Məhkəmə qərarları › İş №2(021)-1529/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1529/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1529/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı “Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borcun tutulması “tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Yelobank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borcun tutulması“ tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələrinə zəng çatmır, cavabdehlərdən Cavabdeh2 Laçın rayonu Yuxarı Laçın kəndində qeydiyyatdadır, lakin həmin ünvanda faktiki olaraq yaşayış mövcud deyildir, belə olan halda cavabdehə bildiriş çatdırılması icrasız qalacaqdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 iştirakı mümkün olmadıqda tərəflərin çəkişmə prinsipi pozulacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsaəsn əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı “Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borcun tutulması “ tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar