Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1453/2024 24.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi” nə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 895 (səkkiz yüz doxsan beş) manat ziyan, rəyin verilməsi üçün ödədiyi 30 manat və məhkəmə iddia qaldırılması üçün ödədiyi 30 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan KİA Optima markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2024-cü il tarixdə baş etibarnamə əsasında X1 vermişdir. Aqil İsmayılov xx.xx.2024-cü il tarixdə saat 11-50 radələrində maşını idarə edərkən Bərdə rayonu Mehdili kənd ərazisindən keçən zaman hazırki iş üzrə Cavabdeh təqsiri ucbatından ona məxsus 1 baş qoyun qəflətən yola çıxaraq avtomaşını əzmişdir. Xİİİ Tağım YPX-ninəməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində avtomaşın xx.xx.2024-cü il tarixli İlkin Qiymətləndirmə aktından görünür ki, 895 (səkkiz yüz doxsan beş) manat ziyan dəymişdir. Rəyin verilməsi üçün xərcə düşərək 30 manat rüsum da ödəmişdir. Ona görə də məhkəmədən Cavabdeh onun xeyrinə 895 (səkkiz yüz doxsan beş) manat ziyan, rəyin verilməsi üçün ödədiyi 30 manat və məhkəmə iddia qaldırılması üçün ödədiyi 30 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iş materiallarında olan onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar həqiqəti əks etdirmir. Verilən suala cavab olaraq bildirdi ki, o həmin qərarı qanunvericiliyin tələbləri gözlənilməklə mübahisələndirməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı 31 manat ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Bərdə rayonu Mehdili kəndində yaşayan Cavabdeh tərəfindən zərərçəkmiş şəxsə madi zərər vurulması halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 338-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta onun tərəfindən törədilmişdir. Yol nəqliyyat hadisənin sxemindən görünür ki, nəqiyyat hadisənin hansı vəziyyətdə baş verməsinin sxemi tərtib olunmuşdur. AA2457671 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X1 xx.xx.2009-cu il tarixdən xx.xx.2000-ci il tarixədək B1,B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Ən-İX 199457 nömrəli Nəqliyyat vasitəsinin etibarnaməsindən görünür ki, Mülkiyyətçi İddiaçı X1 X8 markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında verilmişdir. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Bərdə rayonu Mehdili kəndində yaşayır. xx.xx.2024-cü il tarixli İlkin Qiymətləndirmə aktından görünür ki, X2 KİA Optima markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirildikdən sonra dəymiş zərərin ümumi dəyəri 895 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli 50 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Mehdili kəndində yaşayır. Bərdə rayon məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(021)-1453/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Ziyan tələbinə dair 2(021)-1453/2024 nömrəli mülki iş üzrə məhkəmə -əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 9/4861 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Nəzəri hesablama yolu ilə iş materiallarında X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı KİA Optima markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 895.00 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin qiyməti -295.00 manat, təmir bərpa işlərinin qiyməti -600 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahata, eyni zamanda iş materiallarında olan təsdqiedici sənədlərə əsasən 895 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə Cavabdeh tutulmalıdır. Məhkəmə göstərir ki, qiymətləndirmə hissəsinə dair iddiaçının əlavə etmiş olduğu 30 manat qəbzə dair hissə təmin edilməməlidir. Ekspertiza xərci olan 50 manat Cavabdeh Ədliyyə nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə göstərir ki, qiymətləndirmə hissəsinə dair iddiaçının əlavə etmiş olduğu 30 manat qəbzə dair hissə təmin edilməməlidir. Belə ki, cavabdeh məhkəmə-əmtəəşünaslıq eksoertizasına dair xərcə cəlb olunmuşdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 895 (səkkiz yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.
3. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin hesabına ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
6. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev