Məhkəmə qərarları › İş №2(021)-15/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-15/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-15/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı QSC- nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X3, X4 və Quliyeva Ülviyyə Camal qızına qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X3, X4 və Quliyeva Ülviyyə Camal qızına qarşı iddia qaldıraraq: - Cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000033089 saylı kredit razılaşması üzrə 55621.58 ABŞ dolları məbləğində kredit borcu, 10895.07 ABŞ dolları məbləğində faiz borcu və 19963.92 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 86 480.57 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; - X6 Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və cəmi 86 480.57 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi; -Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından ümumi qaydada tutulması; Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Quliyeva Ülviyyə Camal qızının həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh 22.08.2012-ci il tarixli 02L000009069 saylı kredit müqaviləsinə əsasən 120 ay müdddətinə, 300 000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında 03.06.2014-cü il tarixli, 02R000033089 saylı kredit razılaşmasına əsasən Cavabdeh oğluna aylıq 1.5 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 48 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 03.06.2015-ci il tarixli 02R000033089S saylı sazişlı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəıliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X7 22.08.2012-ci il tarixli 02S000017743 saylı zaminlik müqaviləsinə, Babayev Vüqar Nəsif oğlu 22.08.2012-ci il tarixli 02S000017744 saylı zaminlik müqaviləsinə, Quliyeva Ülviyyə Camal qızı isə 22.08.2012-ci il tarixli 02S000017745 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısnda öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Quliyeva Ülviyyə Camal qızı ilə bank arasinda bağlanmiş 22.08.2012-ci il tarixli 02M000001310 saylı İpoteka Müqaviləsinə əsasən Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Dəfələrlə cavabdehlərə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdehlər banka olan borcunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə edərək, - Cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000033089 saylı kredit razılaşması üzrə 55621.58 ABŞ dolları məbləğində kredit borcun, 26969.71 ABŞ dolları məbləğində faiz borcu və 51992.54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 134583.83 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; - X6 Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və cəmi 134583.83 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi; -Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından ümumi qaydada tutulması; Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Quliyeva Ülviyyə Camal qızının həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə edərək, bildirmişdir ki, iddia ərizəsində Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Quliyeva Ülviyyə Camal qızının həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin iddia ərizəsində cavabdeh Quliyeva Ülviyyə Camal qızının həmin mənzildən çıxarılması göstərilməmişdir. Odur ki, mənzilə tutma yönəldildikdən sonra cavabdeh Quliyeva Ülviyyə Camal qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, həmçinin iddia tələbinin digər hissələrinin də təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh, X3, X4 və Quliyeva Ülviyyə Camal qızına qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 22.08.2012-ci il tarixli 02L000009069 saylı Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 120 ay müddətində 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Mülki işə əlavə edilmiş 02R000033089 saylı, 03.06.2014-cü il tarixli, kredit razılaşmasından görünür ki, 22.08.2012-ci il tarixli 02L000009069 kredit müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq 1.5 % ödəmək şərti ilə 70 000 (yetmiş min) ABŞ dolları kredit verilmişdir. Mülki işə əlavə edilmiş 02R000033089S saylı 03.06.2015-ci il tarixli Sazişdən görünür ki, 22.08.2012-ci il tarixli 02L000009069 Kredit Xətti Müqaviləsi üzrə bağlanmış 02R000033089 saylı, 03.06.2014-cü il tarixli, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Mülki işə əlavə edilmiş 02S000017743 saylı, 02S000017744 saylı və 02S000017745 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh 22.08.2012-ci il tarixli 02L000009069 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrilmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə X7, X8 və Quliyeva Ülviyyə Camal qızına arasında zaminlik müqavilələri imzalanmışdır. Mülki işə əlavə edilmiş 02M000001310 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh 22.08.2012-ci il tarixli 02L000009069 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrilmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin təminatı olaraq İddiaçı QSC tərəfindən Quliyeva Ülviyyə Camal qızının mülkiyyətində olan Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 60475.80 (altmış min dörd yüz yetmiş beş manat, səksən qəpik) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quliyeva Ülviyyə Camal qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi ev 4, 64 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 30.12.2016-ci il tarixli 08 saylı arayışdan görünür ki, 02R**********397 saylı, 03.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 29.12.2016-ci il tarixə qədər 55621.58 ABŞ dolları əsas, 10895.07 ABŞ dolları faiz borcu və 19963.92 ABŞ dolları cərimə borcu olmaqla cəmi 86 480.57 ABŞ dolları borcu təşkil edir. Mülki işə əlavə edilmiş 08 saylı, 22.12.2016- cı il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 08 saylı, 26.12.2016-cı il tarixli Ərizədən görünür ki, İddiaçı QSC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Quliyeva Ülviyyə Camal qızının mülkiyyətində olan Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində ev 4, mənzil 64 ünvanına məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 11644 saylı, 29.05.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 29.12.2016-ci il tarixinə olan borcu əsas borc üzrə 55.332.53 ABŞ dolları, faiz borcu üzrə 10.679.18 ABŞ dolları olmaqla 66 011.71 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 31152 saylı, 18.10.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 16.01.2017-ci il tarixinə olan borcu əsas borc üzrə 41673.36 ABŞ dolları, faiz borcu üzrə 20212.80 ABŞ dolları olmaqla 61 886.16 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 4546 saylı, 28.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 41673.36 ABŞ dolları, faiz borcu üzrə 31756.32 ABŞ dolları olmaqla 73 429.68 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 21.09.2020-ci il tarixli ƏQ-101/2020 Mütəxəssis Rəyindən görünür ki, Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilin likvid dəyəri 90 000 manat, real bazar dəyəri 105 000 manat kimi qiymətləndirilmişdir. (Ekspertiza tədqiqatının dəyəri 300 manat) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/5555 saylı, 01.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 41673.36 ABŞ dolları, faiz borcu üzrə 31756.32 ABŞ dolları olmaqla 73429.68 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh 22.08.2012-ci il tarixli 02L000009069 saylı kredit müqaviləsinə əsasən 120 ay müdddətinə, 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh arasında 02R000033089 saylı, 03.06.2014-cü il tarixli saylı kredit razılaşmasına əsasən Cavabdeh oğluna aylıq 1,5 % ödəmək şərti ilə 48 ay müddətinə 70.000 ABŞ dolları kredit verilmişdir. 02R000033089S saylı 03.06.2015-ci il tarixli saylı sazişlə 02R000033089 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X7, Babayev Vüqar Nəsif oğlu və Quliyeva Ülviyyə Camal qızı 22.08.2012-ci il tarixli 02S000017745 saylı zaminlik müqavilələrinə əsasən bank qarşısnda öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Quliyeva Ülviyyə Camal qızı ilə bank arasinda bağlanmiş 22.08.2012-ci il tarixli 02M000001310 saylı İpoteka Müqaviləsinə əsasən Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 64 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı QSC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Mülki Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zaminlər X7, X9 və Quliyeva Ülviyyə Camal qızı kredit müqaviləsi üzrə Cavabdeh oğlunun iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər üç cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən əsas kredit borcunun yuxarı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh banka əsas borcu üzrə 55621.58 ABŞ dolları deyil, 41673.36 ABŞ dolları olması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən faiz borcunun aşağı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh banka faiz borcu üzrə 26969.71 ABŞ dolları deyil, 31756.32 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh qızının banka olan faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələblər üzrə- 26969.71 ABŞ dolları faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı QSC -nin iddiasının kredit müqaviləsinə əsasən 51992.54 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq kredit müqaviləsi üzrə isə 992 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Quliyeva Ülviyyə Camal qızı ilə İddiaçı QSC arasında bağlanmış 22.08.2012-ci il tarixli 02M000001310 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Quliyeva Ülviyyə Camal qızı özünə məxsus Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə X6 Camal qızına məxsus Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Quliyeva Ülviyyə Camal qızına məxsus olan Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal- 1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin likvid qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq qiymətləndirmə təyin edilmiş və 21.09.2020-ci il tarixli ƏQ-101/2020 Mütəxəssis Rəyindən görünür ki, ipoteka qoyulmuş Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilin likvid bazar qiyməti 90.000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh Quliyeva Ülviyyə Camal qızının çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada tutulması hissəsində təmin oluna bilməz. Belə ki, həmin məsələ İcra haqqında qanunla tənzimləndiyindən icra qaydasında həll olunan məsələdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi və əmlakın banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi İddiaçı QSC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC -nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada 02R000033089 saylı, 03.06.2014-cü il tarixli kredit razılaşması üzrə 41673.36 ABŞ dolları əsas, 26969.71 ABŞ dolları faiz borcu və 992 ABŞ dolları cərimə borcu olmaqla cəmi 69635.07 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan vaxt Mərkəzi Bankı müəyyən etdiyi manat məzənnəsinə uyğun, dövlət rüsumu kim ödənilmiş 30 manat, ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 manat və 21 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı, tutulan məbləğ cavabdeh Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 90 000 manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC -nə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh Quliyeva Ülviyyə Camal qızına qaytarılmalı, həmin mənzil satıldıqdan bir ay sonra Quliyeva Ülviyyə Camal qızı Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzildən çıxarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh Quliyeva Ülviyyə Camal qızı həmin ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalı və mənzili boşaltmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatlarının cəmi dəyəri 580 (145+145+145+145) manat cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada 02R000033089 saylı, 03.06.2014-cü il tarixli kredit razılaşması üzrə 41673.36 ABŞ dolları əsas, 26969.71 ABŞ dolları faiz borcu və 992 ABŞ dolları cərimə borcu olmaqla cəmi 69635.07 (altmış doqquz min altı yüz otuz beş ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan vaxt Mərkəzi Bankı müəyyən etdiyi manat məzənnəsinə uyğun, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 (on) manat və 21 (iyirmi bir) manat xidmət haqqı alınaraq İddiaçı QSC-ə ödənilsin. Tutma cavabdeh Quliyeva Ülviyyə Camal qızının mülkiyyətindəki Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli evin 5-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 93.71 kv.m ümumi, 72.11 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 64 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan evin ilkin satış qiyməti 90 000 (doxsan min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh Quliyeva Ülviyyə Camal qızıhəmin fərdi yaşayış evindən çıxmazsa, o, məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evini boşaltsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. Cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada 580 (beş yüz səksən) manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər Cavabdeh, X1, X2 və Quliyeva Ülviyyə Camal qızından müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar