Məhkəmə qərarları › İş №2(021)-1509/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1509/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1509/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iştirakları ilə, İdiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğluna, X11, X12 və Mustafayev Alim Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğluna, X11, X4 və Mustafayev Alim Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 fevral 2013-cü il tarixində Cavabdeh ilə İddiaçı ASC arasında 005 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15.000 manat məbləğində 18 ay güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla heyvandarlığın inkişafı üçün kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh Elburus oğlu, X2, X16, X7 və X13 ilə Bank arasında 05 fevral 2013-cü il tarixində 005i saylı ipoteka müqaviləsi bağlnamış və paylı mülkiyyətdə olan Bərdə Rayonu Mustafağalı kəndində yerləşən fərdi yaşayış evi 0,22 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Ərazi İdarəsində Azərbacyan Respublikası Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 07 fevral 2013-cü il tarixdə DƏDRX Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü təyin edilməsi barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində, borclu Cavabdeh Elburus oğlunun 05 fevral 2013-cü il tarixli 005 saylı kredit müqaviləsi üzrə 23 yanvar 2019-cu il tarixinə Banka 6665,81 manat məblləğində əsas borc 295,93 manat məblləğində faiz borcu, 1584,25 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstutisya Məhkəməsini Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat ümumilikdə 9720,28 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. X17 məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla heyvandarlığın inkişafı üçün kredit almışdır. İş materiallarında olan 05 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlunun, X8, X3 və Mustafayev Alim Elbrus oğlunun mülkiyyətindəki Bərdə Rayonu Mustafağalı kəndində yerləşən fərdi yaşayış evi 0,22 ha torpaq sahəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, 05 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka 6665,81 manat məblləğində əsas borc 295,93 manat məbləğində faiz borcu, 1584,25 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsini Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat olmaqla ümumilikdə 9720,28 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Həsənov Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 24 yanvar 2020-ci il tarixli, 2(021)-179/2020 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş ƏQ-62/2020 saylı, 20 fevral 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 20 fevral 2020-ci il tarixə bazar dəyəri 18.000 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evə İddiaçı ASC-yə ipoteka hüququ verilmişdir. Mülki işə əlavə edilmiş 19 fevral 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, X9 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumat verilmişdir. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən 12 oktyabr 2021-ci il tarixli ekspertrəyindən görünür ki, Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 0,22 ha torpaq sahəsi ilə birlikdə 12 oktyabr 2021-ci il tarixə bazar dəyəri 49,500 manat, likvid dəyəri 45,550 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:

1. Cavabdeh İddiaçı ASC-yə olan 6665,81 manat məblləğində əsas borc 295,93 manat məblləğində faiz borcu, 1584,25 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstutisya Mhkəməsini Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat ümumilikdə 9720,28 manat borc, 30 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması;

2. Tutmanın Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evininə yönəldilməsi, əmlakın açıq hərracda satılması;

3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlunun Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evdən çıxarılmaları. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi 05 fevral 2013-cü il tarixli 005 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 6 faizlə, 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlu arasında bağlanmış 05 fevral 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla təsdiqlənmişdir. 05 fevral 2013-cü il tarixli 005 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh iddiaçıya 6665,81 manat məblləğində əsas borc 295,93 manat məblləğində faiz borcu, 1584,25 manat məbləğində cərimə borcu, Kredit üzrə müddət bitəndən sonra Konstutisya Mhkəməsini Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat ümumilikdə 9720,28 manat borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə qismən təmin edilməli və Cavabdeh 05 fevral 2013-cü il tarixli 005 saylı kredit müqaviləsinə əsasən 6665,81 manat məblləğində əsas borc və 295,93 manat məbləğində faiz borcu, o cümlədən kredit üzrə müddət bitəndən sonra Konstutisya Məhkəməsini Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat ümumilikdə 8146,03 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 1584,25 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 84.25 manat məbləğində pul tutulmalıdır. İddianın tutmanın Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi evinə yönəldilməsi, əmlakın açıq hərracda satılmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlu kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlu məxsus Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən 12 oktyabr 2021-ci il tarixli ekspertrəyindən görünür ki, Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 0,22 ha torpaq sahəsi ilə birlikdə 12 oktyabr 2021-ci il tarixə bazar dəyəri 49,500 manat, likvid dəyəri 45,550 manat təşkil edir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus olan Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi evə yönəldilməli, mənzilin likvid dəyəri 44,550 manat müəyyən edilməklə həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlunun tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsinə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğlu ipoteka predmeti olan Bərdə rayonu, Mustafaağalı kəndində 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi ev torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra 1 (bir) ay müddətində həmin evi boşaltmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 500 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05 fevral 2013-cü il tarixli 005 nömrəli kredit müqaviləsi üzrə 6665,81 manat məbləğində əsas borc, 295,93 manat məbləğində faiz borcu, 84,25 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat olmaqla, ümumilikdə 8230,28 (səkkiz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc, 30 manat dövlət rüsumu və daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna paylı mülkiyyət hüququ ilə məxsus Bərdə rayonu, Mustafaağalı kəndində 0.2ü ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə evinə yönəldilsin. Torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 44,550 (qırx dörd min beş yüz əlli) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evini boşaltsınlar. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının 300 (üç yüz manat) manat dəyəri Cavabdeh aid edilsin və ondan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank: Bank Respublika ASC-nin yevlax Flialı, KOD: 509299, VÖEN: ********** (bankın VÖENİ) H/hh: AZ61BRES********************, M/h: AZ80NABZ******************** SWİFT: BRESAZ722) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 200 (iki yüz manat) manat dəyəri Cavabdeh aid edilsin və ondan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VEÖN:**********, Müxbir hesab: AZ37NABZ**********001944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin.

İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HakimElsun Əhmədov İş № 2(021) 1509/2022 Çıxarış

AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN

QƏTNAMƏ

10 may 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi

Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakları ilə,

İdiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05 fevral 2013-cü il tarixli 005 nömrəli kredit müqaviləsi üzrə 6665,81 manat məbləğində əsas borc, 295,93 manat məbləğində faiz borcu, 84,25 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1184,29 manat olmaqla, ümumilikdə 8230,28 (səkkiz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc, 30 manat dövlət rüsumu və daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdehlər Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna paylı mülkiyyət hüququ ilə məxsus Bərdə rayonu, Mustafaağalı kəndində 0.2ü ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 121.1 kv.m-dən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə evinə yönəldilsin. Torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 44,550 (qırx dörd min beş yüz əlli) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evini boşaltsınlar. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh, Mustafayev Elbrus İbrahim oğlu, X16, X12 və Mustafayev Alim Elbrus oğluna qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının 300 (üç yüz manat) manat dəyəri Cavabdeh aid edilsin və ondan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank: Bank Respublika ASC-nin yevlax Flialı, KOD: 509299, VÖEN: ********** (bankın VÖENİ) H/hh: AZ61BRES********************, M/h: AZ80NABZ******************** SWİFT: BRESAZ722) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 200 (iki yüz manat) manat dəyəri Cavabdeh aid edilsin və ondan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VEÖN:**********, Müxbir hesab: AZ37NABZ**********001944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ

Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan

«10» may 2022-ci il № 2(021)- 1509/2022

Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Gəncə şəhəri, Atatürk prospekti 260

Cavabdeh Mustafayev Elbrus İbrahim oğluna X11 X4 Mustafayev Alim Elbrus oğluna Bərdə rayonu, Mustafaağalı kəndi

Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(021)-1509/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir.

Qoşma: Qətnamənin surəti “ ” vərəqə.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar