Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-152/2023 18.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı və onun vəkili X16, Cavabdeh və onun vəkili X17 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüqüquna xitam verilməsinə və cavabdehin mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 6100 manat məbləğində kompensasiya ödənilməklə onun, ona məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqıarına xitam verilməsi və cehiz əmlakları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Hazırda Cavabdeh məxsus servant, yataq dəsti, mətbəx mebeli,1 ədəd divan, 2 ədəd kreslo,1 ədəd televizor,1 ədə paltaryuyan maşın, 1 ədəd soyuducu,1 ədəd tozsoran, qab qacaq, 3 ədəd yorğan, 3 ədəd döşək, 1 ədəd qoşa döşək, 1 ədəd qoşa yorğan, 6 ədəd yastıq, 1 ədəd duxovka, Bərdə rayon Qardağlı kəndi ərazisində yerləşən evdə qalmışdır. Cavabdeh 2 idlən artıq müddətdir ki, evin qapısını bağlıyaraq orada yaşamır. Vüsalənin həmin evdə yaşamamasını qonşular da təsdiq edə bilər. Hazırda məcburi köçkün olmaqla 9 nəfər ailə üzvləri birlikdə müvəqqəti olaraq Bərdə rayonu,Qaraadağlı kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar.Ailə üzvlərinin həmin evdə yaşaması üçün şərait yoxdur, yaşadıqları ev çox kiçik və darısqaldır. Qeyd edir ki, həmin mübahisəli evin yerləşdiyi 0,08 hektar torpaq sahəsi Bərdə rayon Qaradağlı kənd Bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli qərarına əsasən ona satılmışdır. Həmin torpaqda yerləşən fərdi yaşayış evi onun vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinində evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Bərdə rayon məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(021)-811/2020saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək,Cavabdeh 6100 manat məbləğində kompensasiya ödənilməklə onun, ona məxsus Bərdə rayonu,Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməsi və cehiz əmlakları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili X32 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehn “cehiz əmlaklarının” iddiaçı X18 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı həmin mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Kərimova (Həsənova) Vüsalə Həsən qızının “cehiz əmlaklarının” ona məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X32 iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmyərək, göstərdi ki, əmlakları iddiaçının qeyd etdiyi evdədir, özüdə uşaqları ilə birlikdə həmin evdə yaşayır, əmlaklarını evdən çıxartmayacaqdır. İddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X33 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X34 izahatında göstərdi ki, İddiaçı qohumudur. Cavabdeh Nizaminin keçmiş gəlinidir. Vüsalə əvvəllər İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evində yaşayıb. Uzun illərdir yaşamır. Yaşamasada əmlaklarını da həmin evdən çıxarmır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X12 izahatında göstərdi ki, İddiaçı ilə kirvədilər. Cavabdeh Nizaminin keçmiş gəlinidir, Vüsalə əvvəllər İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evində yaşayıb, lakin əmlaklarını həmin evdən çıxarmır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X35 izahatında göstərdi ki, İddiaçı ilə qonşudur.Vüsalə gəlini olub, bir müddət müvəqqəti olaraq Nizaminin evində yaşayıb. İndi isə Nizamiyə öz evinə köçüb yaşamasına imkan vermir. İş üzrə tərəflərin izahatını, şahid ifadələrini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə məcburi köçkün vəsiqəsindən görünür ki, X19 1992-ci ildə Laçın rayonundan köçkündür. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 16 iyun 1960-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 15 aprel 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 07 aprel 1959-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 01 noyabr 1982-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 10 mart 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 29 mart 2019-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 03 mart 2018-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 15 mart 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1957-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki Cavabdeh xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X36 03 iyul 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE 16855062 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X37 19 yanvar 1981-ci ildə doğuluşdur. Mülki işə əlavə olunmuş AZE 16183137 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx xxxx 1957-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1262 saylı, 29 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla 1992-ci ildən Bərdə rayonnu, Qaradağlı kəndində yaşayır. Mülki işə Məcburi köçkün vəsiqəsindən görünür ki, X27 1992-ci ildə Laçın rayonundan köçkündür. Mülki işə Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992-ci ildə Laçın rayonundan köçkündür. Mülki işə Məcburi köçkün vəsiqəsindən görünür ki, X13 1992-ci ildə Laçın rayonundan köçkündür. Mülki işə əlavə olunmuş Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 229 nömrəli, 01 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşmışdır, 1957-ci il təvəllüdlüdür, ailə üzvləri arvadı X24, bacısı X13, bacısı X14, qızı X25, oğlu X19, oğlu X27, gəlini X6, nəvəsi İddiaçı Tural oğlu, nəvəsi X7r. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(021)-2316/2018 saylı qətnaməsi ilə iddiaçı X26 ilə cavabdeh X19 arasında 02 may 2007-ci il tarixdə Laçın rayonu Qaraqışlaq kənd icra nümayəndəliyində 06 nömrə qeydi ilə bağlanmış nikzah pozulmuş, 23 aprel 2010-cu il təvəllüdlü X8, 01 fevral 2012-ci il təvəllüdlü X15, 23 sentyabr 2015-ci il təvəllüdlü X3 anaları X5 himayəsində saxlanılmış, cavabdeh X4 19 mart 2018-ci il tarixdən etibarən 23 aprel 2010-cu il təvəllüdlü X2, 01 fevral 2012-ci il təvəllüdlü X15, 23 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 300 manat aliment tutularaq iddiaçı X9 xeyrinə verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(021)-811/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X10 və Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2(104)-2691/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(021)-811/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli 2(102)-1091-2023 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2(104)-2691/2022 nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qaradağlı bələdiyyəsi tərəfindən verilmiş 79 saylı, 18 noyabr 2004-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı alqı-satqı yolu ilə 0.08 ha həyətyanı torpaq sahəsi satılması məqsədə müvafiq hesab edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qaradağlı bələdiyyəsi tərəfindən verilmiş 71 saylı, 30 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 1992-ci ildən Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşıb, Qaradağlı bələdiyyəsindən 2004-cü il tarixdə 0.08 ha torpaq sahəsi alaraq, 2005-ci il tarixdə özünə və ailəsinə fərdi yaşayış evi tikmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qaradağlı bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı bələdiyyyənin mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi ev tikmək üçün satılması qərara alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd inzaibti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 224 sayylı, 31 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə ev alqı-satqısı MMC tərəfindən verilmiş 30 mart 2022ci il tarixli rəydə göstərilmişdir ki, Bərdə rayonu, Qaradağlı kəndi ərazisində təsvir edilmiş kürsülü iki otaqlı orta təmirli komnikasiya (qaz, su, elektirik enerjisi ilə təchiz edilmiş) yaşayış üçün uyğun olan fərdi yaşayış evinin icarə haqqı hazırkı bazar qiyməti ilə 150- 170 manat arasında dəyişir. Mülki işə əlavə olunmuş Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, hazırki mübahisəli evlə artıq qanuni qevvəsini almış qətnamə ilə Cavabdeh mübahisəli evdən çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, Cavabdeh əmlaklarını mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş materiallarında olan sənədlərlə də evin mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh əmlakları İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evindən çıxarılmalı və o, öz evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Kərimova (Həsənova) Vüsalə Həsən qızının “cehiz əmlakları” İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evindən çıxarılsın. İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yerləşən mübahisəli evə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-152/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-152/2023
18.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver