Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1520/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun, İddiaçının nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 mart 2021-ci ilədək Cavabdeh banka 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 aprel 2019-cu il tarixli 12-M-1-10-19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti İbrahimova Cavabdeh 24 ay müddətinə, illik 28% dərəcəsi ilə, 10000 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 12-M-1-10-19 saylı 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə “Yelo Bank” ASC-nə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu yaranmışdır. İş materiallarında olan 22 fevral 201-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcunu 5 günü müddətində tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 19 aprel 2019-il tarixli, 12-M-1-10-19 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 10000 manat məbləğində kredit üzrə öhdəlikərini vaxtında icra etmədiyindən, hazırda onun 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 10000 manat kredit alması və həmin kredit üzrə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh X4 17 fevral 2020-ci il tarixli, 12-Y-1-0-214-20 saylı kredit müqaviləsi üzrə yaranmış 2700,75 manat əsas, 315,02 manat faiz, 76.6 manat cərimə, cəmi 3092,37 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 3000 manat kredit alması və həmin kredit üzrə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, X5 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 (altı min altı yüz iyirmi doqquz manay səksən yeddi qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. İş № 2(021)-1520/2021 Məhkəmə baxış iclasının Protokolu 29 aprel 2021-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası, saat 10:50-də başlandı. Sədrlik edən, məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Orxan bayramov: Hörmətli məhkəmə, məhkəmə iclasına iddiaçının nümayəndəsi Seyidov Mirumud Mirtam oğlu gəlmiş, Cavabdeh Çırax oğlu gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən, cavabdehin iştirakı olmadan keçirilməsi barədə iddiaçının nümayəndəsinin fikrini soruşur. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi X9 məhkəmə iclasının cavabdeh Paşayev Soltan Çırax oğlunun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: İCavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası onların iştirakı olmadan keçirilsin. Sədrlik edən, məhkəmə tərkibini elan edərək göstərir ki, sədrlik edir hakimi Elsun Əhmədov, məhkəmə iclas katibi Orxan Bayramovdur. Sədrlik edən, iddiaçının nümayəndəsinin sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazının olub-olmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, iddiaçının nümayəndəsi X1 edənə və məhkəmə iclas katibinə etirazı olmadğını bildirdi. Sədrlik edən iddiaçının nümayəndəsi X3 şəxsiyyətini müəyyən edir. İddiaçının nümayəndəsi: X9 15 fevral 1990-cı ildə Daşkəsən şəhərində doğulmuş, ali təhsilli, "xxxx" ASC-də hüquqşünas İşləyir, Daşkəsən şərəi, O.Qayıbov küçəsi ev 14, m 3-də yaşayır yaşayır. Sədrlik edən iddiaçının nümayəndəsi X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. İddiaçının nümayəndəsi X9: Hüquqlarım mənə aydındır, nümayəndənin iştirakına ehtiyacım yoxdur. Sədrlik edən cavabdehlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.2ci maddəsinin tələblərini izah edir. Barışıq sazişinin şərtlərinin qaydasını bildirir. İddiaçının nümayəndəsi X9: Bu maddənin tələblərini başa düşürəm. Sədrlik edən İddiaçının nümayəndəsi X7 tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. İddiaçının nümayəndəsi X3 izahatı: Hörmətli məhkəmə, iddianı müdafiə edirəm, Cavabdeh 19 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 mart 2021-ci ilədək Cavabdeh banka 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6050.49 manat əsas borc, 579.38 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6629.87 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Sədrlik edənin sualına İddiaçının nümayəndəsi X9: - Möhtərəm hakim, xəbərdarlıq olunsa da borc məbləğini banka ödəməmişdir. Suallar olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Elan olunmuş sənədlərə dair iddiaçının nümayəndəsinin etirazı və əlavəsi olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını iddiaçının nümayəndəsindən soruşur. Sədrlik edənin sualına cavab olaraq olaraq iddiaçının nümayəndəsinin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdilər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün İddiaçının nümayəndəsi X2 verir. İddiaçının nümayəndəsi X9: Möhtərəm hakim, iddianı müdafiə edirəm, təmin edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətanməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 11:10-da məhkəmə iclasını bağlı elan edir. Protokol 29 aprel 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «29» aprel 2021-ci il № 2(021)-1520/2021 İddiaçı: İddiaçı ASC-yə Bakı şəhəri, Puşkin 30 Cavabdeh: Cavabdeh Bərdə rayonu, Qaradəmirçi kəndi Bərdə Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(021)-1520/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ ” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1520/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1520/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver