Məhkəmə qərarları › İş №2(021)-1437/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1437/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1437/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı İddiaçının vəkili X5 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1120 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə X6 Bərdə rayon Alpoud kəndində yerləşən 0.46 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN- 228 KOD-61001018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsini 04 fevral 2010-cu il tarixdə Leyla Bədəlovanın yazdığı vəkalətnamə əsasında Leyla Bədəlovanın ailə üzvləri olan X13, X9 və X3 iştirakı ilə 0.45 ha torpaq sahəsini almış, vəkalətnaməni Leyla Bədəlovanın gəlini X9 öz əl yazması ilə yazmışdır. Bərdə rayon Alpoud kəndində yerləşən 0.45 ha torpaq sahəsini almaq üçün 850 manat pul ödəmişdir. Həmin torpaq sahəsində təmizlik işləri aparmış və traktor sürücüsünə 270 manat pul ödüyərək orada işlər aparmışdır. Lakin baş qarışıqlığından həmin torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirə bilməmişdir. Hal-hazırda X11 2019-cu ildə vəfat etmişdir. İndi isə bu il 2021-ci il tarixdə mərhumənin oğlu hazırki iş üzrə Cavabdeh onun aldığı torpaq sahəsini ondan geri istəyir. Həmin torpaq sahəsi anasına məxsusdur. O isə cavbdehə həmin torpaq sahəsini 850 manat dəyərində pul verərək aldığını və mərhumənin vəkalətnamə yazdığını bildirsə də heç bir nəticəsi olmamışdır və onun həmin torpaq sahəsindən çıxmağını tələb edir. Bunun üçündə cavabdehdən torpaq sahəsini almaq üçün vermiş olduğu 850 manat pulu və torpaq sahəsində təmizlik işləri apararaq traktor sürücüsünə vermiş olduğu 270 manat pulu tələb edir. Çünki neçə illərdir ki, həmin torpaq sahəsini istifadə edir. Mərhumə vəfat etdikdən sonra da həmin torpaq sahəsini istifadə etmişdir. Cavabdeh torpaq sahəsini qeyri-rəsmi aldığını bildiyi üçün ondan həmin torpaq sahəsini tələb edir. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, X11 anasıdır, sonuncu 2019-cu ilin noyabr ayında vəfat etmişdir. Özü uzun müddət Bərdə şəhərində yaşamış, anasının ölümündən sonra Bərdə rayonu Əmirli kəndinə qayıtmışdır. Kəndə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, anasına məxsus 0,46 ha torpaq sahəsindən cavabdeh istifadə edir. İddiaçının təqdim etdiyi qəbz anası tərəfindən deyil, gəlinləri Gülsurə tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən anasına torpağa görə pul verilməmiş, sövdələşmə saxta olmuşdur. Hazırda torpağı öz adına rəsmiləşdirmişdir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Leyla Bədəlova bacısının qaynanası, iddiaçı isə qohumudur. Leyla Bədəlova 2 ildir ki, vəfat etmişdir. 2010-cu ildə bacısı evində olarkən İddiaçı orada olduğunu görmüş, söhbət zamanı İddiaçı bacısı Leyla Bədəlovaya məxsus 0,46 ha torpaq sahəsini 850 manata aldığını bildirmişdir. İddiaçı 850 manat pulu Leyli Bədəlovaya verməsini görməmişdir. Torpağın alqı-satqısı ilə bağlı akt tərtib edilmiş, özü də akta imza etmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 228, KOD 61001018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 09 nömrəli 22 iyun 1998-ci il tarixli qərarına əsasən Bərdə rayonu Alpoud kənd sakini X8 0,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən 0,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 mart 2021-ci ildə mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2019-cu il tarixli AZ-İİ 046210 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 28 noyabr 2019-cu ildə ölmüşdür. İş materiallarında olan 04 fevral 2010-cu il tarixli vəkalətnamədən müəyyən olunur ki, X1 tərəfindən ailələrinə verilən pay torpağın 45 sotunu ehtiyacları olduğu üçün Alpoud kəndində yaşayan Ağdam köçkünü İddiaçı ömürlük olaraq satır. Satdıqları torpağa 04 fevral 2010-cu il tarixdə 850 manat pul almışlar. Bu torpağın satılmasında onların ailə üzvləri X13, X10, dayısı X7 iştirak etmişlər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X21 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etdi ki, Bərdə rayonu Əmirli kəndində yerləşən 0,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmış, sonuncunun ölümündən sonra qeyd olunan torpaq sahəsi cavabdehin adına qeydə alınmışdır. İddiaçı torpaq sahəsini cavabdehin anası Leyli Bədəlovadan 850 manat pulun müqabilində aldığını bildirsə də bu barədə məhkəmə sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi əlyazma ilə yazılmış vəkalətnamə isə tərəflərin heç biri və şahidlər tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş X7 isə iddiaçının Leyli Bədəlovaya 850 manat pul verdiyini şəxsən görmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 0,46 ha torpağa görə cavabdehin anası Leyli Bədəlovaya 850 manat məbləğində pul verməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar