Məhkəmə qərarları › İş №2(021)-1531/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1531/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1531/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X21, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladı Allahverdi İsgəndərlinin səhlənkar hərəkəti nəticəsində övladı Vüqar Məmmədlinin müalicəsi üçün xərclənmiş 2999,89 manat ziyanın alınıb xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bərdə rayonu, Soğanverdilər kəndində yaşayır. Fərdi əməklə məşğul olur, ailəlidir və övladı var. Övladlarından 13 mart 2015-ci il təvəllüdlü X9 rayonu, Şahvəlilər kənd orta məktəbində 4-cü sinifində oxuyur. İş üzrə Cavabdeh övladı X6 da oğlu Vüqar ilə birlikdə Bərdə rayon Şahvəlilər kənd orta məktəbində oxuyur. 4 ay bundan öncə, yəni sentyabr ayının axırı oğlu Vüqar bacısını Bərdə rayon Şahvəlilər kənd orta məktəbində olan idman meydançasının qarşısında gözləyərkən cavabdehin oğlu Allahverdi oğlu Vüqarın arxa tərəfindən gizlin şəkildə gələrək belinin sol tərəfindən təpiklə vurmuş və ona söyərək oradan qaçmışdır. Həmin vaxt yanında sinif yoldaşı Şaiqdə olmuşdur. Oğlu belini tutmuş halda evə gəldiyi zaman Allahverdinin onun belinə təpiklə vurduğunu desə də oğlunun yaşıdları ilə etdiyi zarafat olduğunu düşündüyü üçün əhəmiyyət verməmişdir. Lakin bir neçə gündən sonra oğlu Vüqar belinin şişdiyini və ağrıların daha da şiddətləndiyini gördüyü üçün 31 oktaybr 2024-cü il tarixdə təcili olaraq həkimə aparmış, həkim ciddi yoxlanış etdikdən sonra oğlunun vəziyyətinin müalicə əsasında keçəcəyini bildirmiş və dərman yazmışdır. 10 gün həmin müalicə etdikdən sonra dərmanlar oğlu Vüqara heç bir yaxşı təsir etmədiyi üçün oğlunun vəziyyətinin daha da pis olduğunu düşünərək Bakı şəhərinə həkimə aparmışdır. Orada ümumi cərrah X24 təcili olaraq əməliyyat olunmalı olduğunu bildirmişdir. Oğlu Vüqarın sağlamlığı üçün Bakı şəhərində fəaliyyət göstərən "xxxx"da həkim Anar Yusifov oğlunu əmliyyat etmişdir. Əməliyyat üçün 1400 manat pul vermiş, yəni verdiyi puldan 850 manatı xx.xx.2024-cü il tarixdə kassaya ödəmiş, geri qalan 550 manatı isə nəğd qaydada həkimə vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə oğlunun yoxlanışa 70 manat və 75 manat məbləğində pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə 25 manat olmaqla cəmi 100 manat ödəniş edərək övladını uzi yoxlanışından keçirtmişdir. Oğlu Vüqarın əməliyyatı zamanı Bakı şəhərində qaldığı zaman qeyri-rəsmi kirayə ev tutmuşdur. Həmin evi kirayə ödəniş isə 400 manat olmuş, 2 ay qalmış və kirayədə qaldığı müddətdə 800 manat kirayə haqqı ödəmişdir. Hər dəfəsində isə Bakı şəhərinə gedib gəldiyi zaman bir gedişə 60 manat taksiyə pul verirmiş, 6 dəfə gedişli gəlişi taksilərə cəmi olaraq 360 manat pul vermişdir. Həkimin yazdığı dərmanları aldığı zaman aptekdən qəbz almamışdır. Əlində sadəcə aptek qəbzlərindən 2 ədədi vardır. Həmin qəbzlərdə isə məbləğ 49 manat 38 qəpik və 8 manat 09 qəpikdir. Həmçinin avtomobili olmadığından Bakı şəhərində kirayədə qaldığı evdən "xxxx"a BOLT və YANGO taksi şirkətləri ilə gedib gəlmişdir. Hər dəfəsində isə yol məsafəsi uzaq olduğundan yüksək məbləğdə ödənişlər etmişdir. Əlində olan qəbzlərə əsasən yaşadığı evdən Appro Hospitala gedib-gələrkən cəmi 137 manat 42 qəpik ödənişlər etmişdir. Cavabdehin oğlu Allahverdinin oğlu Vüqarı vurması nəticəsində oğlu Vüqarın səhətində yaranmış problemlərin aradan qaldırılmasına görə 1400 manat əməliyyat pulu, 800 manat ev kirayə pulu, 360 manat taksi pulu, 137,42 manat taksi pulu, 100 manat uzi pulu, 57,47 manat dərman pulu, 145 manat həkim pulu, cəmi 2999 manat 89 qəpik xərc çəkmişdir. Cavabdehdən dəymiş ziyanı tələb etsə də cavabdeh ziyanı ödəməkdən imtina etmiş və bu müddət ərzində ona heç bir köməklik etməmişdir. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə müraciət etmiş, lakin polis orqanı tərəfindən cavabdeh barəsində heç bir tədbir görülməmiş, mülki mühakimə icraatı qaydasında Bərdə rayon Məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. Məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddianın həcminin artırılmasına dair məhkəməyə ərizə verərək ərizəni belə əsaslandırmışdır ki, Cavabdeh övladı Allahverdi İsgəndərovun səhlənkar hərəkəti nəticəsində oğlunun psixologiyası pozulmuşdur. Oğlu Vüqarın psixologiyasının yaxşılaşması üçün xx.xx.2025-ci il tarixdən ünvan 1 ünvanda yerləşən LOQOS Psixoloji və X40 filialına seansa aparır. Orada övladına 1 saat 30 dəqiqə seanslar keçirilir. İlkin olaraq loqos mərkəzinə xx.xx.2025-ci il tarixdə gedərkən şəxsi istifadəsində olan avtomobilinə 10 manat dəyərində benzin tökmüş, 30 manat loqosa ödəniş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə gedərək şəxsi istifadəsində olan avtomobilinə 10 manat dəyərində benzin tökmüş, 20 manat loqosa ödəniş etmişdir. İndiki zamana qədər ən son seansı isə xx.xx.2025-ci il tarixdə olmuş və loqos mərkəzinə gedərkən şəxsi istifadəsində olan avtomobilinə 10 manatlıq benzin tökmüş, 20 manat loqosa ödəniş etmişdir. Həmçinin hüquqlarının müdafiəsi üçün vəkil Xanım İsayeva ilə müqavilə bağlamış və 325 manat Bank Respublikaya ödəniş etmişdir. Hazırda cavabdehdən tələb etdiyi 2999,89 manat maddi ziyanın üzərinə hazırki tələb etdiyi 425 manat pulunda gəlməsini və cəmi 3424 manat 89 qəpik pulun Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, İddiaçı ona qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan övladı Allahverdi İsgəndərovun səhlənkar hərəkəti nəticəsində övladı Vüqar Məmmədovun müalicəsi üçün xərclənmiş 2.999,89 manat ziyanın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il təvəllüdlü oğlu Vüqar Məmmədli 4 ay bundan əvvəl, yəni 2024-cü ilin sentyabr ayında oğlu Allahverdi İsgəndərli belindən təpiklə vurmuşdur. Belinin şişdiyini görüb xx.xx.2024-cü il tarixdə həkimə aparıb, həkim müalicə ilə keçib gedəcəyin bildirmişdir. Lakin şiş getməmiş və Bakı şəhərinə aparıb, orada klinikada əməliyyali etdirmişdir. Əməliyyata, dərmanlara, kirayə ev tutub yaşamasına, taksi ilə gedib-gəldiyinə görə, cəmi 2.999,89 manat xərc çəkmişdir. Hazırda çəkdiyi 2.999,89 manat xərcin əvəzinin alınıb ona verilməsini tələb edir. Hesab edir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, oğlu Allahverdi iddiaçının oğlu Vüqarı vurmayıb, ona xəsarət yetirməmişdir. Əgər belə bir xəsarət var idisə, onda həmin vaxt Polis Şöbəsinə şikayət etmişdi, ciddi nə isə olsa idi polisdə araşdırma aparılardı, oğlu Allahverdi iddiaçının oğlu Vüqarı vurmuşdursa oğlu Allahverdinin barəsində tədbir görülərdi. Hətta iddiaçının oğlu Vüqar yanvar ayının tətilinə qədər məktəbə getmişdir. Ötən müddət ərzində bir dəfə də olsun nə uşaq, nədə ki, İddiaçı uşağın səhhəti ilə bağlı müraciət etməmişdir. İddiaçı tərəf hansı xəstəliklə bağlı Bakıda müalicə olunub-olunmamasını bilmir, əgər əməliyyat olunubsa niyə əməliyyat olub, hansı nahiyəsindən olub ona aidiyyəti yoxdur. Bakıda niyə kirayədə yaşayıb, taksi ilə gedib-gəlib, bunların da ona aidiyyəti yoxdur. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, 4 ay bundan əvvəl guya vurub. Oğlunun səhhətində hər hansı xəstəliyi varsa özünün deməsinə görə 4 ay sonra oğlunda problemlər olubsa, ona nə aidiyyəti vardır. Hesab edir ki, oğlunun müalicəsi üçün çəkdiyi xərclərin (əgər belə hal olubsa) ona heç bir əlaqəsi olmadığından hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili X29 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 göstərdi ki, nəvəsi Vüqar Məmmədli əməliyyat olunan gün cavabdeh yanında 1 kişi və 2 qadın olmaqla evlərinə gəlmiş, Bərdə rayon Şahvəlilər kəndindən gəldiklərini bildirdikdə, həmin şəxslərin nəvəsini vuran uşağın atası və yaxınları olduğunu bilmişdir. Buna görə də onlara nəvəsi Vüqar Məmmədlinin Bakı şəhərində əməliyyat olunduğunu bildirmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* seriya nömrəlin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989cu ildə anadan olmuşdur. AA №262396 seriya nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. X12 surətindən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X7r. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, ******* saylı tibbi arayışının surətindən görünür ki, X22 “sol yan nahiyyəsinin travmasından sonrakı vəziyyət – sol sağrı və ya nahiyyələrinin absesi” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli, ******* nömrəli (müəssisə daxili) Qaimə Fakturanın surətindən görünür ki, İddiaçı tərəfindən (Appro Hospital) Ligashure 5mm LF1837 adlı mal üçün 850 manat dəyərində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, 9981 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Vüqarın müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 70 manat vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 9983 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Vüqarın əməliyyat öncəsi müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 75 manat vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X15 yumşaq toxumalarının müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 25 manat vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X15 yumşaq toxumalarının müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 25 manat vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X15 yumşaq toxumalarının müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 25 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X15 yumşaq toxumalarının müayinəsi üçün Appro Hospital MMC-nin xeyrinə 25 manat vəsait ödənilmişdir. "xxxx" QSC-yə aid xx.xx.2025-ci il tarixli, 89299 nömrəli qəbzin surətindən görünür ki, 5 ədəd dərman pereparatların alınması üçün 49,38 manat vəsait ödənilmişdir. "xxxx" MMC-yə aid xx.xx.2025-ci il tarixli, 25057 nömrəli qəbzin surətindən görünür ki, 1 ədəd dərman pereparatların alınması üçün 8,09 manat vəsait ödənilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli qəbzinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X15 müayinəsi üçün 25 manat vəsait ödənilmişdir. Tibb müəssisəsinə vəsaiti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, Sulutəpə Yeni massiv 84 ünvanından 25-ci Bülbülə küçəsi 20 ünvana yol gedişi haqqı olaraq 12,20 manat xidmət haqqı ödənilmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, Sulutəpə Yeni massiv 84 ünvanından 25-ci Bülbülə küçəsi 20 ünvana yol gedişi haqqı olaraq 4,30 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli məlumat vərəqəsinin surətindən görünür ki, Hüseynbala Əliyev küçəsi 13 e ünvanından Sulutəpə Yeni massiv 84 ünvana yol gedişi haqqı olaraq 5,60 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, Sulutəpə Yeni massiv 85 ünvanından Appro Hospital ünvana yol gedişi haqqı olaraq 12,40 manat xidmət haqqı ödənilmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, Nizami ünvan 3 ünvanından 25-ci Bülbülə küçəsi 20 ünvana yol gedişi haqqı 15,10 manat təşkil etmiş, gediş ləğv edilmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, Nizami ünvan 4 ünvana yol gedişi haqqı olaraq 8,70 manat xidmət haqqı ödənilmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, 25-ci Bülbülə küçəsi 20 ünvanından Nizami ünvan 5 ödənilmişdir. xx.xx.2025-ci il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, 25-ci Bülbülə küçəsi 20 ünvanından Üzeyir Hacıbəyli küçəsi 48 ünvana yol gedişi haqqı olaraq 6 manat xidmət haqqı ödənilmişdir. Məlumat vərəqəsinin surətindən görünür ki, 25-ci Bülbülə küçəsi 20 ünvanından Nizami ünvan 6ənilmişdir. xx.xx.2024-cü il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, Nizami döngə 4, Dalan 6/Xırdalan 39 ünvanından Samir Əliyev 19, Bakı ünvana yol gedişi haqqı olaraq 11,72 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, Samir Əliyev 19, Bakı ünvanından Üzeyir Hacıbəyli 98b, Bakı ünvana yol gedişi haqqı olaraq 9,13 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, Binqədi Bakı ünvanından Mərkəzi küçə 4H, Bakı 1128 ünvanına yol gedişi haqqı olaraq 12,20 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli Məlumat vərəqələrinin surətindən görünür ki, Cəlil Məmmədquluzadə 118, bakı ünvanından Mərkəzi küçə 4H, Bakı 1128 ünvanına yol gedişi haqqı olaraq 7,45 manat xidmət haqqı ödənilmişdir. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə doğulmuşdur. 7 ədəd fotoşəkillərdən görünür ki, X26 həkim tərəfindən müayinə olunur və xəstə yatağındadır. Həmçinin həmin fotoşəkillərdən Cavabdeh xəsarət aldığı aydın müşahidə edilir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş Tövsiyə vərəqsinin surətindən görünür ki, X22 qəbul etməsi üçün pereparatlar yazılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı Bərdə rayon Vəkil Bürosunun hesabına 325 manat vəsait ödənilmişdir. Psixoloji və X41 mütəxəssis Q.Əşrəf dərs cədvəlinin surətindən görünür ki, X22 dərs keçirilməsi üçün günlər müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 3832 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC-nin xeyrinə 30 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, “Loqos” Psixoloji və X27 xeyrinə X22 dərs saatı üçün 20 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, “Loqos” Psixoloji və X27 xeyrinə X22 dərs saatı üçün 20 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli 44448 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 45005 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 45283 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. “Loqos” Psixoloji və X28 ilkin diaqnostik nəticəsidən görünür ki, X16 Qorxuların uorreksiyası narahatçılıqlar müşahidə olunmuşdur (terapiyanın davametmə müddəti: müddətsiz). xx.xx.2025-ci il tarixli, 40 nömrəli vəkil orderindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün vəkil X29 ilə müqavilə bağlamışdır. xx.xx.2025-ci il tarixli 51081 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 49923 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 48769 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 52081 saylı qəbzin surətindən görünür ki, X32 Məntəqəsindən 10 manat dəyərində yanacaq alınmışdır. xx.xx.2025-ci il tarixli 3916 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC-nin xeyrinə 20 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli 3906 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC-nin xeyrinə 20 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli 3698 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC-nin xeyrinə 20 manat vəsait ödənilmişdir. İddiaçı Bərdə rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı oğlu X33 rayon Şahvəlilər kənd orta məktəbində olduğu vaxt məktəbin digər şagirdi Allahverdi İsgəndərli tərəfindən döyüldüyünü bildirmiş və barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X9 rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, Bərdə rayon Şahvəlilər kənd orta məktəbinin 4-cü sinifində oxuyur. Həmin məktəbdə oxuyan bacısının məktəbdən çıxmasını məktəbin idman meydançasında gözlədiyi vaxt məktəbin digər şagirdi Allahverdi İsgəndərli onu yanına çağırmış, Allahverdidən qorxduğu üçün onun yanına getməmiş, sonra Allahverdi onu qəflətən sol yan hissəsindən təpiklə vurmuşdur. Beli ağrımış, evə gəldikdə atası İddiaçı Allahverdinin onu təpiklə vurduğunu demişdir. Bundan sonra sol yan hissəsində ağrılar olmuş və atası onu həkimə aparmışdır. Bərdə rayon Şahvəlilər kənd orta məktəbin 7-ci sinif şagirdi X2 rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında Bərdə rayon Şahvəlilər kənd orta məktəbin direktoru Həsrət Hümmətov onu yanına çağırmış və Vüqarı nə üçün vurduğunu soruşmuşdur. Həsrət müəllimə Vüqarın ona şər atdığını və onu vurmadığını bildirmişdir. Bərdə rayon Şahvəlilər kənd orta məktəbin 4-cü sinif şagirdi X11 rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında sinif yoldaşı Vüqar ilə məktəbin idman meydançasında oynadıqları vaxt Vüqar bilmədən Allahverdinin çiyninə dəymiş, buna görə də Allahverdi Vüqara söymüşdür. X10 Məmmədlini vurduğunu görməmişdir. Cavabdeh Bərdə rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatda göstərmişdir ki, Cavabdeh Bərdə rayon Şahvəlilər kənd orta məktəbin direktoru Həsrət Hümmətovun dəvəti ilə məktəbə getmiş, Vüqarın valideynləri də məktəbdə olmuşdur. Həsrət Hümmətov ona oğlu Allahverdi İsgəndərlinin məktəbin digər şagirdi Vüqar Məmmədlini təpiklə vurduğunu bildirmişdir. Həmin vaxt Vüqarın valideynlərinə Vüqarın həkim müayinəsindən keçirilməsi və müalicə etdirməsini demiş, lakin Vüqarın valideynləri ehtiyac olmadığını bildirmişdir. Sonrakı vaxtlarda Vüqarın valideyini Elvin ilə qarşılamış, lakin Elvin oğlu Vüqarın səhhəti ilə bağlı ona heçnə deməmiş və müalicəyə ehtiyacı olduğunu bildirməmişdir. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Şahvəlilər kənd orta məktəbin direktoru Həsrət Hümmətov ona mobil telefon vasitəsi ilə zəng edərək, Vüqar Məmmədlinin Bakı şəhərində əməliyyat olunduğunu bildirmişdir. Həmin vaxt Elvinin evinə getmiş, onları qarşılamamışlar. Ertəsi gün yenidən Elvinin evinə getmişlər, lakin qapını açmamışlar. Bundan sonra Bakı şəhərinə getmiş, xəstəxanada Vüqar Məmmədli və onun həkimi ilə görüşüb Vüqarın səhhəti ilə bağlı məlumat almışdır. Bərdə rayon Şahvəlilər kənd orta məktəbin direktoru X5 rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatda göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında məktəbin şagirdi Vüqar Məmmədlinin atası İddiaçı məktəbə gəlmiş, onunla görüşərək məktəbin digər şagirdi X3 təpiklə vurduğunu bildimişdir. Bununla əlaqədar Allahverdi İsgəndərlinin atası Cavabdeh məktəbə dəvət etmişdir. Cavabdeh məktəbə gəlmiş, ona oğlu Allahverdi İsgəndərlinin məktəbin digər şagirdi Vüqar Məmmədlini təpiklə vurduğunu bildirmişlər. Cavabdeh oğlu Allahverdinin səhv etdiyini, Vüqar Məmmədlinin həkim müayinəsindən keçirilməsi və müalicə olunmasına ehtiyac vardırsa xərcin çəkməyə hazır olduğunu bildirdi. Lakin İddiaçı Vüqarın müalicəyə ehtiyacı olmadığını bildirdi və Allahverdinin oğlu Vüqardan uzaq durmasını xahiş etdi. Bundan 1 ay sonra İddiaçı ona mobil telefon vasitəsi ilə zəng edərək oğlu X13 İsgəndərli tərəfindən təpiklə vurulması nəticəsində aldığı zərbədən yaranmış narahatçılıqdan əməliyyat olunduğunu bildirdi. Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 999 nömrəli rəyindən görünür ki, X15 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol yan nahiyyəsinin travmasından sonrakı vəziyyət, sol bel-sağrı nahiyyəsinin absesi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti haqda dəqiq fikir söyləmək mümkün deyildir, lakin qərarda göstərilən və müayinədən 2-2,5 ay əvvəl yetirilə bilməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Bərdə RPŞ TB-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək 2 ay əvvəl Bərdə rayonu, Şahvəlilər kənd məktəbinin 4-cü sinif şagirdi oğlu Vüqar Məmmədlinin həmin məktəbin 7-ci sinif şagirdi X8 tərəfindən döyülməsi, oğlu Vüqarın bel nahiyyəsindən ağır travma alması barədə məlumatına əsasən aparılmış araşdırıma zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr ayında dəqiq tarixi təhqiqata məlum olmayan vaxtda Bərdə rayon Şahvəllər kənd orta məktəbinin idman meydançasında olan zaman 2012-ci il təvəllüdlü X6 2015-ci il təvəllüdlü X15 belindən təpiklə vuraraq qəsdən sonuncuya az ağır bədən xəsarəti yetirmişdir. Əməldə cinаyət tərkibi оlmаması əsası ilə X4 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi audio diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı Cavabdeh həmin diskdə olan səs yazısının ona məxsus olmasını bildirmiş, səs yazısında oğlunun iddiaçının oğluna xəsarət yetirməsinin etiraf edilməsi müəyyən edilmişdir. AA0719263 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1969cu ildə doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı övladı- xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Cavabdeh övladı- xx.xx.2012-ci il təvəllüdlü X6 tərəfindən döyülmüş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə tərəflərin həm polis şöbəsinə, həm də məhkəməyə verdikləri izahatlarından, habelə iş materiallarında olan ekspert və həkim rəy və müayinə epikrizlərindən, həmçinin ödəniş qəbzlərindən və audio diskdən X1 X6 tərəfindən xəsarət yetirilməsi və bu səbəbdən ziyan vurulması sübut olunur. Lakin, bu ziyanın iddia ərizəsində və iddianın həcminin artılması barədə verilmiş ərizədə göstərilən həddə deyil və təqdim edilmiş ödəniş qəzbləri tam şəkildə sübut götürülə bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin bəzilərində taksinin sifariş olunduğu ünvanın Vüqar Məmmədlinin əməliyyat oldunduğu "xxxx" və ya yerləşdiyi ünvan olduğu aydın görünür, lakin digərlərində isə sifarişin kim tərəfindən verilməsi, "xxxx"ın yerləşdiyi ünvan deyil başqa bir ünvana nə üçün gedilməsi məlum deyildir. Həmçinin iddiaçı oğlu Vüqarın psixologiyasının yaxşılaşması üçün ödənilmiş xidmət haqqıların və benzin alışı üçün ödənilmiş vəsaitləri əks etdirən qəbzləri ərizəsinə əlavə etsə də məhkəmə hesab edir ki, bu qəbzlər Vüqarın səhətinə vurulmuş ziyanın əvəzi kimi sübut götürülə bilməz. Bundan başqa İddiaçı oğlu Vüqar Məmmədlinin əməliyyatı ərəfəsində Bakı şəhərində kirayədə yaşamasını təsdiq edən sübutu (kirayə müqaviləsini), əlavə olaraq həkimə 550 manat pul ödəməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Allahverdi İsgəndərli polis şöbəsində verdiyi izahatında Vüqar Məmmədlini vurmadığını, həmçinin Cavabdeh məhkəmə iclasında və polis şöbəsində verdiyi izahatla eyni məzmunlu izahat verərək, İddiaçı oğlu Vüqarın müayinə və müalicə olunmasına köməklik göstərməsini bildirməsi, hazırda isə Vüqar Məmmədliyə onlar tərəfindən hər hansı bir ziyanın vurulmadığını və şərlədikləri üçün evlərinə getməsini deməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. 1120.2. Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin altı manatdan az olmamaqla, ödəməyə borcludur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin oğlu Allahverdi İsgəndərlinin iddiaçının oğlu Vüqar Məmmədlini döyməsi nəticəsində maddi ziyan vurmada təqsiri iş materialları ilə sübuta yetdiyindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh X15 əməliyyat olunması üçün xx.xx.2024-cü il tarixdə "xxxx"a ödənilmiş 850 manat, xx.xx.2024-cü il tarixdə dərman pereparatlarının alınması üçün ödənilmiş 70 manat, xx.xx.2024-cü il tarixdə dərman pereparatlarının alınması üçün ödənilmiş 75 manat, yumşaq toxumalarının müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 25 manat, yumşaq toxumalarının müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 25 manat, yumşaq toxumalarının müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 25 manat, yumşaq toxumalarının müayinə olunması üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 25 manat, "xxxx"a gedərkən taksiyə ödənilmiş 8,20 manat, xx.xx.2025-ci il tarixdə dərman pereparatlarının alınması üçün ödənilmiş 49,38 manat, xx.xx.2025-ci il tarixdə dərman pereparatlarının alınması üçün ödənilmiş 8,09 manat, cəmi 1160,67 manat İddiaçı xeyrinə tutulmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməmiş və ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh 1160,67 (min bir yüz altmış manat altmış yeddi qəpik) manat alınaraq İddiaçı verilsin. Cavabdehdan 32 (otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar