Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1510/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçı Məcid oğlunun və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Ədalət oğluna qarşı pərakəndə qaydada alınıb geri qaytarılmış keyfiyyətsiz malın dəyərinnin tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 oğlu və Mısiyev İlham Ədalət oğlundan müştərək qaydada 1360 manat məbləğində bir baş yanında buzovu olan inəyin dəyərinin və 400 manat hüquqi yardıma görə çəkdiyi xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 fevral 2020-ci il tarixdə Ağdaş rayonun mal bazarında Cavabdeh1 1360 manata bir baş yanında bir baş körpə buzovu olan inək almışdır. İnəyi alan zaman Cavabdeh1la razlığa gəlmişdir ki, evinə apardığı zaman inəkdən istifadə edərkən inəyin xüsusatları onun verdiyi informasiyaya uyğun gəlməsə, geri qaytarmaq hüququ vardır. Gətirdikdən bir gün sonra Cavabdeh1 zəng edərək inəyin xüsusatları onun verdiyi informasiyaya uyğun gəlmədiyindən süd istifadəsi üçün yararsız olduğundan, dərhal qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh1 isə inəyi növbəti bazar günü Ağdaş mal bazarına gətirməyini, orada ona verməyi xahiş etmiş, pulunu dərhal geri qaytaracağına söz vermişdir. Növbəti bazar günü inəyi Ağdaş rayonunda razılaşdıqları yerə gətirərək, Cavabdeh1 ona telefonla zəng edərək, bidirmişdir ki, onun işi çıxdığından bazara gələ bilmir, amma bazarda onun Cavabdeh2 Ədalət oğlu adlı şəriki vardır. İnəyi ona təhvil verib, 1360 manat pulu ondan alsın. Az sonra İlham Məsiyev ona yaxınlaşaraq bilrimişdir ki, inək üçün onun klyenti var, yarım saata, bir saata inəyi həmin klyentə verib onun pulunu qaytaracaqdır. Bu arada o, yeni heyvan axtarışı ilə bazara baxmağa başlamışdır. X10 təhfil veridikdən sonra onu bazarda axtarıb tapa bilməmişdir, həmin vaxtı Rə.ad Mhamudova zəng edərək, zəiyyəti ona bildirib, pulunu qaytarmasını demi, Cavabdeh1 isə narahat olma bir iki günə sənin pulunu verəcəyəm demişdir. Lakin sonradan dəfələrlə müxtəlif bəhnalər gətirərək, onu aldatmışdır. Bu barədə Ağdaş rayonu Polis Şöbəsinə müaraciət etmiş, oradan Bərdə rayon Polis Şöbəsinə müvafiq sorğu ünvanlanmış, Bərdə rayonu X13 Mahmudov dəvət edilmiş, izahatı alınmış, o, hər şeyi etiraf etmişdir. Cavabdeh2 isə Polis Şöbəsinə gəlməkdən boyun qaçırmışddır. Cavabdeh1 izahatı alındıqdan sonra məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məsləhəti verilmişdir, odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra iddiaçı Salahov Cəmşid Məcid oğlu məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək inık aldığı şəxs Cavabdeh2, inəyi ondan götürən şəxs isə Cavabdeh1 olduğuun nəzərə alınması xahiş etdi. Məhkəmə iclasında iddiaçı Salahov Cəmşid Məcid oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X9 oğlu iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Sevdimalı oğluna və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, iddiaşı İddiaçı qohumudur, iddiaçı ona zəng edərək, Bərdədə Rəşad və İlham adlı şəxsdən inək aldığını, lakin inəyi sağmaq olmadığını, buna görə inəyi qaytarmaq istıdiyini inyi mal bazarında Rəşada qaytardığını, İlham Mısiyevin pulunu bir iki günə qaytaracağını demişdir. İş üzrə iddiaçının izahatını və şahid ifadələrini dinləyən, cava tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin ediıməməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1980-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Qəbələ rayon İcra hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 564 nömrəli, 15 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Qəbələ şəhəri M.P.Vaqif küçəsi ev 9-da yaşayır. Mülki işə əlavə edilmiş Ağdaş rayonu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Ağdaş Rayon Polis Şöbəsinə ünvanlanmış müraciəti ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 izahatları alınması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə sorğu edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindəki 1360 manat məbləğində bir baş yanında buzovu olan inəyin dəyərinin və 400 manat hüquqi yardıma görə çəkdiyi xərclə bağlı dəlillərini sübuta yetirə bilməmiş, məhkəmə iclasında ifadəsi alınmış şahid isə ziddiyyətli ifadə verərək iddiaçının məkhəməyə bildirdikləri ilə eyni məzmunlu ifadə verdiyindən məhkəmə şahid ifadəsini inandrıcı hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1510/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1510/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver