəmə proseslərində həmin şəxsi gətirməkdən yayınmış və hər dəfəsində iddiaçının haqsız olduğunu bildirərək öz dəlillərini sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3080 (üç min səksən) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 3.110 (üç min yüz on) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar