Məhkəmə qərarları › İş №2(021)-1439/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1439/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1439/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Zülfüqar oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Zülfüqar oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Zülfüqar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2000 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 50 manat pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Zülfüqar oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır onunla, münasibətləri yaxşı olmuşdur. Cavabdeh ilə arasında bağlanmış 01 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 2700 manat borc pul almışdır. Cavabdeh borc aldığı pulu 31 dekabr 2021-ci il tarixə kimi ona qaytarmaq barədə öhdəlik götürmüşdür. Cavabdeh ona borclu olduğu pulun yalnız 700 manatını ona qaytarmışdır. Müddətin bitməsinə baxayaraq cavabdeh müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Göründüyü kmi cavabdeh X3 üzərinə götürdüyü öhdəliyə tam əməl etməyərək 2000 manat pulu bu günədək qaytaramışdır. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müqaciət etmək qərarına gəlib. Ona görədə Cavabdeh 2000 manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı Zülfüqar oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Balakişiyev Şamil Cəmil oğlu izahatında iddianı qismən qəbul edərək, göstərdi ki, iddiaçıya 2000 manat borcu qalmışdır. Ondan aldığı borcun bir hissəsini ödəmişdir. Qalan borcu ödəməyə maddi imkanı olmadığından ödəyə bilməmişdir. Pulu aldığını və hal-hazırda iddiaçıya 2000 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zülfüqar oğlu XX.XX.1961-ci ildə Ağcəbədi rayonunda doğulmuş, Ağcəbədi rayonunun, Şahsevən kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh xx xxxxx 1961-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Ağcəbədi rayonu, Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən verilmiş 18 nömrəli, 17 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Muradov X1 rayonu Şahsevən kəndində yaşayır. Mülki işə əlavə olunmuş 01 mart 2021-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Zülfüqar oğlu ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və Cavabdeh İddiaçı Zülfüqar oğlundan 2700 manat borc almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu etiraf etmiş, qalan borcunu maddi imkanı olmadığından ödəmədiyini bildirmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin də iddianı etiraf etməsi hazırki iddia tələbinin təmin edilməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Zülfüqar oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı Zülfüqar oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar