Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1521/2022 08.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 1220 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə heç bir əsaslı səbəb olmadan onun mülkiyyətində olan 02 BO-145 dövlət qeydiyyat nişanlı “ODA” markalı avtomobilinin şüşələrini sındıraraq 450 manat ziyan vurmuşdur. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikasi İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN -1328143 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 3(021)325/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Mədəd oğlu Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 470 (dörd yüz yetmiş) manat inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Yuxarıda qeyd edilən hadisə vaxtı onun avtomobilinə dəymiş ziyan aşağıdakı qaydada olmuşdur: alın şüşəsi, bir ədəd -200 manat, qapı şüşəsi, iki ədəd- 200 manat, hissələrin avtomobilin üzərinə quraşdırılması- 20 manat, sol qapı çərçivəsinin təmiri və rənglənməsi 30 manat dəyərində hesablanmışdır. Avtomobilin ümumi baxışı üçün isə 20 manat rüsum ödənilmisdir. Beləliklə 200+200+20+30+20=470 manat ziyan dəymisdir. Bundan əlavə 30 (otuz) gün müddətində avtomobilindən istifadə edə bilməmiş, yəni müxtəlf yerlərdən süd tədarükü ilə məşğul olduğundan , hər gün kirayə etdiyi avtomobilə 25 manat pul vermiş və nəticədə 750 manat ziyana düşmüşdür. Ümumilikdə ona 1220 manat ziyan dəymişdir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 58 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İlkin qiymətləndirmə Aktından görünür ki, İddiaçı mülkiyyətində olan (ƏN-V 915959 nömrəli etibarnamə ilə idarə edən- X5) İJ2717 yük markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 450 manat hesablanmışdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)325/2022 saylı xx.xx.2022ci il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh Mədəd oğlu Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 470 (dörd yüz yetmiş) manat inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Həmçinin həmin qərardan görünür ki; -Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 fevral 2022-ci il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, Cavabdeh Mədəd oğlu xx.xx.2021-ci il tarixdə X2 məxsus 02BO145 dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmışdır. -Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işin başlanması rədd edilməsi haqqında qərarından görünür ki, X1 ona məxsus “ODA” markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin ön alın şüşəsinin Ruslan adlı şəxs tərəfindən sındırılması barədə müraciəti əsasında toplanmış HK-1-4489 saylı material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh Mədəd oğlunun barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. -Cavabdeh Mədəd oğlunun İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, İJ2717 yük markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 470 manat zərər yetirməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. -xx.xx.2022-ci il tarixli X3 görünür ki, İddiaçı mülkiyyətində olan (ƏN-V 915959 nömrəli etibarnamə ilə idarə edən- X5) İJ2717 yük markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 450 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı avtomobilin ümumi baxışı üçün 20 manat rüsum ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X1 ona məxsus “ODA” markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin ön alın şüşəsinin Ruslan adlı şəxs tərəfindən sındırılması barədə müraciəti əsasında toplanmış HK-1-4489 saylı material üzrə Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh Mədəd oğlunun barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Bərdə Rayon Polis Şöbəsi tərəfindən 04 fevral 2022-ci il tarixli MN № ******* saylı protokol tərtib edilərək Bərdə rayon Məhkəməsinə göndərilmiş, Bərdə Rayon Məhkəməsinin 3(021)325/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə Cavabdeh Mədəd oğlunun İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, İJ2717 yük markalı 02BO145 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 470 manat zərər yetirməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmiş və Cavabdeh Mədəd oğlu Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 470 (dörd yüz yetmiş) manat inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının əmlakına 470 manat ziyan dəyməsini işin mübahisəsiz halı kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 750 manat ziyan tələbi hissəsində təmin oluna bilməz. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı işi ilə əlaqədar 30 (otuz) gün müddətində hər gün kirayə etdiyi avtomobilə 25 manat pul verməsini və nəticədə 750 manat ziyana deşməsini sübut edə bilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, cavabdehin hərəkətləri nəticəsində İddiaçı 470 manat ziyan dəyməsi tam sübut olunur. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu əsasla məhkəmə hesab edir ki, İddiaçı dəymiş zərərə görə 470 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 470 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1521/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1521/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver