Məhkəmə qərarları › İş №2(021)-1525/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1525/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1525/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna, Həzı̇ yev Mehbalı İ̇man oğluna, Süleymanov Ramı̇ z Qasım oğluna, Ağayev Rafı̇ q Həsən oğluna, Ələkbərov Arı̇ f Musa oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.09.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 11423.41 manat əsas borc, 76.37 manat faiz borcu, 5420.01 manat cərimə borcu olmaqla, ümumilikdə 17319.78 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərinin qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia ərizəsi ərizəyə qaytarılmalıdır. MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-nin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna, Həzı̇ yev Mehbalı İ̇man oğluna, Süleymanov Ramı̇ z Qasım oğluna, Ağayev Rafı̇ q Həsən oğluna, Ələkbərov Arı̇ f Musa oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna, Həzı̇ yev Mehbalı İ̇man oğluna, Süleymanov Ramı̇ z Qasım oğluna, Ağayev Rafı̇ q Həsən oğluna, Ələkbərov Arı̇ f Musa oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar