Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1517/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat məbləğində borcun və iddia qaldırılması üçün ödədiyi 50 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mərhum əri Səxavətdən 2020-ci ilin dekbr ayında onun iştirakı ilə 4000 manat borc pul almışdır. Həmin puldan 1000 manat bir, 200 manat bir olmaql ona qaytarmışdır. O, dəfələrlə ondan pulu tələb etməyinə baxmayaraq ona bildirmişdir ki, onun imkanı yoxdur, pulu verə bilmir, o və atası ona iradını bildirdikdə onlara deyir ki, o, pulu verməyəcək. Cavabdeh Şatırlı kəndində yerləşən Ağdam məktəbində müəllim işləyir. X7 adamları var, onlar müdafiə edəcəkdir. Yalandan bildirir ki, guya 1500 manatda bir verib, Ağdam mal bazarında mərhum ərinə. Lakin onun dedikləri ağ yalandır, həminn pulu əri ondan alsaydı ona bildirərdi. Evdə olan pullara o, nəzarət etmişdir. Kimə borcu olub, kim ona borcludu hamısını yazılı şəkildə yazmışdır. O, cavabdehə 2800 manat pulun ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı əri Səxavətdən 4000 manat borc almışdır, həmin puldan 1200 manat, 1500 manat və 1500 manat olmaqla Səxavətə qaytarıbdır, 200 manat borc aldığı pulun faizi olmuşdur. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1991-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 15 dekabr 2022-ci il tarixli, V-109/2022 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı X1 vərəsəsidir. Mülki işə əlavə edilmiş X18 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 3679/2022 saylı, 15 dekabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, 28 avqust 2021-ci ildə vəfat etmiş ünvan 1i ünvanında yaşamış X2 vəfatından sonra miras qalmış Bərdə rayonu Hacallı kəndində yerləşən 2.33 ha torpaq sahəsinə dair 15 dekabr 2022-ci ildə Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisində mərhumun arvadı İddiaçı, azyaşlı övladları olan 21 aprel 2015-ci ildə doğulmuş X5 və 24 avqust 2021-ci ildə doğulmuş X3 2V-1665 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Mehdixanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 858 nömrəli, 23 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3130/2022 saylı, 10 dekabr 2022-ci il tarixli məktubdan müyyən olunur ki, Azərbaycan Respublikası ünvan 1ində qeydiyyatda olan X8 28 avqust 2021-ci ildə ölməssi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur, təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş arvadı İddiaçı, oğlu X9, X10 mərhum X6 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 2800 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2800 manat məbləğində pul və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Belə ki, məhkəməyə təqdik edilmiş diskdə cavabdeh iddiaçının mərhum ərindən dörd min manat borc almasını təkzib etməmiş, əksinə etiraf etmişdir. Məhkəmə iclas zalında cavabdeh iddiaçının mərhum ərindən 4000 manat borc aldığını etiraf etmiş, lakin borcunu hissə-hissə qaytardığını bildirsə də, onu sübut edə bilməmişdir. Məhkəmədə borcundan 1500 manat bir, 1500 manat isə bazarda verdiyini qeyd etsə də, həmin ödənişlərin edilməsini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ödənilmiş 1200 manat pulu isə iddiaçı həmin məbləğin ödənilməsini özü də etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 2800 manat (iki min səkkiz yüz) manat və 50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1517/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1517/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver