Məhkəmə qərarları › İş №2(021)-149/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-149/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-149/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Çilingir oğlunun Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Çilingir oğlu məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun xeyrinə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 14 475 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Çilingir oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idərısinin BD117193 nömrəli 24 avqust 2021-ci il tarixli texniki pasporta əsasən G4FC9H290795 nömrəli, mühərrik KNAFV411BA5122988 nömrəli kuza ** GN *** dövlət nömrə nişanlı “Kia Ceratto” markalı avtomaşın ona məxsusdur. 18 dekabr 2022 ci il tarixdə 00.01 radələrində Cavabdeh idarə etdiyi Chevrolet Cruze markalı ** LN *** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri Nəsimi rayonu Abdulhavab Salmanzadə küçəsində Salamadil tunelinin Qəbələ dairəsi çıxışına tərəf hərəkətdə olan vaxtı həmin tuneldə sağ zolaqda dayandığı zaman yol hərəkət qaydalarını pozaraq ona məxsus olan “Kia Ceratto” markalı avtomobilinə çırpılmış və nəticədə avtomobilinə ziyan dəymiş, həmçinin özü yüngül xəsarət almışdır. Göstərilən nəqliyyat hadisəsi Chevrolet Cruze markalı ** LN *** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327. 8 maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanı törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yol-hərəkət hadisəsinin iştirakçılarının izahatları YNH-nin sxemi və digər səndələlə təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şhəər Nəsimi Rayon Məhkəməsi tərfindən tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 22 fevral 2022-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Xalq Sığorta ASCnin sifarişi ilə “Autobox automobile services” tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş 27 dekabr 2021-ci il tarixli 4282 saylı qiymətləndirmə aktına əsasən avtoqəza nəticəsində ona məxsus ola “Kia Ceratto“ marakl ** GN *** dövlət nömrə nişanlı avtomobilinə ümumilikdə 14 475 (on dörd min dörd yüz yetmiş beş manat) məbləğində ziyan dəymişdir. İddiaçı Çilingir oğlu məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə iddiaçı və onun nümayəndəsi, vəkili izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1992-ci ildə ünvan 1 ünvanında qeydiyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Çilingər oğlu xx xxxxxxx 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 28 aprel 2022ci il tarixli, 10 saylı arayışdan müəyyən olunur ki, İddiaçı Çinlingər oğlu kooperativin Abşeron rayon, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 2 saylı məzilində qeydiyyatsız yaşayır. Mülki işə əlavə edilmiş “Autobox automobile services” tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli 4282 saylı qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, avtoqəza nəticəsində ona məxsus ola “Kia Ceratto“ marakl ** GN *** dövlət nömrə nişanlı avtomobilinə ümumilikdə 14 475 (on dörd min dörd yüz yetmiş beş manat) məbləğində ziyan dəymişdir. Mülki işə əlavə edilmiş X8 tərəfindən Bakı şəhəri, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədova verilmiş 18 dekabr 2021-ci il tarixli izahatda göstərmişdir ki, fərdi ticarətlə məşğul taksi sürücüsü işləyir, o, 18 fevral 2021-ci il tarixdə saat təxminən 00.30 raədələrdinə idarə etdiyi Hyundai Sonata markalı ** UY *** d.q.n-lı avtomobillə Nəsimi rayonu Abdulvahab Salmazadə küçəsində Salamadil tunelinin Qələbə dairəsi çıxışına tərəf hərəkətdə olan vaxt qəfildən arxadan hərəkətdə olan Cavabdeh idarə etdiyi Chevrolet Cruse markalı ** LN *** d.q.n-lı avtomobil tuneldə sağ zolaqda dayanmış İddiaçı Çingiz oğlunun idarə etdiyi Kiia markalı 99GN 250 d.q.n-lı avtomobilə və X2 etibarnamə ilə idarə etdiyi Merssedes markalı ** HR *** d.q.n-lı avtomobilə dəymiş, onlardan qabağa keçdiyi üçün Mersedes onun maşının arxasına dəymişdir. O, maşını qarşıda saxlamış Chevroletin və Kianın sürücüsü xəsarət almışdırlar. Onlar xəstəxanaya aparılmışdırlar. Onun maşının surəti 50-60 km olmuşdur, maşınına ziyan dəymişdir. Mülki işə əlavə edilmiş X4 tərəfindən Bakı şəhəri, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədova verilmiş 21 dekabr 2021-ci il tarixli izahatda göstərmişdir ki, pivə satışı üzrə ekspert işləyir. O, 18 fevral 2021-ci il tarixdə saat təxminən 00.30 radələrdinə idarə etdiyi Mersedes markalı ** HR *** d.q.n-lı avtomobillə Nəsimi rayonu Abdulvahab Salmazadə küçəsində Salamadil tunelinin Qələbə dairəsi çıxışına tərəf hərəkətdə olan vaxt maşın sönmüş, o, maşını yoluun sağ istiqamətinə verib qəza işıqlarını yandırıb saxlamışdır, onun arxasınca dostu İddiaçı Çinlingir oğlu idarə etdiyi Kia markalı ** GN *** d.q.n-lı avtomobillə gəlmişdir. Onun dayandığına görə dostuda maşınını onun maşının arxasında saxlayıb qəza işıqlarını ayndırıb dayanmışdır. O, evakuator xidmətinə müraciət etmişdir, həmin vaxt qəfildən arxadan gələn Cavabdeh idarə etdiyi Chevrolet Cruze markalı ** LN *** d.q.n-lı avtomobillə Sabirin maşının arxasından vurmuşdur. Sabirin maşını onun maşınına dəymişdir, o, isə qabaqda hərəkətdə olan X6 idarə etdiyi Hyundai Sonata markalı ** UY *** d.q.n-lı avtomobilə dəymiş, Chevroletin və Kianın sürücüsü xəsarət almışdırlar. Onlar xəstəxanaya aparılmışdırlar. Onun maşına maşınına ziyan dəymişdir. Mülki işə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri, Nəsimi rayonu RPİ-ninn 24 yanvar 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Çilingir oğlu məhkəmədə iddia qaldırılması üçün 133.42 manat dövlət rüsumu ödəmişdir. İş üzrə 22 iyun 2022-ci il tarixli, 2(021)-1806/2022 saylı qərardadı ilə məhkəmə əmtəşşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5561 saylı, 03 oktyabr 2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, təmiri məqsədə müvafiq rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 14000 manat olmuş 2009-cu il buraxılışlı Kia Cerato markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin zzədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 9800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, İddiaçı Çilingir oğlunun Cavabdeh qarşı avtoqəza nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Çilingir oğlunun xeyrinə 9800 manat avtomobilin təmir-bərpa xərci ödənilmiş pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 60 manat X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ **********0********) hesabına və iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 134 manat məbləğin 118 manat hissəsi İddiaçı Çilingər oğluna ödənilməlidir. Rüsumun qalan 16 manat hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun 118 manat hissəsi alınıb İddiaçı Çilingir oğluna verilsin. Cavabdeh 60 manat ekspertiza xərci tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ **********0********) hesabına ödənilsin. İş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 16 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar