Məhkəmə qərarları › İş №2(021)-1483/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1483/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1483/2021 15.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı payın müəyyən edilməsi, mənzildən istifadə hüququnun tanıdılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Nəsib oğlu rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Bərdə rayon Kətəlparaq kəndində yerləşən 3 otaq, 1 zal, 1 mətbəx, 1 hamam otağından ibarət fərdi yaşayış evindən və tövlədən mənə düşən payı müəyyən edilərək, naturada bölünməsi və həmin mənzildən istifadə hüququnun tanıdılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nəsib oğlu məhkəməyə ərizə təqdim edərək yeni iddia ilə məhkəmədə iddia qaldıracağından sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı payın müəyyən edilməsi, mənzildən istifadə hüququnun tanıdılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair vermiş olduğu iddia ərizəsi İddiaçı Nəsib oğluna qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar